1.Təmərküzləşmiş artım strategiyası konkret istiqamətlərdən ibarətdir:
a) bazarda mövqeyin möhkəmlənməsi strategiyası zamanı müəssisə mövcud məhsulla mövcud bazarda yaxşı və səmərəli mövqe qazanmağa can atır. Bu isə marketinq fəaliyyətinin gücləndirilməsini tələb edir.
Son dövrlərdə Azərbaycanda fəaliyyətini əsaslarla quran «Siyəzən-broyler» və «Mərdəkan-broyler» reklam və təbliğat işini səmərəli quraraq bu strategiyanı bir daha təsdiq etmişlər. 2000-ci ildə respublikada işləyən bütün növ quş əti istehsal edən müəssisələr 14,3 min ton quş əti istehsal etmişdilərsə, 2008-ci ildə bu rəqəm 18000 ton, 2015-ci ildə isə 50 min tondan çox olmuşdur. Daxili istehsal artdıqda quş ətinin idxalı da azalmışdır. Əgər 2001-ci ildə 23,2 min ton quş əti idxal olunmuşdursa, 2015-ci ildə bu rəqəm 16000 tona çatmışdır. Artıq daxili istehsalçılar bazarın 60-70%-nə nəzarət edirlər. Burada birinci skripka rolunu isə «Siyəzən-broyler» oynayır, ona bazarın 25%, «Mərdəkan-broyler»ə isə 20%-i məxsusdur. Vəziyyətin bu cür dəyişməsinə dövlət tərəfindən quş müəssisələrinə 5 ililk vergi tətilinin verilməsi də əhəmiyyətli təsir etmişdir.
Fabrik eyni məhsul növlərini müxtəlif coğrafi və alıcı bazarlarına çıxarmaqla, alıcıların gəlir, istehlak intensivliyi və davranış tərzindən asılı olmayaraq tanıtdıra bilmiş və bunun nəticəsində məhsul istehsalını 5 il ərzində 10 dəfə artıra bilmişdir. Nəticədə müəssisənin əməkhaqqı fondu və mənfəəti yüksəlmişdir. Mənfəətin ilbəil yüksəlməsi yığım fondlarına ayrılan vəsaiti artırmağa imkan vermişdir. Müəssisə yeni istehsalat vahidləri almaq və yeni taktika tətbiq etmək imkanı qazanmışdır; bəzi iri müəssisələr bazar mövqeyinin möhkəmləndirilməsi strategiyasının əsas vasitəsi kimi məhsulun inkişaf etdirilməsini götürürlər. Bu növ davranış yeni məhsul istehsalını və artıq mənimsənilmiş bazarlarda onun reallaşdırılmasını nəzərdə tutur.
Dostları ilə paylaş: |