GəNCƏ ŞƏHƏr məDƏNİYYƏT



Yüklə 131,49 Kb.
tarix21.11.2018
ölçüsü131,49 Kb.
#84279
növüYazı


GƏNCƏ ŞƏHƏR MƏDƏNİYYƏT

VƏ TURİZM İDARƏSİ

MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

METODİKA ŞÖBƏSİ

Tarixə qızıl xətlə yazılan bayram”

/Faşizm üzərində Qələbənin 70 illiyi/

/metodik vəsait/





GƏNCƏ – 2015
Bəşər tarixində müharibələr çox olmuşdur. Bu müharibələr çox olmuşdur. Bu müharibələrin qanlı izləri, vurduğu yaralar yer üzərində heç vaxt sağalmır. Tarixdə ən sarsıdıcı müharibələrdən biri də II Dünya Müharibəsidir”

Ümummilli lider Heydər Əliyev.

Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, II Dünya Müharibəsində Azərbaycan Respublikasının fəaliyyəti, rolu çox böyük olmuşdur”



Ümummilli lider Heydər Əliyev.
Xalqın şərəf tarixi


1941-ci il iyunun 22-də gələn dəhşətli xəbər damarlarda qanı dondurdu: müharibə! Bu xəbər hərəni bir yerdə yaxaladı-kimini məktəbdə, kimini dəzgah arxasında, kimini də iş başında. Müharibə hər kəsi bir yaşda imtahana çəkdi-kimini ahıl, kimini yeniyetmə yaşında, kiminin də gənclik həvəsi dolub-daşanda...

Müharibə öz dəhşətləri ilə yaddaşlara iz salır, odlu-alovlu, qanlı-qadalı hadisələrlə tarixə yazılır. Müharibə elə bir dəhşətli bəladır ki, dəyişməz qanunları ilə ya öldürməli, ya da ölməlisən! Onun içərisində olan adam ya yaralanmalı, ya da canını qurban verməlidir...

1941-1945-ci illər müharibəsini kimi Böyük Vətən müharibəsi, kimi də İkinci Dünya müharibəsi adlandırır. Əlbəttə, bunların hər ikisi düzdür. Sovet İttifaqı üçün bu savaş doğrudan da, Vətən müharibəsi idi. Çünki bu misli görünməmiş müharibədə sovet dövlətinin qalıb-qalmaması məsələsi həll olunurdu. O biri tərəfdən, 68 ölkənin iştirakı bu qanlı davaya Dünya müharibəsi deməyə əsas verir. Müharibə hər bir ölkənin siyasətinin zorakı davamıdır. Müharibələr həmişə insanların kütləvi ölümü ilə, illərlə qurub-yaratdıqları şəhərlərin, kəndlərin, zavod və fabriklərin məhv edilməsilə nəticələnir. Müharibə ata-anaları oğulsuz, qız-gəlinləri ərsiz, qardaşsız, uşaqları atasız qoyur, ailələri dağıdər.

1941-1945-ci illər müharibəsi bu savaşda qalib gəlmiş hər bir millət kimi azərbaycanlıların da şanlı hərb tarixidir. O qanlı-qadalı illər bir tarix kimi kitablarda, daş heykəllərdə, yaddaşlarda yaşayacaq, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə bir öyünücü salnamə kimi yadigar qalacaq.

Bu gün qələbəsinin 70-ci ildönümü bütün dünyada qeyd edilən 1941-1945-ci illər- Böyük Vətən müharibəsində on minlərlə azərbaycanlı silaha sarılıb faşist Almaniyasına qarşı aparılan müharibədə iştirak edib. Özü də elə mətanətlə vuruşublar ki, onların qəhrəmanlığı nə ruslardan, nə ukraynalılardan, nə belaruslardan, nə də digər başqa millətlərin nümayəndələrindən az deyil. Yüzlərlə ən yüksək mükafata layiq görülmüş oğul və qızlarımızın qəhrəmanlıqları başqa millətlərə örnək olub. Müharibə illərində azərbaycanlı oğul və qızlarımızın qəhrəmanlıqlarını, igidliyini nə ermənilər, nə də digər millətlər heç cür gizlədə bilməyiblər.

Həmin illərdə Azərbaycan xalqı həm müharibə zonalarında, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik göstəriblər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstələri təşkil olundu. 1941-1945-ci illərdə 700 minə yaxın Azərbaycan vətəndaşımüharibədə iştirak edib və qəhrəmancasına vuruşub. Onlardan bir çoxu geri dönməyib, bir qismi itkin düşüb və yaxud həlak olub. Azərbaycan divizyaları Qafqazdan Berlinədək mübariz yol keşiblər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə Şərəf ordeni ilə təltif olunub. 170 minə yaxın azərbaycanlı əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. O dövrdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazdılar.

Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görüldü. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başladı. Az bir vaxtda Bakı döyüşən ordunun ən mühüm cəbbəxanasına (arsenalına) çevrildi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər.

İkinci dünya müharibəsi Azərbaycan xalqının necə fədakar, qəhrəman və cəsarətli olmasını bir daha sübut etdi.

İkinci Dünya müharibəsi bəşər tarixində ən dəhşətli və ən qanlı müharibə idi.

1945-ci il may ayının 9-da alman faşizmi üzərində qələbə çalındı, faşizmin bütün bəşəriyyətə gətirdiyi bəlaların qarşısı alındı.

Əlbətdə, söhbət Böyük Qələbədən, İkinci Dünya müharibəsinin əsas baiskarı olan faşist rejimi üzərində qazanılan ümumbəşəri Qələbədən gedir. Böyük Qələbənin gerçəkləşməsində demək olar ki, dünyanın bütün xalqları və millətləri bu və digər formada iştirak ediblər. Qələbə naminə Azərbaycan xalqının məruz qaldığı mərhumiyyətlər isə sayagəlməzdir.

Ulu öndər Heydər Əliyev BöyükVətən müharibəsi iştirakçıla­rı­na daim yüksək diqqət və qayğı ilə yanaşmışdır.

“Azərbaycan xalqı Sovetlər İttifaqının tərkibində İkinci dünya müharibəsinin, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycanın 600 minə qədər vətəndaşı cəbhəyə göndərilmişdir. Onlar qəhrəmancasına vuruşmuş, yarısından çoxu geriyə dönməmiş, özlərini qurban vermiş, həlak olmuşdur. Zəfərlə qayıdan Azərbaycan oğulları isə 1945-ci ilin 9 mayından indiyədək xalqımız üçün, millətimiz üçün böyük qələbənin rəmzidir. İllər keçir, nəsillər nəsilləri əvəz edir, veteranlar bu gün də yaşayırlar. Biz hamımız böyük məmnuniyyət hissi keçiririk ki, Böyük Vətən müharibəsinin veteranları bu gün bizimlə bərabərdir, xalqın içindədir, ictimai-siyasi fəaliyyətlə məşğuldurlar və xalq, müstəqil Azərbaycan dövləti qarşısında öz xidmətlərini göstərirlər”.

Heydər Əliyev.


Ötən əsrdə bəşəriyyətə ən sarsıdıcı zərbəni vurmuş militarist faşist ideologiyası üzərində qələbənin 70 - ci ildönümü tamam olur. İkinci dünya Müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü, dəhşətlisidir. Bu müharibədə dünyaya ağalıq etmək iddiasında olan militarist qüvvələr, ilk növbədə isə faşist Almaniyası tərəfindən törədilmiş, 1939-cu ilin sentyabrında başlanan müharibə qısa müddətdə bütün Avropanı bürümüş, daha sonra digər qitələrə yayılaraq altı il davam etmişdir.

1941-ci il iyunun 22-də SSRİ üzərinə faşist Almaniyasının hücumu ilə Azərbaycanın da daxil olduğu Sovet İttifaqı faşizmlə ölüm-dirim mübarizəsinə qoçulmuş, tarixə Böyük Vətən müharibəsi kimi düşmüş dəhşətli mübarizə başlanmışdı. Müharibənin gedişində təcavüzkarlar ağlagəlməz vəhşiliklər törədərək milyonlarla insanı qətlə yetirmiş, şəhər və kəndləri xarabazara çevirmiş, istehsal müəssisələrini və mədəniyyət abidələrini darmadağın etmişdilər. Lakin müharibənin sonrakı mərhələsində formalaşan anti hitler koalisiyası ölkələrinin, ilk növbədə ABŞ-ın, Sovet İttifaqının, İngiltərə və Fransanın birgə səyləri nəticəsində 1945-ci ildə faşist Almaniyası və onun müttəfiqləri darmadağın edilmiş, İkinci dünya müharibəsi başa çatmışdı.

Nefti ilə faşizm üzərində qələbəyə böyük töhfə vermiş Azərbaycan xalqı da 9 mayı mühüm dövlət bayramlarından biri kimi qeyd edir. Bu gün tarixçilər birmənalı etiraf edirlər ki, Böyük Vətən müharibəsinin müqəddəratında və faşizm üzərində qələbədə xalqımızın böyük xidmətləri olmuşdu. Cəbhəni bol yanacaq, silah, hərbi sursat və ərzaqla təchiz etmək uğrunda mübarizədə Azərbaycan xalqı bütün maddi və mənəvi potensiyalını səfərbərliyə almışdı. Faşizm üzərində qələbə naminə əmək növbəsində duranların ön səralarında Bakı neftçiləri gedirdilər. Müharibə başlanan günü “Qaradağneft” trestinin kollektivi sovet hökümətinə müraciət edərək iş gününü uzatmağı xahiş etmişdi. Neftçilər yazırdılaar: “Müharibə dövründə 8 və 10 saatlıq işlə kifayətlənmək olmaz. Cəbhə üçün, mənfur düşmən üzərində qələbə üçün nə qədər lazımdırsa, o qədər işləyəcəyik.

1941-ci ildə Azərbaycanda rekord miqdarda-23,5 milyon ton neft çıxarılmışdı. 1941-1945-ci illərdə Azərbaycandan cəbhə bölgəsi-nə 75 milyon ton neft yanacağı göndərilmiş, benzin və sürtkü yağlarına olan tələbatın 75-90 faizini Bakı neftini ödəmişdi. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Əgər Bakı nefti olmasaydı, Sovetlər İttifaqının qələbəsi bəlkə də mümkün olmayacaqdır”.

2003-cü ildən bu siyasəti davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Böyük Vətən müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşmış, onların sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdır. Dövlət başçısının sərəncamı ilə faşizm üzərində qələbənin ildönümü hər il respublikamızda yüksək səviyyədə qeyd olunur.

Əgər insanın içində vətənpərvərlik hissi güclü olarsa, onu ən müasir texnikası ilə, silahla heç cür məhv etmək mümkün deyil. Bax, 1941-1945-ci illərdə döyüşən azərbaycanlı əsgərlərin içində belə bir sevgi və məhəbbət vardı. Təbii ki, hər hansı işğalçı ordu ərazini zəbt edəndə və məmləkəti tutanda baxmır ki, burdakı insanların heç bir günahı yoxdur. Çünki müharibənin yazılmamış qanunları var. İşğalçı ordunun əsgəri hər hansı şəhəri, kəndi zəbt edəndə tək onu yandırmaqla kifayətlənmir, həm də anaların, bacıların, qadınların namusuna sataşır. Ona görə də Böyük Vətən Müharibəsində döyüşən oğullarımız heç cürə imkan verməzdilər ki, yağılar bizim məmləkətimizi işğal etsinlər və qız-gəlinlərimizə sataşsınlar. Onların mərdliyi və döyüşkənliyi qarşısında bizim hamımız baş əyməliyik.

Böyük Vətən Müharibəsində minlərlə şəhid olan azərbaycanlının ruhunu necə ola bilər ki, 9 Mayda biz xatırlamayaq? Onlar özləri üçün yox, bütün vətən üçün və xalq üçün döyüşüblər. Bu döyüşən insanları isə unutmağa və yaddan çıxarmağa heç kimin haqqı çatmır. Çünki o kişilər kişi olublar və vətən uğrunda son damla qanlarına kimi döyüşüblər. Deməli, müqəddəs varlıq uğruna döyüşən oğullar heç vaxt yaddan çıxmamalıdırlar.

Ötən il müharibə veteranları ilə görüşündə prezident İlham Əliyev bir daha qeyd edib ki, bütün dünyada etiraz edurlər ki, əgər Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa ola bilərdi: İkinci Dünya müharibəsində arxa cəbhədə fəaliyyət göstərən insanların əməyindən çox şey asılı idi. Onu da hamımız bilirik ki, İkinci Dünya müharibəsi motorlar, tanklar, təyyarələr müharibəsi idi. O vaxt Sovet İttifaqının neft potensiyalının demək olar ki, böyük əksəriyyəti Azərbaycanda cəmləşmişdi. Sovet İttifaqında hasil olunan neftin 75 faizini Azərbayca neftçiləri çıxarıb. Həmin neft emal olunub, yanacağa çevrilib ümumi qələbəmizə xidmətedib. Bunu indi hamı etiraz edir, bütün dünya da etiraz edirlər ki, əgər Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa ola bilərdi. Ön cəbhədə vuruşmuş, arxa cəbhədə çəlışmış bütün insanlar böyük hörmətə layiqdirlər. Gələcək nəsillərin formalaşması üçün sizin nümunəniz çox önəmlidir. Bizim gənc nəslimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır, böyüməlidir. Bu istiqamətdə sizin müharibədən sonrakı fəaliyyətiniz, o cümlədən ictimai fəaliyyətiniz böyük əhəmiyyət kəsb edir. Mən çox şadam ki, Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənələr bu gün davam etdirilir. Bilirsiniz ki, müstəqilliyimizin ilk illərində bəzi qüvvələr 9 may bayramını ləğv etmək istəmişlər və veteranlara münasibət dəyişmişdi. Biz bunu indi də bəzi olkələrdə görürük. Amma xalqımızın ümummilli lideri 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra vəziyyət tamamilə dəyişdi, bütün mənfi meyillər aradan götürüldü və veteranlara layiq olduqları münasibət göstərilməyə başladı. Ədalət bərpa edildi, və 9 May Qələbə günü Azərbaycanda geniş qeyd olunur. Bu gün bu siyasət Azərbaycanda davam etdirilir. Mən dəfələrlə bəyan etmişəm ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasəti bütün sahələrdə davam etdiriləcəkdir. Bu bizə yeni uğurlar, yeni qələbələr gətirəcək, Azərbaycan xalqı daha yaxşı yaşayacaq, sosial məsələlər daha sürətlə öz həllini tapacaqdır. Əlbəttə, veteranlara diqqət bundan sonra da yüksək səviyyədə olacaqdır”.

Böyük Vətən müharibəsi hadisələri zaman keçdikcə tarixə çevrilmişdir. Lakin bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların adları yaddaşımızdan sılınmir və bizləri, bu gün yaşayan insanları daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır.

Demək olar ki, İkinci Dünya müharibəsindən sonra böyük müharibələr olmayıb. Amma dünyanın müxtəlif yerlərində lokal müharibələr baş verir. Görünür, həmin müharibələri aparan dövlətlər, yaxud onlara təşəbbüs göstərənlər ikinci dünya müharibəsindən sonra özləri üçün heç bir nəticə çıxarmayıblar.

Dünyanın bir çox bölgələrində hərbi münaqişələr davam etməkdədir. Onlardan biri də Cənubi Qafqazda Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasıdır. Həmin alman faşistləri və Hitler kimi ermənilər də işğal edilmiş yerlərdə hər şeyi dağıdıblar. İnsanların neçə illər boyu zəhməti bahasına ərsəyə gəlmiş şəhərlər, kəndlər, istehsal müəssisələri və bir sıra obyektlər erməni işğalçıları tərəfindən darmadağın edilib. Ona görə də erməni işğalçılarının Hitler ordusundan və alman faşizmindən heç bir fərqi yoxdur. Biz tarixin heç bir səhifəsini unutmamalıyıq.


Böyük Vətən Müharibəsinin faşizm üzərində Qələbənin 70 - illik yubileyi münasibətilə keçiriləcək tədbirlər.


İmperializmin ən mənhus qüvvəsi sayılan faşist işğalçıları dünyada birinci sosialist ölkəsinə qarşı xaincəsinə başladıqları bu müharibədə ucsuz-bucaqsız əraziləri zəbt etmək, ölkənin zəngin sərvətlərinə sahib olmaq, ölkədə yaşayan xalqları əsarət altına almaq iddiasında idilər.

Lakin bu ədalətsiz müharibədə haqq qələbə çaldı. Biz Böyük Vətən Müharibəsinin qanlı-qadalı illərindən uzaqlaşdıqca o günlərin qəhrəmanlıq salnaməsi daha əzəmətli, daha möhtəşəm görünür, sovet dövlətində birləşən xalqların bəşəriyyətə göstərdiyi misilsiz xidmət daha aydın hiss olunur. Bu qanlı müharibədə qazanılan qələbə insanlığı faşizm bəlasından xilas etdi.

Artıq o illərdən çox ötmüşdür, faşizm üzərində qələbədən 70 -il keçir. Bu möhtəşəm qələbənin respublikamızda layiqli keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi haqqında 23 fevral-2015-il tarixli sərəncamını əldə əsas tutaraq müxtəlif kütləvi tədbirlər təşkil edilir.

Belə tədbirlər Gəncə Şəhər Mərkəzləşmiş Kitabxana Sistemində də ardıcıl olaraq keçirilir. Mərkəzi Kitabxana və filiallarda Qələbənin 70 illiyinə həsr olunmuş kitab sərgiləri, şer gecələri, müharibə veteranları ilə görüşlər, xatirə gecələri və s. tədbirlər təşkil edilir.

Uşaq və yeniyetmələrdə müharibə ilə bağlı təsəvvür yaratmaq məqsədilə Mərkəzi Kitabxanada və bütün filiallarda Qələbənin 70-illik yubileyinə həsr edilmiş sərgilər təşkil olunmalıdır. Sərgidə kitab, qəzet və jurnal məqalələri ilə yanaşı Böyük Vətən Müharibəsi qəhrəmanlarının şəkilləri və müharibə dövrünə həsr olunmuş foto şəkillər də nümayiş oluna bilər. Sərginin yanında ədəbiyyat siyahısı qoymaq olar. Sərgi aşağıdakı başlıqlar altında təşkil oluna bilər. “Qələbə-70”,”Heç kim və heç nə unudulmur”, ”Azərbaycan Böyük Vətən Müharibəsi illərində”, “Düşmənin xam xəyalları”, “Rədd ol torpağımızdan” və s. Sərgidə görkəmli şəxsiyyətlərin müharibə haqqında söylədikləri fikirlərdən , sitatlardan istifadə etmək sərgini daha da məzmunlu və dolğun edər. Nümunələr veririk:
Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, II Dünya Müharibəsində, Böyük Vətən Müharibəsində Azərbaycan Respublikasının fəaliyyəti, rolu çox böyük olmuşdur.

Ümummilli lider H. Əliyev.
İnsanları ən qorxunc iki talançıdan-müharibədən və totalitar rejimdən xilas etmək lazımdır”.

U.Çörgill.
Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü”.

H.Cavid.

Bundan başqa kitabxanada orta və böyük yaş qrup oxucular üçün müharibə iştirakçıları, yəni veteranlarla görüşlər təşkil etmək daha maraqlı olar. Çünki uşaqlar görüşdə müharibənin canlı şahidləri ilə yaxından tanış olar, kitablardan oxuduqları, filmlərdən gördükləri hadisələri bir daha onların dilindən eşidərlər. Kitabxanaçı görüşə dəvət olunan veteranlarla əvvəlcədən görüşüb vaxtı müəyyənləşdirməlidir. Qeyd etmək lazımdır ki, görüş keçiriləcək yerdə sərginin təşkili olduqca zəruridir. Həmçinin yaxşı olardı ki, sərgidə görüşə dəvət olunan veteranlar haqqında məqalələr nümayiş olunsun. Aparıcı görüşə çağrılan şəxs haqqında məlumatlar əldə etməli, bu məlumatlar əsasında çıxış edərək onu oxuculara təqdim etməlidir. Bundan sonra qonağa söz verilir. Görüşün sonunda oxucular qonağa suallarla müraciət edə bilər.

Kitabxanada təşkil olunacaq tədbir formalarından “Ömürdən qalan izlər”, “Ürəklərdə yaşayır”, “Tariximizin qanlı səhifələri” başlıqlı söhbət, “İkinci Dünya Müharibəsi illərində Azərbaycan övladları böyük qəhrəmanlıq nümunələri göstərmişlər”, “Nəsillərə nümunə”, “Vətən qəhrəmanları heç vaxt unudulmur” Sual-cavab gecələri, “Odlu illərin yadigarları”, “Alovlu illərin qəhrəmanları” adlı görüş, “Tarixə qızıl xətlə yazılan bayram”, “9 may-ədalətin qələbəsi”, “Vətən mənə oğul desə nə dərdim”, “Vətən qəhrəmanlarını heç vaxt unutmur”,”Düşmənin xam xəyalları”, “Hər şey cəbhə üçün, hər şey qələbəmiz üçün”, adlı ədəbi-bədii gecə, ədəbi bədii kompozisiya və “Dünyaya sülh gərəkdir”, “Müharibə uşaqların gözü ilə” adlı səhərcik, balaca oxucularla Sovet İttifaqı Qəhrəmanı İ. Məmmədovun ev muzeyinə səyahət – sonra isə qəhrəmanın abidəsi qarşısında şer saatı və s. tədbirlər keçirmək olar.
Sual-cavab gecəsini “Hardan başlanır vətən?” başlığı altında keçirmək olar.

1.Müharibə neçənci ildə başlanıb və qurtarıb?

2.Qələbəmizin neçə illiyi qeyd olunur?

3.Azərbaycan xalqının arxa cəbhədə nə kimi rolu olub?

4.Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında

Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlar haqqında nə bilirsiniz?

5. Neçə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına laiq görülüb və

bunlar kimlərdi?

6. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk Azərbaycanlı kim

olub?


7. İki dəfə Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına kim layiq

görülüb?


8. Sovet İttifaqı Qəhrəmanı və Müharibədən sonrakı dövrdə görkəmli

şərqşünas alim kimi tanınmış, tarix elminin inkişafı üçün çox işlər

görmüş akademik kimdir?

9. Sovet İttifaqı Qəhrəmanı kiçik leytenant İsrafil Məmmədov haqqında

nə bilirsiniz?

10. Böyük Vətən Müharibəsi iştirakçılarına nə kimi qayğı göstərilir və

onlar haqqında nə işlər görülür?
Kitabxanaçılara kömək məqsədilə “Biz müharibə istəmirik” adlı ədəbi-bədii gecənin ssenarisini veririk.
Biz müharibə istəmirik.
Səhnədə “Qələbə - 70” yazılmış plakat asılıb. Kitablardan ibarət sərgi təşkil olunub. Bir tərəfdə Böyük Vətən Müharibəsi Qəhrəmanlarının şəkillərindən ibarət sərgi düzəldilib. Həzin musiqi sədaları altında iki aparıcı səhnəyə dahil olurlar.

I aparıcı: Günlər ötüb vaxt dolandıqca çox şey unudulur, arxada

qalır, toxum var ağac olur, ağac var qocalıb torpaqdan

silinir, hadisə var yaddan çıxır, əhvalat var unudulur.

Həyatımızda elə hadisələr, mübarizələr, sınaq, imtahanları da

baş verir ki, zaman-zaman o xatırlanır uzaqlaşdıqca yaxınlaşır.

II aparıcı: 1941-1945-ci illər!

Bu illər saysız-hesabsız qəhrəmanlıq nəğmələri, dastanları ilə

bağlıdır. Bu illərdə yeni-yeni qəhrəmanlar doğuldu, elə bil

ki, babəklər, koroğlular, yenidən dünyaya gəldilər. İgid

bərkdə sınanar, döyüşdə doğular.

I aparıcı: Yer üzünü adamıyla, ağacıyla, quşuyla, canlı-cansız, yaxşı-

yaman hər şeyiylə birlikdə oda qalayan nəhəng tonqallara da

bənzədirlər müharibəni. Bu obrazlı fikir bəşəri bəlanın tam

tərifi olmağa yaramasa da, onun barəsində əhatəli təsəvvür

yaradır. Müharibələr insan toplumlarında bə özgələrdə

cəmləşmiş ümumi naqislik və günahlardan qidalansa da, çox

sayda ləyaqətli və günahsız insanları da məşhərə çəkir. Xalq

deyiminə görə qurunun oduna yaş da yanır.

(2 oxucu səhnəyə daxil olur və şer söyləyir).

I oxucu:

Bir xəbər yayıldı, acı bir xəbər,

Çəkildi əsəblər, hisslər tarıma.

Yağdı ildırım tək, yağdı güllələr,

Yağdı anaların yuxularına.

Məcnun söyüdlərin doldu gözləri,

Pərişan telini daraqlamadı.

Kölgəsinə gələn sevgililəri

Bir də axtarmadı, soraqlamadı.
İgidlər gəlmədi görüşə ogün,

İgidlər getdilər döyüşə o gün.

Yenə Qıratını mindi Koroğlu.

Yenə Çənlibeldən endi Koroğlu...



II oxucu:

Odlu səngərlərdən üçkünc məktublar,

Bəzən qalaqlandı, bəzənkəsildi.

Qaldı gözəllərin qulağı səsdə

Məhəbbət sınandı mərmilər üstə.
Ümidlər yollarda çırağa döndü,

Əritdi düşməni qar-qırov kimi.

Dəniz çalxalandı, yer silkələndi,

Gedənlər döyüşdü od-alov kimi.


Düşmənin ayağı dəyməsi deyə

Torpağı bağrına basdı igidlər.

Qərib durnalar tək ünvanlarını

O gündən bahara yazdı igidlər.


I aparıcı: Bu gün biz II Dünya Müharibəsində əldə olunmuş qələbənin

70-ci ildönümünü qeyd edirik. II Dünya Müharibəsi bəşər

tarixində ən dəhşətli müharibə olub. Dəhşətli və ağır

olmasına baxmayaraq, qələbə qazanıldı. Düzdür, qələbə

bizə çox başa gəldi-onun uğrunda çox , həddindən çox

insan öz həyatını qurban verdi. Onlar vətən naminə, yer

üzərində sülh və səadət naminə həlak oldular.

II aparıcı: II Dünya Müharibəsi hərb tariximizin ən unudulmaz

səhifələrindəndir. Böyük Vətən Müharibəsində faşist

Almaniyası üzərində çalınan qələbədə Azərbaycanın

xüsusi əməyi olmuşdur. O ağır, dəhşətli illərdə xalqımız

gecə-gündüz bilmədən neft çıxarmış, yüksək keyfiyyətli

benzin və sürtkü yağları istehsal etmiş, taxıl və pambıq

becərmiş, ön və arxa cəbhəni müxtəlif növ ərzaq, digər

zəruri məhsullarla təchiz etmişdir.



I aparıcı: Böyük qələbənin təmin edilməsi üçün təkcə sənaye və xalq

təsərrüfatında çalışanlar deyil, kənd əməkçiləri də fədakarlıq

göstəriblər. Böyük Vətən Müharibəsinin yaratdığı çətinliklərə

baxmayaraq Azərbaycan xalqı ordu üçün əlindən gələni

əsirgəmədi.

II aparıcı: Bizim üçün tarixə çevrilən bu müharibənin təfsilatlarını artıq

filmlərdən görmüşük. Mehdi Hüseynzadəyə həsr olunmuş

“Uzaq sahillərdə” Həzi Aslanova həsr olunmuş “Sizi dünyalar

qədər sevirəm” filmləri bizə dünya durduqca o illəri

xatırladacaq və biz belə qəhrəmanlarımıza baxıb fəxr

edəcəyik.



I aparıcı: Həzi Aslanovun, İsrafil Məmmədovun, Ziya Bünyadovun,

Mehdi Hüseynzadənin, Aslan Vəzirovun, Hüseynbala

Əliyevin, Qafur Məmmədovun və bir çox başqalarının

hünərləri xalqımızın salnaməsinə həmişəlik yazılmışdır.

(“Uzaq sahillərdə”filmindən partizanlar haqqında olan musiqi

səslənir və musiqi sədaları altında səhnəyə M. Dilbazinin

Partizan Aliyə” poemasından səhnələşdirilmiş parçanın

iştirakçıları - stol arxasında oturmuş gestapoçu, 2 faşist zabiti,

qolları qandallı Aliyə daxil olur. Aparıcının pərdə arxasından

səsi eşidilir.)



Aparıcı:

Kim deyir ki, dünyada,

Həkim adi insandır?

O ölümlə çarpışan

Yenilməz qəhrəmandır.

Canı bütün canlara

Bağlı, o başqa candır.

Neçə ömrün qayğısı

Yazılıb ürəyində,

İnsanların düşdüyü

Kədər dənizlərində

Mahir qəvvasdır onlar.

Bunu hıkim əlindən

Şəfa tapanlar anlar.

Aliyə də bununçün

Keçib bəlkə canından...

Bir dərya var, lil axır.

Biri də var-tamam qan.

Qan var-gözlərdən gəlir,

Qan var-axır yaradan

Sənin səsin, Aliyə,

İndi gəlir haradan?



Gestapoçu: Otur!

Qələm al, imzanı bu kağıza at!

Yaz!

“Mən azərbaycanlıyam,



Şərqliyəm, şərqqanlıyam.

Atın silahı yerə, ey azərbaycanlılar.

Özbək, tatar qardaşlar,

Sizə nicat verəcək,

Gözəl həyat verəcək,

Ali, almanqanlılar.”

Eşitdin, yaz!

Aiyə: Olmaz!

Budur inamı bizim döyüşçülərin,

İstəyirsiniz bununçün mənə əzablar verin.

Əlinizdə həm silah, həm də ki, ixtiyar var.

Mənim etiqadımdan ancaq gücsüzdür onlar.

Gestapoçu: Etiqadınız nədir?

Aliyə: Etiqadım insana, bəşərə xidmət edir.

Gestapoçu: Nədir bu xidmətiniz?

Aliyə: İnsanları irqlərə, qanlara bölmürük biz.

Özgə torpaqlarında vuruşub ölmürük biz.



Gestapoçu: Elə isə rusdurmu sizin milliyətiniz?

Bu rus torpaqlarında ölüb dirilirsiniz,

Vuruşursunuz niyə?

Aliyə: Xidmət eləyirik biz çünki bir əqidəyə!

Qoruyuram mən burda azadlıq niyyətimi,

Həm də öz millətimi.

Bir millət ki, heç kəsin qənimi olmamışdır.

Oğulları qəsbkar, cəllad doğulmamışdır.

Gestapoçu: Özünü aldatma, sus!

Aliyə: Yox sizdə milli namus!

Gestapoçu: Bir ovuc qaralarçın, fərqi nə alman, ya rus?

Aliyə: Ölkənizdə dirçəlib faşizm adlı kabus!

Tarix nə vaxtdan bəri, görmüş bu dəhşətləri:

İnsanın dərisindən əlcək geyinsin insan,

Həmcinsinin əridib sümüyünü, ətini,

Sabun bişirsin ondan,

Buhenvald peçlərində, yandırıb öz əliylə,

Gübrələsin torpağı həmcinsinin külüylə.

Qan qoxusu gələcək sizin çörəyinizdən.

Bütün xalqlar bununçün ikrah edirlər sizdən.

(Gestapoçu Aliyənin üzünə sillə vurur.)



Gestapoçu: Aparın!

Aparıcı: Onun olmadısa ömrü çox uzun,

Tarix öz şərəfli səhifəsinə

“Əbədi partizan” yazdı adını

Aliyə adlanan bu həkim qızın.

Sönməyən alovlar, odlar içində

Belə döyüşdülər o mərd insanlar.

Günəşli, çörəkli torpaq üstündə,

Biz yaşayaq deyə, öldülər onlar.



II aparıcı: Böyük Vətən Müharibəsi zamanı 400 min azərbaycanlı

faşizmlə mübarizədə həlak olub. 123 nəfər həmyerlimiz Sovet

İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər isə göstərdiyi

qəhrəmanlıqlara görə “Şöhrət ordeni”nin hər üç dərəcəsi ilə

təltif ediliblər. Həzi Aslanov, Ziya Bünyadov, İsrafil

Məmmədov, Qafur Məmmədov, Mehdi Hüseynzadə... II Dünya

Müharibəsi tarixinə Azərbaycanın adını yazan qəhrəman

oğullardır.

Nə olaydı bir sarı yarpaq olaydım,

Sabahın yelləri alaydı məni:

Aşıb bəyaz donlu uca dağları,

Vətən torpağına salaydı məni...”

I aparıcı: Bu sözlər xalqımızın mərd oğlu, əfsanəvi qəhrəman, kəşfiyyatçı

Mehdi Hüseynzadəyə məxsusdur. Onun qəbri İtaliyanın

Çepovani kəndindədir. Qəbri üzərində bu sözlər

yazılmışdır: ”Azərbaycan xalqının qəhrəman oğlu, əziz

dostumuz Mehdi, rahat yat. Sənin azadlıq uğrunda göstərdiyin

ölməz qəhrəmanlıq dostlarının qəlbində daim yaşayacaqdır”.



II aparıcı:1941-1945 ci illərdə Azərbaycan döyüşən ordunun ən mühüm

və etibarlı arxa cəbhəxanalarından biri olmuşdur. Təsadüfi

deyildir ki, faşist Almaniyasının hərbi strateji planlarında

Qafqazı tutmaq, Bakının neft mədənlərini ələ keçirmək xətti çox

mühüm yer tutmuşdu. Hitlerçilər əvəzsiz nemət sayılan Bakı

neftqaz yataqlarını, mədənlərini dağıdılmamış və onlara zərər

toxunulmadan ələ keçirmək niyyətində idilər. Lakin onların bu

planı baş tutmadı. Bakı özünü yadelli işğalçılardan qoruya bildi.



Oxucu:

Dörd il açılmayıb burda könüllər,

Dörd il Bakıda da yaz olmayıbdır.

Qəhrəman şəhər çəkdiklərindən

Bakının çəkdiyi az olmayıbdır.

Bakı qılınc kimi qalmadı qında,

Sıyrıldı kədərin, min qəmin üstə.

Tankın , təyyarənin motorlarında

Bakı “yeriyirdi” düşmənin üsstə.

Oxucu:

Bakı neçə-neçə cəbhə yarırdı;

Yolu irəliydi, yalnız irəli.

Bir əli torpaqdan neft çıxarırdı,

Bir əli cəbhədə yanırdı, bəli!

Dönüb o illərə bir salın nəzər,

Barı o günləri düşünün, anın,

Bir neft dənizinə dönmüşdü Xəzər,

Hələ də neftlidir suları onun.

Şöhrət istəmıyir bu qəlbi dəniz,

Onda ünvanı var hər gələn yazın.

Qəhrəman şəhərlər cərgəsinə siz

Yazın! Bakının da adını yazın!

I aparıcı: II Dünya Müharibəsi xalqımıza böyük ziyanlar vurdu. Bu azmış

kimi 1988-ci ildən erməni faşizminin xalqımıza qarşı torpaq

iddiası ilə başladıqları müharibə daha böyük ziyanlar vurdu.

Erməni işğalçıları torpaqlarımızın 20%-ni işğal etmiş, anamız

Azərbaycanın ulu xatirələr saxlancı olan-gözəl Qarabağımızı

talan etmişdir. Alman faşizminin törətdiyi dəhşətli Xatın

faciəsini erməni faşizmi vətənimizdə Xocalı faciəsi ilə əvəz etdi.

II aparıcı:Xocalı bizim böyük milli faciəmizdir. Zaman bizi 1941-1945-ci

illər müharibəsindən uzaqlaşdırarkən, Xocalı faciəsinə

yaxınlaşdırdı. Bu hiss bizdə Xocalı soyqırımını törədən

düşmənlərimizə qarşı kin-küdurəti gücləndirir, hər an intiqam

hissi oyadır.

Qan yaddaşımıza yazıldı Xocalı qırğını.

(2 oxucu daxil olur. Biri N.Həsənzadənin “Xatın qışqırığı” şerindən, digəri isə H. Ziyanın “Xocalı müsibəti” şerindən parçalar söyləyirlər.)

I oxucu: Xəfif meh dəyir üzümə hərdən,

Burda hər ürəyin bir ahı qalıb.

Dağılan hər evdən,

Hər ailədən

Mərmər lövhə üstə siyahı qalıb.

Kədər şüalanır burda elə bil,

Burda Xatın boyda çəmən var-ot yox,

Otaq var, insan yox,

Ocaq var, od yox!

Qəbir var-bu daşlar başqası deyil,

Torpaq var-bu torpaq o torpaq deyil...

Bir heykəl dayanıb, əlində uşaq,

Üsyan nəğməsidir burdakı yasa.

O deyir: bu xatın bir də yanacaq,

Xatın yanğısını dünya unutsa...

II oxucu: Günəş necə yanırsan,

Necə işıqlanırsan?

Yer niyə dolanırsan!

Dayanıb sükutda dur.

Dərk et bu fəlakəti-

Görünməz müsibətdir,

Xocalı müsibəti!

İllərə axın-axın

Kimi bilmişik yaxın?!

Xəyanətkar alçağın

Faşistdən də min dəfə

Murdar imiş xisləti

Car olmalı dünyaya,-

Xocalı müsibəti!

Yerdə qalsa belə qan

Əl üzülər dünyadan!

Məğrur dur Azərbaycan!

Cəzasız qalmayacaq

Törədən cinayəti

Dəhşətlər dəhşətidir

Xocalı müsibəti!

I aparıcı: İllər ötür, zəmanə dəyişir. Artıq 70 yaşı var qələbənin. Bu

tarixdir, eyni ilə Azərbaycanın da tarixidir. Onun canlı şahidləri

isə az qalıb, çox az... Hazırda respublikamızda II Dünya

Müharibəsinin çox az veteranı yaşayır. Bəşəriyyəti faşizm

taunundan xilas edən bu nəslin nümayəndələri yüksək hörmətə,

ehtirama layiqdirlər. Bir də vətənin azadlığı üçün çox şey

öyrənəcəyimiz bir məktəbin, nəslin nümayəndələri kimi onlara

çox ehtiyacımız var. Xalq sizin 1941-1945-ci illərdə döyüş

meydanlarında, gərgin əmək cəbhəsində göstərdiyiniz hünəri

heç vaxt unutmayacaqdır. Qoruyaq onları!



II aparıcı: Yaşayın, əziz veteranlar! Canınız sağ, ömrünüz uzun, çöhrəniz

həmişə sevincli olsun. Qazandığınız Qələbə günü, 9 May

bayramınız mübarək!

Alqış sizə, od köynəkli qəhrəmanlar,

Mərd ürəkli qəhrəmanlar!

Üzünüzdə təbəssümə dönsün bu gün

Ölənlərin-itənlərin xatirəsi.

Siz dünəndən bu günümə soraqsınız.

Qızıl tarix kitabından

Pozulmayan vərəqsiniz.


İstifadə olunan ədəbiyyat.


  1. Alov saçan sətirlər.-B. : Azərnəşr, 1975.-326 s.

  2. Dilbazi M. Dağ çiçəyi.-B. : Gənclik, 1977.-320 s.

  3. Dünya durduqca.-B. : Azərnəşr, 1977.-187 s.

  4. Elzar. Tarixi dəyişən müharibə, Şəkər villası, 2003.-27 may.

  5. Nəzirli Ş. Əfsanəvi Mixaylo.-B. : Gənclik, 1988.-88 s.

  6. Nəbiyev B. Kamalın təntənəsi (Böyük Vətən Müharibəsi və

Azərbaycan ədəbiyyatı).-B. : Yazıçı.-1981.

  1. Odlu illərin əks- sədası. : Azərnəşr, 1985.-323 s.

  2. Məmmədov S. Azərbaycanın şanlı qızları.-B. :İşıq, 1988.-160 s.



Dövrü mətbuat.


  1. İmanov B. Onlar yüksək ehtirama layiqdirlər, Xalq qəzeti, 2001.-9

may.

  1. Şıxlı S. Faşizm üzərində qələbəni xalqların birliyi təmin etdi, B.

: Xalq qəzeti, 2002.-7 may.

  1. Süleymanov Emil. İkinci Dünya Müharibəsində Azərbaycan övladları böyük qəhrəmanlıq nümunələri göstərmişlər. :Xalq qəzeti.-2009.-14 may

  2. Elmanoğlu S. Xalqın şərəf tarixi, Böyük Vətən Müharibəsi. :Azərbay-can.-2009.-13 may.

  3. Fizuli Ruzigar. Onlar vətəni qorumuşlar, Böyük Tarixi Qələbənin 65 illiyi. : Gəncənin səsi.-2009.-10 may.

  4. Nailə. 9 may faşizm üzərində qələbə günüdür. : Azad Azərbaycan.-2009.-8 may.

  5. Kərimov Yusif. Biz qələbənin varisləriyik. : (Sovet İttifaqı Qəhrəmanları).- Respublika. -2009.-24 iyun.

Veb saytlar



www.gooqle.az



Tərtib edən: Rüstəmova Rəqibə.

Gəncə şəhər Mərkəzləşmiş Kitabxana

Sisteminin Metodiki İşlərin Təşkili

şöbəsinin metodisti.
Rəy verənlər:
Qədimova Fəridə - Gəncə Şəhər Mərkəzləşmiş

Kitabxana Sisteminin direktor müavini.
Abbasova Iradə - Gəncə Şəhər Mərkəzləşmiş

Kitabxana Sisteminin Metodiki Işlərin

Təşkili şöbəsinin müdiri.

Kompyüterdə yığan:
Rüstəmova Rəqibə - Metodist.


Yüklə 131,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin