63) Elektroyuxu üsulunda hansı tezlik diapazonu tətbiq edilir?
A) 170-500 Hs
B) 1-160 Hs
C) 600-900 Hs
D) 1600-2000 Hs
E) 1000-1500 Hs
Ədəbiyyat: Боголюбов В.М, Пономаренко Г. Н. Общая физиотерапия:Учебник.- М, 1999
64) Diadinamoterapiya üsulunda aparıcı amil hansıdır?
A) Yüksək tezlikli və gərginlikli, az şiddətə malik impuls cərəyanı
B) Uzadılmış eksponentli arxa fronta malik yarımsinusoidal formalı impuls cərəyanı
C) Sinusoidal formalı impuls cərəyanı
D) Düzbucaqlı formalı impuls cərəyanı
E) Daimi cərəyan
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
65) Kəskin ağrı sindromunun müalicəsi üçün diadinamoterapiya aparılan zaman cərəyan şiddəti hansı hissiyata qədər artırılır?
A) Orta vibrasiya
B) Zəif vibrasiya
C) Vibrasiya olmamalıdır
D) Əzələlərin yığılması
E) Aydın vibrasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
66) Sinir-əzələ aparatının stimulyasiyası üçün diadinamoterapiya aparılan zaman cərəyan şiddəti hansı hissiyata qədər artırılır?
A) Zəif vibrasiya
B) Aydın vibrasiya
C) Stimulyasiya olunan əzələnin yığılması
D) Elektrodlar altında yanma hissiyatı
E) Orta vibrasiya
Ədəbiyyat: Боголюбов В.М.«Физиотерапия и курортология»: Руководство в 3-х томах.- М., 2008.
Dostları ilə paylaş: |