Fransa XVI-XVII əSRİn biRİNCİ yarisinda plan



Yüklə 40,57 Kb.
səhifə5/9
tarix13.12.2023
ölçüsü40,57 Kb.
#140499
1   2   3   4   5   6   7   8   9
Mövzu 9. Fransa XVI-XVII əsrin II yarısında

8. Dini müharibələr.
XVI əsrin II yarısında Fransa siyasi böhran mərhələsinə daxil olur, bu böhran öz təzahürünü 32 il davam edən (1562-1594) dini (vətəndaş) müharibələrində tapır. Dini müharibələrin səbəbləri mütləqiyyətin təşəkkülü ilə əlaqədar siyasi quruluşun dəyişməsi idi. İtaliya müharibələri getdiyi dövrdə gərginlik, siyasi iğtişaşlar güclü hiss olunurdu. 1559-cu il Kato-Kambrezi sülhü İtaliya müharibələrinə son qoymaqla yanaşı, ölkədəki iqtisadi və daxili siyasi vəziyyətin bütün mürəkkəbliyini də göstərdi.
XVI əsrin ortalarına doğru “qiymətlər inqilabı”nın və ağır vergi sisteminin nəticələri kəskin hiss olunurdu. Eyni zamanda müharibənin başa çatması ilə zadəganlar yeni fəaliyyət sahələri axtarmağa başlamışdılar. Bundan əlavə, 1559-cu ildə hakimiyyət dəyişikliyi baş vermişdi: cəngavər turnirində II Henrix ölümcül yaralanır. Onun yerinə böyük oğlu, 15 yaşlı II Fransisk keçir. Hakimiyyət müvəqqəti olaraq zəifləyir, bu isə müxalifətin fəallaşması üçün əlverişli şərait yaradır.
II Fransiskin qısamüddətli hakimiyyəti dövründə sarayda Lotaringiya hersoqları olan Gizlərin təsiri artır. Kral ordusunun baş komandanı Fransisk Giz və onun qardaşı, kardinal Karl Giz mütləqiyyətçi hakimiyyətdən narazı olan feodal-əyan cinahını təşkil edirdi. Bu əyanların şimal-şərqdə və mərkəzi əyalətlərdə tərəfdarları çox idi. Kral şurasına daxil olan bu cinah özünü taxt-tacın və katolik dininin müdafiəçisi hesab edirdi və saraydakı yeni zadəganların uğurlarını qəbul etmək istəmirdi. Şahzadə Antuan Burbon və şahzadə Konde huqenot aristokratiyasına (qərbi isveçrə dilində “eidguenots” - həmfikir, həmyoldaş) başçılıq edirdilər. Huqenot aristokratiyası Fransanın cənub-qərb və cənub vilayətlərində cəmləşmişdi. Bu qrup öz iqtisadi vəziyyətini möhkəmlətmək üçün kilsə torpaqlarının dünyəviləşdirilməsinin tərəfdarı idilər və böyük məmnuniyyətlə kalvinçiliyi qəbul etmişdilər. Hər iki qruplaşmaya şəhərlər də cəlb edilmişdi. Şimal, qərb və mərkəzi əyalətlərdə şəhərlər hakimiyyətin vergi siyasətindən narazı idilər, cənub cənub-qərbdə isə şəhərlər əvvəlki özünüidarəçilik hüquqlarının itirilməsinə müqavimət göstərirdilər. II Fransisk qəflətən vəfat edəndən sonra hakimiyyətə qardaşı IX Karl keçir, azyaşlı olduğu üçün kraliça - ana Yekaterina Mediçi qəyyum təyin edilir. Bu zaman katoliklərlə quqenotlar arasında gərginlik daha da artır, xüsusilə 1562-ci ildə Fransisk Gizin dəstəsinin Vassi (Şampan) yaxınlığında quqenotlara qarşı qətl törətməsi dini müharibənin başlanğıcını qoyur.

Yüklə 40,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin