Fransa XVI-XVII əSRİn biRİNCİ yarisinda plan



Yüklə 40,57 Kb.
səhifə1/9
tarix13.12.2023
ölçüsü40,57 Kb.
#140499
  1   2   3   4   5   6   7   8   9
Mövzu 9. Fransa XVI-XVII əsrin II yarısında



FRANSA XVI-XVII ƏSRİN BİRİNCİ YARISINDA
PLAN

  1. XVI əsrdə Fransada aqrar quruluş.

  2. XVI əsrdə Fransada manufakturalar və sexlər. Ticarət. İlkin yığımın xüsusiyyətləri.

  3. XVI əsrdə Fransada sosial quruluş.

  4. XVI əsrdə Fransada mütləq monarxiya. I Fransisk.

  5. XVI əsrdə Fransada Reformasiya.

  6. XVI əsrin II yarısında Fransada dini müharibələr.

  7. Dini müharibələrin I mərhələsi (1562-1570) və II mərhələsi (1572-1576).

  8. III mərhələ (1580-1594).

  9. Navarralı Henrixnin qələbəsi. Nant edikti.

  10. IV Henrixnin islahatları.

  11. Kardinal Rişelye.

Ədəbiyyat:

  1. История средних веков. т.2. Москва,2001; 2005

  2. Veysəlova V. Orta əsrlər tarixi (son orta əsrlər – yeni dövrün başlanğıcı, XVI-XVII əsrin I yarısı). Gəncə, 2012

  3. История Европы. Т. 3. Москва, 1993

1. Aqrar quruluş.
Fransa XVI əsrə öz ərazi birliyinə nail olmuş şəkildə daxil oldu. Burqundiya, Bretan hersoqlarının və Provans qraflığının kral domeninə birləşdirilməsi isə fransız dövlətinin təşəkkül tapan coğrafi çərçivəsi bütün XVI və XVII əsrin I yarısı boyu saxlanıldı. Öz ərazisi və əhalisinin sayına görə (20 mln. nəfər) Fransanın Qərbi Avropada bərabəri yox idi. Ölkənin birləşdirilməsi onun sonrakı iqtisadi, siyasi yüksəlişi üçün əlverişli şərait yaradırdı.
Fransanın bir-birinə bənzəməyən üç bölgəsi onun aqrar quruluşunu müəyyən edirdi. Şimalda (Paris hövzəsi) kəndli təsərrüfatında dənli bitkilər əkini, bostançılıq və heyvandarlıq üstün idi. Cənub (Akvitaniya hövzəsi və Aralıq dənizi vilayətləri) antik təsərrüfat ənənələrini – üzümçülük, zeytun və meyvə ağaclarının əkini sahələrini saxlamışdı. Dağlıq vilayətdə isə maldarlıq üstün idi, əkinçilik az rol oynayırdı. Torpaq feodalların mülkiyyətində idi. Senyorlarındakı kəndlilərdən onlar senz (pul rentası) və digər pul mükəlləfiyyətləri (banalitet, şampar) yığırdılar. Eyni zamanda feodallara bu pulu ödəyən kəndlilər torpaqla istədikləri kimi rəftar edə, o cümlədən sata bilərdilər. Belə vəziyyətdə kəndlilərin torpaq sahibkarlığı – senziva XVI əsrdə faktiki mülkiyyət səviyyəsi alır. Senzivanın satışında onun yeni sahibkarı bundan sonra bütün vergiləri ödəməli idi. Şimali Fransada feodal rentasının satın alınması mümkün deyildi; cənubda bəzi renta formalarını almaq olardı. XVI əsrin əvvəllərində fransız kəndində əsas fiqura senzitariy – yəni senzivanı şəxsən azad alan istifadəçisi idi. Şəxsən asılı kəndlilər (servlər və menmortabllar) çox az olub şərq və mərkəzi əyalətlərdə üstünlük təşkil edirdilər. XVI-XVII əsrin I yarısında fransız kəndi üçün kəndli icmasının saxlanması səciyyəvi idi. Bu dövrdə kəndli icması öz inzibati funksiyalarını genişləndirir və XVII əsrin sonuna qədər faktiki özününidarəçiliyini saxlayır.

Yüklə 40,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin