Folklor instituti


Qavril Arkadi oğlu Qaydarcı



Yüklə 4,03 Mb.
səhifə52/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   48   49   50   51   52   53   54   55   ...   211
Qavril Arkadi oğlu Qaydarcı (02.09.1937, indiki Moldova Respublikası Qaqauz Yeri MV Kaul rayonunun Kırbaalı kəndi, - 14.02.1998, Kırbaalı). Ədəbiyyata şeirlə gələn Qavril Qaydarcının ilk kitabı 1972-ci ildə çap olunmuşdur. “Ana tarafım” adlandırdığı kitaba şair lirik və ictimai-siyasi məzmunlu şeirlə­rini toplamışdır. Onun poetik yaradıcılığından söz açanlar ru­mın şairi Mixay Emineskydan (1850-1989) təsirləndiyini ya­zırlar. Şair “Kaaviysin can” şeirində yazır:
Ateş, kızqın Bucak yolu,

Yaker-yok kurtuluş...

Daa boyunda meşä boylu,

Bir sık gölgä sermiş....

Kaaviysin sän, kaviyim bän,-

Zor kırmaa bizi,

Küvedimiz bak toprakdan,

Ana topraan teri.......

Qavril Qaydarcı insanları barışa, əmin-amanlığa, dincliyə, qardaşlığa çağıran misraları ilə daha çox yadda qalmışdır. Onun savaşa nifrət aşılayan “Eski okoplar” şeiri qaqauz məktəblilə­rinin toplantılarda, bayramlarda çox söylədikləri şeirlərdəndir.

Dunay çayına müraciətlə yazdığı “Tuna, Tuna..” şeirində deyir:

Türkülü düzlükça Kara denizä

Tuna durmamayca aktarer dalga.

...Kardaş halklar, mutlak Tuna boyundan

Katlayarlar, ortak, şanı eveldän!...

Şairin əsərlərində torpaq, ana vətən mövzusu aparıcıdır. Xalqının 20-ci yüzildə çəkdiyi əziyyətləri, məhrumiyyətləri poetik dillə qələmə almaqla gələcək nəsilləri bu acıları unutmamağa çağırır. “Ay Bucaam, Bucaam” şeirində yazır:

Ay Bucaam, Bucaam,

Zavallı Bucaam.

Ne pek suuk tenin,

Ne pek kıt kucaan!

Evellär haksız

Sän emärdin ter

Dedelär susuz

Aktarardı yer.

Evellär engin

Meralarında

Bilmäzdin rengi,

Pelindän karä.

Ay Bucaam, Bucaam

Türkülü cömert!

Ne dolmuş kucaan

Çok renkli demet!.....


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin