Sizin əziyyətə, məşəqqətə düşməyiniz ona (Peyğəmbərə) ağırdır, o sizin iman gətirməyinizi çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir.”
Belə bir əxlaq sahibi olan Peyğəmbər (s) necə mümkündür ki, o cür söz demiş ola. (Yəni əgər sizin ikinizdən hər hansı biri gec vəfat etsə cəhənnəmə düşəcək.) Mümkün deyil ki, o belə sözü deməklə özünün qədir-qiymətini dəyərsiz etsin. Çünki,
“Həqiqətən o, böyük əxlaq sahibidir.”
Onun hər kəsə bu sözlərlə tənə vurması da mümkün deyil. Əgər o üç nəfərdən biri xeyirli və ya zərərsiz olsaydı heç də belə təbirlə onlara işarə etməzdi. Deməli, bu iş Allahın istəyi və xalqın xeyri üçün vəhy nazil olduqdan sonra baş vermişdir.
“O həvayi-nəfs üzündən danışmır.”
O zaman bu üç nəfərin barəsində dediyimiz qətiyyətli söz hamıda qorxu hissi oyadır. Əbu Hüreyrə barəsində bunu bilmək kifayətdir ki, o cəhənnəm odunu özü üçün məkan təyin etmişdir. Və Səmrət ibni Cündəb barəsində bunu bilmək kifayətdir ki, o bir çox namaz qılan və zəkat verən müsəlman şəxslərin qanını tökmüşdür.2 O, aşkarda cəmiyyətin içində şərab satar,3 ənsarı incidər, Peyğəmbər(s)-ə itaət etməz, onun qarşısında yekəxanalıq edərdi. Bununla belə Peyğəmbər (s) onu sülhə, rahatlığa dəvət edərdi. Onun imanı olmaması üzündən1 Peyğəmbər (s) ona behişt müjdəsi verməyi rədd etmişdir. Hətta o Peyğəmbər(s)-i xar və hörmətsiz etmək üçün onun dəvəsinin boynunu qıraraq2 məğrurluq etmişdir. Bunlar hamısı onun çox pis adam olmasının bariz nümunəsidir.
Amma Əbu Məhzurə barəsində onu bilmək kifayətdir ki, o Məkkənin ipə-sapa yatmayan adamlarından olub və Məkkənin fəthindən sonra islamı qəbul edib. Hüneyn savaşından sonra qalibiyyətlə geri dönən Peyğəmbər(s)-in göstərişləri onun çox acığına gəlirdi. Peyğəmbər(s)-in azan verənini uca səslə lağa qoyub yamsılayardı. Peyğəmbər(s)-in ona verdiyi gümüş pul kisəsini, hətta Hüneyn müharibəsində əldə olunan qənimətləri Məkkənin islama boyun əyməyən şəxslərinə payladı.
Peyğəmbər(s)-in düşmənlər və riyakarlar qarşısında belə bir güzəştli rəftarı, onların dəstə-dəstə islam dinini qəbul etməsinə bais oldu.
Hamı, o cümlədən Əbu Məhzurə və ona bənzər adamlar məcbur oldular ki, islamı qəbul etsinlər. Məkkə şəhərindən kənara çıxmadı və elə oradaca da vəfat etdi. Və Allah-təala onun barəsində daha gözəl bilir.
İbni Əbül-Birr Peyğəmbər(s)-in qorxutması ətrafında “İstiy”ab” kitabında Səmrət barəsində belə deyir: Səmrət 58-ci ildə Müaviyənin hakimiyyəti zamanı Bəsrə şəhərində iflic xəstəliyini müalicə etmək üçün qaynar su ilə dolu olan qazanın üzərində əyləşdi. Birdən qaynar suyun içinə düşüb öldü. Yazıçı davam edərək deyir: Bu hadisə doğrudan da Peyğəmbər(s)-in dediyi sözün ona, Əbu Hüreyrəyə və üçüncü bir şəxsə aid olduğunu çatdırır. Həzrət orada belə buyurub: “Sizlərdən kim axırıncı ölərsə atəşdə yanacaqdır.”
Mənim fikrimcə Peyğəmbər(s)-in sözünü belə təfsir etmək (yəni atəş sözünü adi atəşlə müqayisə etmək) heç də düzgün deyil. Hətta o üç şəxsin hər biri tez ölməyi arzulayırdı. Belə ki, sübut olunduğu kimi onlardan hər biri o biri ikisindən tez ölmək arzusunda idi. O zaman da hələ məlum deyildi ki, Səmrət doğrudanmı onların hər ikisindən sonra vəfat edib ya yox?
Ələlxüsus Əbdül-Birr onun ölümünü 58-ci il bilir. Çünki Vaqidinin, ibni Nəmirinin, ibni Übeydin, ibni Sirinin, ibni Cəririn, və başqalarının dediyinə görə Əbu Hüreyrə 59-cu ildə vəfat etmişdir. Əbu Məhzurə də həmin ildə dünyadan köçmüşdür. Hətta bəziləri Əbu Məhzurənin vəfatının 79-cu ildə olduğunu qəbul etmişlər. İbni Kəlbi aşkar deyir ki, Əbu Məhzurə Səmrətdən sonra dünyasını dəyişib. Nəticədə ibni Əbdül Birrin bu sözdən “sizdən biriniz digər ikinizdən sonra ölsə oddadır” əldə etdiyi məna (təbir) heç də düzgün deyil.
Nəhayət son sözümüzə yetişdik. Bu işimizlə çalışdıq ki, müqəddəs Peyğəmbər (s) sünnətinə əl uzadıb onu çirkaba aludə edənlərin işlərini süzgəcdən keçirək. Allaha çox şükür olsun ki, O bizi bu işdə müvəffəq etdi. İstəyizim də odur ki, möminlər bundan bəhrələnsin və qiyamət günü üçün əlimizdən tutsun. Salavat və salam olsun Peyğəmbərə və onun ailəsnə.
***
Bu yazı 1362-ci hicri ili, Ramazan ayının 23-ü, cümə axşamı günü (1943-cü miladi ili, sentyabrın 23-ü) Sur Şəhərində Əbdül Hüseyn ibni Şərifin tərəfindən qələmə alınmışdır.
O, Əli (əleyhissalam)-ın 40-cı nəvəsidir. Onun ata-babalarının adları bu ardıcıl-lıqladır:
1-Əbdül Hüseyn (müəllifin özü)
2-Yusif (müəllifin atası)
3-Cavad (müəllifin babası)
4-İsmayıl
5-Məhəmməd
6-Məhəmməd
7-Şərəfuddin
8-Zeynul Abidin
9-Əli
10-Nuriddin
11-Nuriddin Əli
12-Hüseyn
13-Əli
14-Məhəmməd
15-Tacuddin
16-Əbul-həsən
17-Məhəmməd (Şəmsuddin adı ilə məşhurdur)
18-Əbdüllah Cəlaluddin
19-Əhməd
20-Həmzə
21-Sə”dullah
22-Həmzə
23-Əbissəadat
24-Məhəmməd
25-Əbu Məhəmməd
26-Nəqib Nüqəba (Bağdadda Əbu Talib ailəsindəndir)
27-Əbil Hərs Məhəmməd
28-Əbil Həsən Əli (Deyləmə adı ilə məşhurdur)
29-Tahir Əbdüllah
30-Əbul Həsən Məhəmməd Mühəddis
31-Təyyib Tahir
32-Hüseyn Qüti”
33-Musa Əbu Sübhət
34-Mürtəza
35-İmam Kazim
36-İmam Sadiq
37-İmam Baqir
38-İmam Zeynul Abidin
39-İmam Əbi Əbdillah Seyyiduş-şühəda (“Kisa” səhabələrinin 5-cisi və Peyğəmbərin nəvəsi)
40-Əmirəl-möminin Seyyidil-vəsiyyin Əliyyibni Əbi Talib (səlavatullahi və səlamuhu əleyhim əcməin)
Dostları ilə paylaş: |