4. Tədiyə balansı, onun tərtib olunması və tənzimlənməsi.
Hər bir ölkənin başqa ölkələrlə iqtisadi əlaqələri özü-nün ümumiləşdirilmiş ifadəsini tədiyə balansında tapır. Bu balans beynəlxalq miqyasda kapitalın, əmtəə və xidmətlərin mübadiləsində ölkənin iştirakının xüsusiyyətlərini aşkara çıxaran informasiya mənbəyidir.
Tədiyə balansında ölkənin xarici iqtisadi əlaqələrdə həyata keçirdiyi əməliyyatların sistemləşdirilmiş siyahısı verilir. Ölkənin xarici iqtisadi fəaliyyətinin yekunları əks etdirilir, onun valyuta-maliyyə vəziyyətinə qiymət verilir. Tədiyə balansı ilə yanaşı, hesablaşma balansı da tərtib olunur. Hesablaşma balansında təkcə faktiki tədiyələr deyil, həm də müddətindən asılı olmayaraq həmin ölkənin ödə-nilmiş öhdəlikləri əks etdirilir.
Bütün xarici iqtisadi əməliyyatlar üzrə tədiyələrin uçotu müəyyən dövr ərzində (ay, rüb, il) həyata keçirilir. Onların tədiyə balansında uçotu ikili qeyd prinsipi əsasında aparılır. Məsələn, məhsulların ixracından ölkəyə daxil olan pul vəsaiti balansın kredit maddələrində (“+” işarəsi ilə), ölkədən ixrac olunan əmtəələr isə debet maddələrində (“-“ işarəsi ilə) qeyd edilir.
Dostları ilə paylaş: |