İ qtisadi fikir tarixindən
C
on Meynard Keyns (1883 - 1946)
Con M. Keynsin adı iqtisad elmində inqlabla bağlıdır. Yalnız nəzəriyyəsi deyil, həmçinin bioqrafiyası da qeyri – adi dərəcədə maraqlı olan Keyns nüfuzlu İton kollecini, sonra isə Kembric Universitetini müvəffəqiyyətlə bitirərək ingilis cəmiyyətinin kübar təbəqələri mühitində püxtələşmişdir. Bu onun birja əməliyyatlarından var-dövlət qazanıb zənginləşməyinə də imkan yaratmışdır. Keynsin «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» (1936) əsəri dünya iqtisadi fikrini xeyli inkişaf etdirmişdir.
Keynsin nəzəriyyəsini dərk etmək çətindir, çünki burada heç də həmişə ardıcıllıq qorunmur, bu səbəbdən hələ də iqtisadçılar arasında bu nəzəriyyəyə fərqli münasibətlər ətrafında mübahisələr davam edir. Lakin Keynsin gəldiyi ümumi nəticə və onun tərəfindən tövsiyə edilən iqtisadi siyasət hamı üçün aydındır. Keyns sübut etmişdir ki, bazar sistemi ölkələri iqtisadi tənəzzüldən həmişə öz gücü ilə çıxa bilmir. Belə problemlər dövlətin müdaxiləsi əsasında məcmu tələbin artırılması yolu ilə həll edilməlidir.
Keynsin bu fikirləri qərb ölkələrinin makroiqtisadi nəzəriyyəsinə və dövlətlərin iqtisadi siyasətinə ciddi təsir göstərmiş, lakin onun bəzi tövsiyələrindən bir sıra dövlətlər sonralar imtina edilmişdir. Keyns həmçinin pul və banklar sahəsində də görkəmli nəzəriyyəçi və praktik sayılır. Onun tövsiyələri ilə İngiltərədə və digər ölkələrdə bank islahatları həyata keçirilmişdir. Doğma vətəni qarşısında xidmətlərinə görə C. M. Keyns Lord tituluna layiq görülmüşdür.
Xülasə:
Ü
mumi daxili məhsul (ÜDM) və ümumi milli məhsul (ÜMM) iqtisadiyyatın əsas göstəriciləridir.
ÜDM-nin hesablanması zamanı əsas problem ikili hesabı ləğv etməkdir.
ÜDM-i il ərzində olan bütün gəlirlər və ya xərcləri toplamaqla hesablamaq olar
Nominal ÜDM-nin köməyi ilə cari ildə istehsal olunan məhsulların həcmi həmin ilə olan qiymətlərə ölçülür. Real ÜDM-in həcmi isə hər hansı baza ilinin qiymətləri ilə müəyyənləşdirilir.
Dostları ilə paylaş: |