ÖYRƏDİLMƏSİ metodikasi məsələnin qoyuluşu və mahiyyəti



Yüklə 183,34 Kb.
səhifə1/10
tarix09.11.2022
ölçüsü183,34 Kb.
#119213
  1   2   3   4   5   6   7   8   9   10
YR D LM S metodikasi m s l nin qoyulu u v mahiyy ti




İBTİDAİ SİNİFLƏRDƏ “ÖLÇMƏLƏR” MƏZMUN XƏTTİNİN
ÖYRƏDİLMƏSİ METODİKASI


§1. Məsələnin qoyuluşu və mahiyyəti

Riyaziyyatın ibtidai kursu öz məzmununa görə inteqrativ kursdur və bu, ibtidai siniflərdə riyaziyyat təliminin məqsədlərindün irəli gəlir. Belə ki, I-IV siniflərin riyaziyyat kursuna hesab materialı ilə yanaşı (əsas material), cəbr-həndəsə, fizika, astronomiya, təbiətşənaslıq elementləri də daxil edilmişdir və bu elementlərə aid olan anlayışlar, təriflər, qaydalar və xassələr əsasən intuitiv səviyyədə şagirdlərə öyrədilir. Aşkardır ki, adlarını çəkdiyimiz elm sahələri də bilavasitə kəmiyyətlərlə əlaqədardır və riyaziyyat elminin də predmeti kəmiyyətlər və onların ölçülməsidir.


İbtidai siniflərdə uzunluq, sahə, kütlə, tutum (həcm), vaxt, sürət kimi kəmiyyətlər öyrədilir. Şagirdlər, 1) bu kəmiyyətlər haqqında konkret təsəvvürlər əldə etməli, 2) onların ölçü vahidləri ilə tanış olmalı, 3) kəmiyyətləri ölçməyi bacarmalı, 4) ölçmə nəticələrini adlı ədədlər şəklində ifadə etməyi (müxtəlif ölçü vahidləri ilə), 5) kəmiyyətlərin ədədi qiymətləri üzərində (adlı ədədlər üzərində) hesab əməllərini yerinə yetirməyi bacarmalıdırlar.
Təcrübə göstərir ki, «kəmiyyət» anlayışının nə demək olduğunu bəzən ibtidai sinif müəllimləri də izah edə bilmirlər, ancaq 4 il ərzində məktəbdə həmin kəmiyyətləri tədris edirlər.
Azərbaycan dilində «kəmiyyət» sözü bilavasitə «miqdar», «qiymət» mənasında işlədilir. Lakin kəmiyyət real aləmdə mövcud olan obyektlərin ümumiləşdirilmiş xassəsini ifadə edir. Əşya və hadisələrdən qiymətləri «böyükdür», «kiçikdir»,
«bərabərdir» münasibətləri ilə ifadə olunanlar kəmiyyət hesab olunur. Bu, o deməkdir ki, hər bir kəmiyyətin qiymətini tapmaq üçün onu ölçmək lazımdır. Ölçmə nəticəsi ədədlə ifadə olunur. Alınan ədədin bu və ya digər kəmiyyətə aid olması kəmiyyətin ölçüldüyü vahidin həmin ədədin sonunda yazılması ilə müəyyən olunur. Hər bir kəmiyyətin onu başqa kəmiyyətdən fərqləndirən mühüm əlaməti olur. Kəmiyyəti ölçmək üçün qabaq- cadan qəbul edilmiş ölçü vahidi tətbiq edilir. Eyni bir kəmiyyət müxtəlif ölçü vahidləri ilə ölçülə bildiyindən, onun qiymətləri də müxtəlif ola bilər. Məsələn, 1 m və ya 10 dm və ya
100 sm. Bu ədədlərin hər üçü eyni bir kəmiyyətin (obyektin) qiymətini göstərir. Kəmiyyətlərin ibtidai siniflərdə öyrədilməsinin əhəmiyyəti nədən ibarətdir?

  • şagirdlərin qazandıqları riyazi bilik və vərdişlər bilavasitə həyatla əlaqələndirilir,

  • əsas kəmiyyətləri öyrənməklə, təhsilin sonrakı mərhələlərinə hazırlanırlar, kəmiyyətlərlə tanışlıq – şagirdlərin fəza təsəvvürlərini inkişaf etdirir,

  • kəmiyyətləri ölçməyi öyrənməklə, onlar həyat üçün zəruri olan praktik bilik və vərdişlər qazanırlar,

  • kəmiyyətləri öyrənməklə şagirdlərin ədəd və hesab əməlləri haqqında təsəvvürləri genişlənir və dərinləşir.

I-IV siniflərdə kəmiyyətlər ayrıca bir bölmə və ya mövzu kimi deyil, hesab materialı ilə – mənfi olmayan tam ədədlər və kəsr ədədlərlə bilavasitə əlaqəli şəkildə tədris edilir. Riyaziyyatın ibtidai kursu əsasən konsentrik (və ya spiralvari) şəklində qurulduğundan,

öyrədiləcək kəmiyyətlər də həmin düzülüş prinsipinə tabe edilmişdir. Məsələn, uzunluq, vaxt kəmiyyətlərinin I sinifdən başlayaraq IV sinfə qədər tədris edilməsi və s.


Kəmiyyətlər haqqında ilk təsəvvürlərin verilməsi
Şagirdlər kəmiyyətlər haqqında ilk təsəvvürləri hələ məktəbəqədərki dövrdə qazanmağa başlayırlar. Həmin təsəvvürləri sistemə salmaq və inkişaf etdirmək üçün I sinfin riyaziyyat proqramına «hazırlıq mərhələsi » başlığı altında material daxil edilmişdir.

  1. Əşyaları sayma və miqdarına görə müqayisə edilməsi.

  2. Əşyaların rənginə, formasına, ölçüsünə və digər əlamətlərinə görə müqayisə edilməsi.

  3. Fəza təsəvvürlərinin formalaşdırılması (istiqamət bildirən).

  4. Vaxt təsəvvürlərinin formalaşdırılması.

  5. Əşyaları tutduğu yerinə görə sayma – sıra sayı.

Göründüyü kimi bu siyahıda cisimlərin kütləsi, hərəkət sürəti haqqında aşkar qeyd edilməsə də, uşaqlar məktəbəqədərki dövrdə bu kəmiyyətlər haqqında müəyyən intuitiv təsəvvürlərə malik olur.
Ona görə də riyaziyyat təlimi prosesində həmin təsəvvürlərə istinad edərək, yeni təsəvvürlər yaradılır və inkişaf etdirilərək anlayış səviyyəsinə qədər çatdırılır. İbtidai siniflərdə əsas kəmiyyətlərin demək olar ki, bütün siniflərdə tədris edildiyini nəzərə alaraq, hər bir kəmiyyətin təlimi məsələlərini konkret və ayrıca nəzərdən keçirək.



Yüklə 183,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin