Фязлуллащ компани


ƏLİDƏN (Ə) QEYRİLƏRİNİN İMAMƏTİNİN İNKARI



Yüklə 1,55 Mb.
səhifə52/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   48   49   50   51   52   53   54   55   ...   58

ƏLİDƏN (Ə) QEYRİLƏRİNİN İMAMƏTİNİN İNKARI


Həzrət Peyğəmbərdən sonrakı üç xəlifənin İslamdan qabaqkı dövrdə kafir olması kimsədə şübhə doğurmur. Həzrət Əli (ə) isə fitrətən müvəhhid olmuş, həzrət Peyğəmbərə (s) birinci iman gətirmişdir. Bu onun fəzilətini o birilərindən qat-qat üstün edir. Abdullah ibn Məsuddan belə bir rəvayət nəql olunur: «Həzrət Peyğəmbər buyurmuşdur: «İbrahimin» Pərvərdigara, məni və övladlarımı bütpərəstlikdən uzaq et» duası mənim və Əlinin (ə) halına şamildir. Heç birimiz heç vaxt bütpərəst olmamış, bütə səcdə etməmişik. Nəticədə Allah-təala məni Peyğəmbərliyə, Əlini (ə) isə canişinliyə seçmişdir.1

İkincisi, həmin üç xəlifə İslamı qəbul etdikdən sonra da zülmə yol vermişdir. Xəlifələr xilafət məsələsində Allahın göstərişinə açıq-aşkar müxalif çıxaraq, həmin məqamı qəsb etmişlər. Mötəbər sünni kitabları sayılan «Səhihe-Müslim»də və «Səhihe-Buxari»də nəql olunur ki, həzrət Peyğəmbər dünyasını dəyəşdikdən sonra onun qızı Fatimə (s) Əbu-Bəkrin yanına gedib atasının irsini tələb etdi. Əbu-Bəkr dedi: «Peyğəmbər buyurub ki, biz peyğəmbərlərdən irs qalmır və hər nə qalırsa, sədəqədir». Bu rəvayətdə Əbu-Bəkrin Fatiməni irsdən məhrum etməsi açıq-aydın görünür. Hansı ki, onun bu hərəkəti Qurana zidd idi. Çünki Quranda peyğəmbərlərin övladlarına irs qoyması aşkar təsdiq edilən bir həqiqətdir. Qurani-Kərimdə buyurulur: «Süleymana atası Davuddan irs qaldı».2 Əbu-Bəkr öz mövqeyini sübuta yetirmək üçün yalançı şahidlər tutdu. Hansı ki, həzrət Fatimə (s) «Təthir» ayəsinə əsasən məsum idi. Onun iddiasının rədd olunması Allah sözünün rədd olunması sayılırdı.

Başqa bir tərəfdən həzrət Fatimənin (s) şahidi həzrət Əli (ə) idi. Hansı ki, həzrət Əli (ə) Fatimənin əri olduğu üçün Əbu-Bəkr tərəfindən qəbul edilmədi. Əbu-Bəkr zəkatın Quranda göstərilmiş təyinatına da əl qatdı. Bu məsələ ilə yaxından tanış olmaq üçün «Əl-Cəvahiratun-nəyyirə» hənəfi kitabına müraciət edin.

Ömər də eynən Əbu-Bəkr kimi Allahın qoyduğu hədləri pozurdu. Qurani-Kərimdə müvəqqəti nikah halal sayıldığı halda Ömər öz xilafəti dövründə onu haram bildirdi. Peyğəmbər (s) dövründə halal olmuş bir iş Ömərin dövründə haram sayılmağa başladı. Hansı ki, dində dəyişiklik etmək açıq-aşkar bidət idi. Ömərin şəriət hökmlərində apardığı dəyişikliklərdən biri də dəstəmazla bağlı idi. Onun göstərişi ilə adamlar məsh çəkmək əvəzində ayaqlarını yumağa başladılar.

Osmanın ilahi göstərişlərlə müxalifətçiliyini isə sübut etməyə ehtiyac yoxdur. Bu insan işi elə bir yerə çatdırdı ki, müsəlmanlar onun evinə hücum edib, qətlə yetirdilər. Hər üç xəlifənin Quran və Peyğəmbər sünnəsi ilə müxalifətçiliyi haqqında yetərincə məlumat vardır. Amma kimsə həzrət Əlinin (ə) ilahi göstərişlərə əl qatdığını iddia edə bilməz. Xəlifələrin özlərinin də dini mübahisəli məsələlərdə Əliyə (ə) üz tutması, ondan yardım istəməsi deyilənlərin əyani sübutudur.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin