2. Qaraçay-malkar folklorunun janrları
Araşdırıcı Tanzilya Xadjilanı belə bir müsibətlər yaşamış xalqdan toplanmış folklor nümunələrini aşağıdakı şəkildə qruplaşdırır: 1.“Mitoloji adet-gelenek-töre şiirleri (Mif em adet-töre poeziya. Mifoloqiçeskaya i obryadovaya poeziya), 2.Adet ve törelerle ilgili şiirler (Adet-töre bla baylamlı poeziya. Obryadovaya poeziya), 3.Nart destanları (Nart epos), 4.Masallar (Comakla. Skazki), 5.Masal olmayan, sözlü halk eserleri (Comak bolmağan, kara söz bla aytılğan halk çığarmala. Neskazoçnaya poeziya), 6.Şarkılar (Cırla), 7.Halk edebiyyatının küçük türleri, 8. Zikirler (Türkiye dışındakı..., 2002:48, 22-ci cild).
Türkiyəli araşdırıcı Ufuk Tavkul isə qaraçay-malkar folklorunu aşağıdakı bölgülər altında verir: 1.Efsaneler, 2.Nart efsaneleri, 3.Destanlar-tarihi şarkılar, 4.Aşk şarkıları-maniler, 5.Ninniler, 6.Atasözleri,7. Bilmeceler (Tavkul U., 1992:731).
Qaraçay-malkar folklorunun yorulmaz araşdırıcısı X.Malkanduyev isə bədii-poetik ənənəni və janrları öyrənərkən onları aşağıdakı kimi qruplaşdırır: 1.Magik poeziya, 2.Ovçuluq poeziyası, 3.Təqvim poeziyası, 4.Lirik poeziya (Malkonduev X., 1990).
Bu bölgü ilə qaraçay-malkar folklorçularının bəziləri razilaşmır. Fikir ayrılığını ümumi türk xalqlarının folklorşünasliğına da aid etmək olar. Türk xalqlarının folklor mətnləri toplanıb nəşr edilmədikcə, onların öyrənilmə metodları hazırlanmadıqca bu cür qarışıqlıq olacaqdır.
Dostları ilə paylaş: |