Bölmə 14. Uşaq və yeniyetmələrin fiziki amillərlə müalicəsi.
522) Yarımçıq doğulmuş və südəmər uşaqlara tətbiq edilən elektrik sahəsinin maksimal gücü nə qədərdir?
A) 20 V
B) 10 Vt
C) 15 Vt
D) 30 Vt
E) 40 Vt
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
523) Pediatriyada ultrasəsin gücünün maksimal sıxlığı nə qədərdir?
A) 0,3 Vt/sm2
B) 0,6 Vt/sm2
C) 0,5Vt/sm2
D) 0,05 Vt/sm2
E) 0,1 Vt/sm2
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
524) Südəmər uşaqlar üçün hansı əlamət xarakterik deyil?
A) Sinir liflərinin demielinizasiyası
B) Cavab reaksiyalarının generalizasiyaya meylliyi zamanı onların tez zəifləməsi
C) İmmunoloji reaktivliyin yüksək olması
D) Sinir sisteminin morfoloji və funksional yetişkənliyi
E) Termorequlyasiyanın natamamlığı
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
525) 4-6 yaşlı uşaqlara fizioterapiya təyin edən zaman nəyi nəzərə almaq lazımdır?
A) Böyrəküstü vəzilərin funksiyasının enməsini
B) Böyrəküstü vəzilərin funksiyasının artmasını
C) Limfa toxumalarının inkişafının ləngiməsini
D) Sümük-əzələ sisteminin fəal inkişafını
E) Çəngələbənzər vəzin funksiyasının artmasını
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
526) Südəmər və kiçik yaşlı uşaqlara fizioterapiya təyin edən zaman onların dərisinin hansı xüsusyyiətini nəzərə almaq lazımdır?
A) Aşağı hidrofilliyini
B) Yüksək hidrofilliyini, qan damarları ilə yaxşı təchiz olunmasını
C) Zəif absorbsiya xüsusiyyətini
D) Qan damarları ilə zəif təchiz olunmasını
E) Quru və kövrək olmasını
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
Dostları ilə paylaş: |