Фуат рясулов


Fərdi büdcəni necə tərtib etmək olar?



Yüklə 4,2 Mb.
səhifə54/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   176
Fərdi büdcəni necə tərtib etmək olar?

Bunun üçün bizlər bilməliyik ki, büdcənin iki tərəfi olur. Bir tərəfdə əldə edilən gəlirlər, digər tərəfdə isə nəzərdə tutulan xərclər öz əksini tapır.

Gəlir hissəsi xərc hissəsinə bərabər olanda büdcə balanslaşdırılmış adlanır. Əgər xərclər gəlirdən üstünlük təşkil edirsə, onda deyirlər ki, büdcənin  kəsiri var.

Yox, əgər gəlirlər xərcləri üstələyərsə, onda ona büdcə profisiti, yəni büdcə  artıqlığı deyirlər.

Öz büdcənizi tərtib edərkən gəlirlərinizi qiymətləndirməklə xərclərinizi planlaşdırmaq tələb olunur.

Eyni zamanda nəzərdən qaçırmaq olmaz ki, müxtəlif növ büdcələr vardır: istehlak (ailə) büdcəsi, dövlət büdcəsi və s.

Dövlət büdcəsinin tərtibi prosesinin (bu barədə də sonrakı fəsillərin birində daha ətraflı bəhs edəcəyik) uzunmüddətli proses və onun çoxsaylı iştirakçılarının olduğunu nəzərə alsaq, onda diqqətimizi konkret bir fərdin (məsələn, şagirdin və ya tələbənin) büdcəsi üzərində cəmləyək. Bunun üçün öncə bilməliyik ki, istehlak büdcəsi nəyə deyilir.





Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin