Dünya ticarətinin artım sürətinə əvvəllərdə iqtisadi cəhətdən geridə qalmış ölkələrin bu prosesə fəal qoşulmaları da əhəmiyyətli təsir göstərmişdir. Belə ki, müstəqillik qazandıqdan sonra həmin ölkələrin sənayeləşdirmə yolunu seçmələri, onların sənayecə inkişaf etmiş ölkələrdən daha çox maşın və avadanlıq idxal etmələrinə səbəb olmuşdur.
Proqnozlara görə dünya ticarətinin yüksək sürəti yaxın gələcəkdə qalmaqda davam edəcəkdir. 2
Dünya ticarətinin quruluşunu öyrənərkən nəzərə al-maq lazımdır ki, statistik məcmuələrdə əmtəələr beynəlxalq miqyasda qəbul edilmiş ticarət təsnifatı ilə qruplaşdırılır. Dünyada olan bütün ölkələr, o cümlədən də Azərbaycan Respublikası əmtəələrin kodlaşdırılması sistemindən isti-fadə edirlər.
Dünya ticarətinin quruluşu elmi-texniki inqilabın və beynəlxalq əmək bölgüsünün təsiri ilə dəyişir. Hazırda dün-ya ticarətində emaledici sənayenin məhsulları daha yüksək xüsusi çəkiyə malikdir. Başqa sözlə, dünya əmtəə dövriy-yəsinin 3/4 hissəsi onun payına düşür. Maşın, avadanlıq, nəqliyyat vasitələri, kimyəvi məhsulların xüsusi çəkisi daha sürətlə artır. Ərzaq məhsulları, xammal və yanacağın xüsusi çəkisi təqribən 25%-ə bərabərdir.
Dostları ilə paylaş: |