Mövzu:3 Azərbaycan Respublikasının Silahlı Qüvvələri Silahlı Qüvvələrin təyinatı, təşkilati quruluşu və qoşun növləri. 1991 ilin 9 oktyabrında “Azərbaycan Silahlı Qüvvələri haqqında” qanun MM tərəfindən qəbul edilmişdir.Çünki elə həmin ilin sentyabrında separatçı – terrorçu qüvvələr tərəfindən yaradılmış “Dağlıq Qarabağ respublikası” adlanan oyuncaq rejim Respublikanın Dağlıq Qarabağ vilayətindəki müsəlman əhalisi üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. Çox keçmədən terrorçu qüvvələr Ermənistan Silahlı Qüvvələri ilə birlikdə Azərbaycanın torpaqlarını işğal edərək,Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə nəticələndi. Dövrün bütün çətinliklərinə baxmayaraq, Azərbaycan xalqı ordu quruculuğunu davam etdirdi. Ölkədə milli ordunun bünövrəsi qurulmağa başlandı,Hərni hava qüvvələrinin,Hərbi dəniz donanmasının təməli qoyuldu. Azərbaycan Respublikası SQ – dövlətin suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsi, dövlətə qarşı silahlı hücumun qarşısının alınması, təcavüz olarsa, onun dəf edilməsi üçün yaradılmış hərbi-dövlət təşkilatıdır. Dövlətin silahlı təşkilatı – dövlətin özünün dövlət quruluşunu qorumaq, xarici və daxili təhlükəsizliyini təmin etmək, təcavüzün qarşısını almaq, ictimai təşkilatlar və dövlət strukturlarını, təhdid edən daxili qiyamları yatızdırmaq, dövlətin suverenliyinə, sosial-siyasi quruluşuna və ərazi bütövlüyünə qəsd cəhdlərinə qarşı çıxmaq və asayişi qorumaq məqsədilə yaratdığı silahlı struktur və formalaşmış məcmuədir. Bu təşkilat SQ-i, DİN-i,Sərhəd qoşunlarını, MTN-i, Milli Qvardiyanı və FHN-ni özündə birləşdirir.
Silahlı Qüvvələr təşkilati cəhətdən aşağıdakı hissələrə ayrılır: