(Arnaut T., 1994:61-62)
Universiteti Bakıda bitirdikdən sonra Türkiyəyə gedən, orada işləyən və təhsilini davam etdirən gənc şair elmi mühitə qatılır, simpoziumlarda fəal iştirak etməklə qaqauz ədəbiyyatını təbliğ etməyə, tanıtmağa çalışır. Onun ilk şeirlər kitabı da Türkiyədə çap olunur (Arnaut, 1995).
Azərbaycan, Türkiyə və Iraqda yaşayan türklərin ədəbiyyatında var olan hoyrat janrına Tudoranın qələmində də rast gəlirik:
Kazayak
Çeşmə dolu Kazayak.
Yarimin sofrasında
Beni bekler kaz ayak.
M.H.Şəhriyarın “Heydərbabaya salam” poemasının təsiri ilə T.Arnautun yazdığı misralar Azərbaycan oxucusu üçün də maraq doğura bilər:
Heyder baba,
uzakdayım bu saat
aktı yola gözlerim
peetin benimçin kanat.
...Heyder baba
duydum korku illeri,
çaardım halkı koruyalım-
biz koruduk evleri.
Affetmez gidenleri
Nasıl günä bakalım
Ah! Azerbaycan Türkleri?
Türk xalqlarının ilk ədəbi janrlarından olan dördlükləri bilgin kimi araşdıraraq namizədlik dissertasiyası yazan şair poeziyasında onların formasından yararlanmaqla qalmamış, yeni qəliblərdə mani-bayatı formasında da şeirlər yazmışdır. Ilk dördlük-bayatı “abab”, sonrakılar isə bbba, ccca, ddda qafiyə quruluşuna malikdir. Bu janrı o, qaqauz ədəbiyyatında “Sessiz dialog” şeirində işlətmişdir.
Qaqauzlar sayca az olmalarına baxmayaraq, Türk dünyasında baş verənləri diqqətlə izləyir, buna öz münasibətlərini bildirirlər. Bu baxımdan T.Arnautun da Azərbaycanda gedən milli azadlıq hərəkatını özündə əks etdirən şeirləri çoxdur. Bakıda kükrəyən meydan, silahsız, əliyalın yaşıdlarının özlərini Sovet tanklarının qarşısına atması, Rus-Sovet döyüşçülərinin qəddarlıqla insanları qan içində boğması, ucqar bir kənddən şəhərə gəlmiş, içərisində Sovet dövlətinə, kommunizm ideyalarına böyük sevgi olan gəncə sarsıdıcı təsir etmişdir.
O, Bakıda gözləri qarşısında baş verən 20 yanvar 1990-ci il hadisələrindən bir neçə gün sonra yazmışdır:
Unutmaa isterem o günü,
kan gölcük-gölcük,
karanfillerin kokusunu,
kimin beterine öldük.
Şair hələ 1990-cı ildə o qanlı hadisəni unutmaq istədiyini yazır. Lakin zaman keçir, o isə unuda bilmir. Sağalmaz yara kimi daim ürəyində qövr edir. Buna görə də illər ötsə də, dönə-dönə həmin mövzuya qayıdır. 20 yanvar hadisələrindən az qala 10 il sonra yazdığı “Azərbaycan deyəndə” şeiri dediklərimizə nümunə ola bilər:
Mualim, bän Azerbaycan dediynen
Yaş yerinä kan akêr, kan...
Bülbül aalêr aacın tepesindä
Derdini ondan başkası kimdir soran...
Mualim, bän Azerbaycan dediynen
Gözümün önündä diziler Nahçıvan,
Çayxana meclisi Nehrem küündä
O ixtär aksakal soruya tutan...
Mualim, bän Azerbaycan dediynen
“Yılan” dağının vatizli suları dolayanda
Cıvırliga sesli uşaklar suda çırpınan
Yalnız içerdä diz çöküp Allayın önündä
Üç kerem gündə o ihtär karı duvasını yapan...
Mualim, bän Azerbaycan dediynen
Tanklar sürülärdi uşaan üstünä
Serbestlik uuruna devrilärdi meydan
Mezarlık anıt koyardı ölen gencinä...
Saa kalanlar’sa olardı duşman....
Mualim, bän Azerbaycan dediynen
Çok kiyatlar amana kaldı yazılmadan...
Ama haliz bu halkın canını doymasın metetmää
Yıllarca yazsan da kay-playamaz dastan....
T.Arnaut kiçik bir şeirlə olduqca gərgin keçən bir dövrün bədii təsvirini verməyə çalışır. Tanıdığı ictimai-siyasi xadim, milli azadlıq hərəkatının öndəri, özünü türklük davasının əsgəri sayan Əbülfəz Elçibəyə həsr etdiyi şeirdə isə yazır:
Dostları ilə paylaş: |