Geniş zolaqlı siqnal texnologiyası
Məlumdur ki,1 tezlikdə işləyən adi “Dar zolaqlı”radiosiqnalı ötürən üçün güclü radioverici və böyük diametrli antena lazımdır.Dar zolaqlı siqnal hər hansı bir güclü radiostansiya tərəfindən söndürülə və ya qəbul edilməyə bilinər.bu baxımdan yeni radioötürmə sistemi-geniş zolaqlı siqnal texnologiyası ilə işləyən sistem tətbiq olunur.Bu texnologiyaya küyə oxşar siqnal da deyilir.Geniş tezlik zolağı 2 metodla işləyir.
Birbaşa ardıcıllıqlar metodu və tezliklər metodu.
Birbaşa ardıcıllıqlar metodu-əsas mahiyyəti ondan ibarətdir ki,istifadə olunan geniş tezlik zolağıbir neçə kanallara bölünür.Belə ki,802.1 stansiyasına görə belə kanalların sayı 11-ə bərabərdir.Burada ötürülən hər bir məlumat 11 –bitdən ibarət ardıcıllığa bölünür və 11 kanalla eyni zamanda ötürülür.Bu üsulun əsas keyfiyyətlərindən biri bir məlumatın 11 dəfə ötürülməsidir.Qəbul zamanı da eyni ilə alınmış ardıcıl informasiyalar necə kodlanmışdısa o cümlədən dekodlanır.Beləliklə ardıcıllıqlar metodunun aşağıdakı üsulları var.
Maniyəyə davamlılıq.
Digər qurğulara maniyə yaratmaq .
Verilişin məxfililiyi
Kütləvi istehsalatda iqtisadi səmərəlilik.
Tezlik spektrinin eyni bir sahəsində təkrar istifadənin mümkünü.
Tezlik üsulu
Tezlik üsulunda ötürmək üçün ayrılan bütün tezlik zolağı müəyyən alt kanallara ayrılır. 802.11 standartına görə 79 kanal yaradılır.Hər bir radioverici hər 1 anda 1 ad kanaldan istifadə edir.Və bir ad kanaldan digərinə keçmə prossesi baş verir.Məlumdur ki,eyni zamanda ötürülmələrin sayı çoxaldıqca müxtəlif radiostansiyaların eyni bir ad kanala düşmə ehtimalı da çoxalır.Məsələn elə ola bilər ki,2 müxtəlif verici hərəsinin öz ardıcıllığı olmasına baxmayaraq 2-si də eyni zamanda 45 nömrəli tezliyə qoşulsun.Onda bir-biriləri söndürəcəklər.Tezlik üsulu maniyə davamlılığı təmin edir və ötürülən məlumat paketi qəbul oluna bilməyəndə onun sonrakı tezlik ardıcıllıqları ilə təkrarən verilişi təmin edilir.
Dostları ilə paylaş: |