Fiziki kimya
Kimyəvi sistemlərin xüsusiyyətlərini və davranışlarını araşdırmaq məqsədiylə fiziki nəzəriyyələrin və texnikaların tətbiq olunduğu bir elm sahəsidir. Fiziki kimyanın məqsədi kimyəvi maddələrin ölçülə bilən bütün xüsusiyyətlərini araşdırmaq, ölçüm etmək üçün lazımlı olan da neyləyərin metodlarını və cihazlarını hazırlayıb inkişaf etdirmək, edilən ölçümləri şərh edib, riyazi ifadələrlə verilə biləcək əlaqə və ya nəzəriyyələr inkişaf etdirməkdir
On doqquzuncu yüz ilin ikinci yarısında fiziki kimya ayrı bir elm sahəsi olduqdan sonra saf və ya qarışıq halındakı maddələrin araşdırılmasında daha inkişaf etmiş riyaziyyat metodlar və ölçmə texnikaları istifadə edilməyə başlanmışdır.
Bu gün bu elm sahəsi artıq köhnədən olduğu kimi fizika ilə kimya arasında bir körpü vəzifəsini görən möhkəm qaydalar olmaqdan çıxmış, özünə xas metod və mövzuları ilə üzvi, qeyriüzvi və bio kimyanın hər hissəsində iştirak etmişdir. Maddələrin quruluşu və analizi, mürəkkəblərin mikro strukturlarının araşdırılması, reaksiyaların addımlarının ortaya çıxarılması fiziki kimyanın, inkişafıyla reallaşmışdır.
Tarixi
Fiziki kimya haqqında 1752-ci ildə M.V.Lomonosov deyirdi:
|
"Fiziki kimya – cisimlər qarışığında aparılan fiziki təcrübələr əsasında baş verən kimyəvi reaksiyaları izah edən elmdir".
|
|
Fiziki kimyanın Lomonosov tərəfindən verilmiş tərifi ilə müasir tərifi müqayisə edilsə, aşağıdakı nəticə alınar:
|
"Fiziki kimya fizikanın ümumi prinsipləri əsasında kimyəvi hadisələri izah edən və onların qanunauyğunluqlarını müəyyən edən elmdir".
|
|
Göründüyü kimi, bu təriflər görünüşcə oxşardır. Lomonosov fizika elmlərinin problemlərini sistematik tədqiq etdi. O, fiziki biliklərin və metodların kimyanın öyrənilməsində istifadə edilməsinin nə qədər mühüm olduğunu başa düşdü.
1752-1753-cü illərdə M.V.Lomonosov ilk dəfə tələbələr üçün "Fiziki kimyaya giriş" kursunu oxudu. Lomonosov kimyanın əsas qanunlarından birini – kimyəvi çevrilmələr zamanı kütlənin saxlanması qanununu formalaşdırdı.[2]
Fizika kimyanı tədricən dəqiq elmə çevirdi. Maddələrin keyfiyyət xarakteristikaları və onların qarşılıqlı çevrilmələri kəmiyyət xarakteristikaları ilə tamamlandı.[3][4]
Fiziki kimyanın sonrakı inkişafı kimyəvi proseslərin gedişinə istiliyin, elektrikin təsirini öyrənən alimlərin tədqiqatları ilə bağlıdır. Kimyəvi reaksiyalarda istiliyin ayrılması və ya udulması proseslərinin öyrənilməsi termokimyanın başlanğıcını qoydu. Rus alimi Q.İ.Hess fiziki kimyanın fundamental qanunlarından birini – kimyəvi çevrilmələr zamanı istiliyin saxlanması qanununu formalaşdırdı.
1887-ci ildə alman alimi V.Ostvald Leypsiq Universitetində ilk fiziki kimya kafedrasının əsasını qoydu və fiziki kimya jurnalını çap etdirməyə başladı.[5]
XIX əsrin sonunda fiziki kimya müstəqil bir elm kimi formalaşdı. O özündə bir sıra elmi qaydaları birləşdirdi. Amerika alimi C.Gibbs kimyəvi termodinamikanın əsasını işlədi. Termodinamikanın qanunlarına əsasən alimlər bu və ya digər kimyəvi reaksiyanın gedib-getməyəcəyinin mümkün olması haqqında fikir söyləmək imkanına nail oldular. Kimya burada ilk dəfə riyazi aparatdan geniş istifadə etməyə başladı.[6]
Kimyəvi və elektrokimyəvi hadisələrin qarşılıqlı əlaqəsini elektrokimya müəyyən etdi. Elektrik cərəyanının təsirindən suyun hidrogen və oksigenə parçalanması elektrolizin öyrənilməsinin başlanğıcı oldu. Elektrolizin miqdari qanunlarını M.Faradey kəşf etdi. Termokimya və elektrokimyanın nailiyyətləri müasir kimya istehsalatının əsasını qoydu. Fiziki kimyanın ilk istiqamətləri məhlulların tədqiq olunmasına, onların təbiətinin və xassələrinin düzgün başa düşülməsinə çox kömək etdi. S.Arrenius elektrolitlərin məhlullarda müsbət və mənfi yüklü ionlara ayrılması fərziyyəsinə əsasən elektrolitik dissosiasiya nəzəriyyəsini yaratdı.
İşığın təsiri ilə gedən kimyəvi çevrilmələri fotokimya öyrənir. Radioaktivlik hadisəsinin kəşfi radioaktiv şüaların müxtəlif maddələrə təsirini tədqiq etməyə imkan verdi. Bunun əsasında da fiziki kimyanın yeni qolu – radiasiya kimyası yarandı.
Təsnifatı
Artıq çoxdan məlum idi ki, müxtəlif kimyəvi reaksiyalar müxtəlif sürətlə gedir: biri çox yavaş, digəri ani zamanda. Kimyəvi reaksiyanın sürəti anlayışı kimyəvi kinetikanın əsasını qoydu. Məlum oldu ki, kimyəvi reaksiyanın sürəti bir çox faktorlardan – reaksiyaya girən maddələrin qatılığından, təzyiqdən, temperaturdan, bərk maddənin səthinin sahəsindən və s.-dən asılıdır. Katalizatorlar reaksiyanın sürətinə nəzərəçarpacaq dərəcədə təsir edir. Katalizatorun təsiri ilə reaksiyanın sürətinin artması kataliz hadisəsinin mahiyyətini təşkil edir. Yəni katalizatorun iştirakı ilə gedən reaksiyalara katalitik reaksiyalar və ya kataliz deyilir. Hazırda həm laboratoriyada, həm də sənayedə bir çox kimyəvi reaksiyaları sürətləndirmək üçün katalizatorlardan istifadə edilir. Kimyəvi kinetika və kataliz maddənin reaksiya qabiliyyəti haqqında müasir təlimin əsasını təşkil edir. Bu da fiziki kimyanın daha böyük bölmələrindən biridir.
Atomun quruluşunun elektron modeli işləndikdə (elektronun kəşfindən sonra) fiziki kimyada prinsipcə yeni dövr başladı. Əvvəllər alimlər yalnız mikroskopik obyektlər üzərində tədqiqatlar zamanı müşahidə edilən kimyəvi hadisələr və proseslərin bilavasitə öyrənilməsi ilə kifayətlənirdilər. İndi isə reaksiyaya girən molekulların elektron quruluşlarının dəyişməsini nəzərə alaraq istənilən kimyəvi prosesi izah etmək olar. Kimyəvi rabitənin, valentliyin, molekulun quruluşu və xassəsinin elektron nəzəriyyəsi işlənildi.
Müasir fiziki kimyanın əsas xüsusiyyəti – fiziki tədqiqat üsullarının geniş tətbiq olunması, baş verən kimyəvi reaksiyaların mexanizminin dəqiq müəyyən edilməsidir. Fiziki kimya kimya elminin digər sahələri, kimya texnologiyasının inkişafı üçün nəzəri əsaslar verir.
Güclü elektrik cərəyanı təsiri altında gedən kimyəvi reaksiyaları tədqiq edən fiziki kimyanın yeni istiqaməti inkişaf edir. Aşağıtemperaturlu plazmada gedən proseslər (plazmokimya), polimerlər kimyası, qazların elektrokimyası, səth hadisələrinin bərk cisimlərin xassələrinə təsiri və s. proseslər öyrənilir.
]Fiziki kimyanın öyrənilməsi metodu
Fiziki kimya müasir kimyanın əsas fundament nəzriyyəsi hesab olunur. Burada nəzəri metodları öyrənilən zaman fizikanın mühüm sahələrindən termodinamika, statik fizika və kvant fizikası kimi sahələrindən istifadə olunur. Kimyanın isə fotokimya, elektrokimya, kimyəvi kinetika və kataliz, kimyəvi termodinamika kimi mühüm sahələrindən istifadə edilir.
[Fiziki kimya ilə kimyəvi fizikanın fərqi
Fiziki kimya ilə kimyəvi fizika kimya və fizika elmlərinin birləşməsidir. Lakin onların fərqli cəhətləri vardır. Onların əsas fərqini tam tapmaq olmur. Amma aşağıdakı mühüm cəhətləri ilə onlar arasındakı fərqli cəhətləri tapmaq mümkündür:
-
Fiziki kimya eyni müddətdə çoxlu hissəciklərin axınını öyrənir;
-
Kimyəvi fizika hissəciklərə ayrı-ayrılıqda baxır. Bu səbəbdən burada "İdeal qaz" anlayışı yoxdur.
Dostları ilə paylaş: |