241. Yaşarlılıq əyrisi ................ səciyyələndirir.
A) ekoloji amillərin kəmiyyətcə diapozonunu;
B) verilmiş zaman kəsiyinda sağ qalmış fərdlərin sayını;
C) ekoloji amillərin intensivliyini;
D)canlının faydalı kimyəvi enerji istehsaletmə sürətini;
E) ekoloji amillərin optimal diapozonunu.
242. Ekosistemlərdə öz aralarında kəsişərək mürəkkəb qida münasibətləri yaradan qida zəncirlərinin məcmusu............. adlanır.
A) otlaq qida zənciri; B) detrit qida zənciri; C) qida toru;
D) trofik səviyyə; E) trofik zəncir.
243.Bitkilər tərəfindən günəş enerjisinin nə qədəri udulur və ilkin ümumi məhsul adlanır?
A) 0,1%; B) 1%; C) 3%; D) 5%; E) 10%
244.İkinci məhsuldarlığın nə qədəri əvvəlki trofik səviyyədən sonrakı səviyyəyə ötürülür?
A) 10%. B) 20%; C) 40%; D) 65%; E) 90%.
245. Hansı ekoloji piramida universal xarakter daşıyır və bir trofik səviyyədən digərinə keçdikcə məhsuldarlığın azalmasını əks etdirir?
A) biokütlə piramidası; B) ədədlər piramidası; C)enerji piramidası;
D) ekoloji piramida; E) bioloji piramida.
246. Fotosintez prosesində bitkilər tərəfindən yaradılan ümumi biokütlə .......adlanır.
A) ümumi ilkin məhsuldarlıq; B) xalis ilkin məhsuldarlıq;
C) ümumi ikinci məhsuldarlıq; D) xalis ikinci məhsuldarlıq;
E) xalis ümumi məhsuldarlıq.
Dostları ilə paylaş: |