GəNCƏ ŞƏHƏr turizm və MƏDƏNİYYƏT İdarəSİ



Yüklə 51,54 Kb.
tarix17.06.2018
ölçüsü51,54 Kb.
#53939



GƏNCƏ ŞƏHƏR TURİZM VƏ MƏDƏNİYYƏT İDARƏSİ

GƏNCƏ ŞƏHƏR MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

MƏRKƏZİ ŞƏHƏR KİTABXANASININ MƏLUMAT BİBLİOQRAFİYA ŞÖBƏSİ







(QƏMBƏR HÜSEYNLİ – 95)
BİBLİOQRAFİK YADDAŞ






















Qəmbər Məşədi Muxtar oğlu Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə anadan olub.

1925-ci ildə Q. Hüseynli Gəncədəki 1 saylı məktəbə qədəm qoyub.

1929-cu ildə Gəncə pedaqoji texnikumuna, eyni zamanda şəhər orta ixtisas musiqi məktəbinin tar sinifinə daxil olur. Burada tarzən Həmzə Əliyev və Məşdi Mehdiyevin sinfində sənət sirrlərinə yiyələnir.

30-cu illərdə Azərbaycanın xalq artisti Məmmədrza Şeyxzamanovun Gəncə İnşaat Texnikumunda yaratdığı dram dərnəyində fəal iştirak edir.

1932-ci ildə isə təsadüf nəticəsində Q. Hüseynli Moskvadan Gəncəyə qastrol səfərinə gələn Şərq simfonik orekstrində baş tar çalan ifaçını əvəz edir.

1934-cü ildə Bakıya gələn gənc tarzən Q. Hüseynli Azərbaycan Dövlət Musiqi Texnikumunun violonçel sinfində A. S. Şvarstdan təhsil alır. Bəstəkarlıq şöbəsinə keçirilən Q. Hüseynli Q. Z. Bruşteynin sinfində təhsilini davam etdirir. Yeni-yeni əsərlər bəstələməyə başlayır “Qızıl quş” operasını yazır.

1939-cu ilin sentyabrında Q. Hüseynli Şuşa musiqi texnikumuna direktor təyin edilir.

1940-ci ildə Q. Hüseynli yenidən Bakıya dəvət edilir. Dövlət Filarmoni-yasının nəzdində fəaliyyət göstərən azərbaycan xalq çalğı alətləri orkestrində drijor köməkçisi işləyir. Həmin illərdə Üzeyir Hacıbəyovun tövsiyyəsi ilə “Sazçı qızlar” ansamblı təşkil edir, həmin kollektivin bədii rəhbəriu olur.

1947-ci ildə Q. Hüseynli Gəncəyə qayıdır. Gəncə Dövlət Filarmoniyasında bədii rəhbər, Gəncə Dram teatrında isə musiqi hissə müdiri vəzifəsində çalışır. “Cücələrim” uşaq mahnısı ilə məşhurlaşır.

1951-ci ildə Q. Hüseynli Bakıya qayıdır. O, Azərbaycan Dövlət Radio Verlişləri komitəsinin xalq çalğı alətləri orkestrində drijor vəzifəsində işləyir.

Bəstəkar Q. Hüseynli yaradıcılığının müxtəlif dövrlərində “İlk məhəb-bət”, “Dağlar”, “Gülə-gülə”, “Ay işığında”, “Tel nazik”, “Düşər yadıma”,



Gecələr uzanaydı”, “Sənsən”, “Tellər oynadı” və digər bu kimi mahnıların, həmçini “Çeşmə başında”, “Gəraylı”, “Ceyran”, “Yar yanında günahkaram”, “Xoş gəldin”, “Saz çalan olsa”, “Maral”, “Qadan alm”, və sairə bu kimi aşıq mahnıları da bəstələmişdir.

1948-ci ildə yazılan “Cücələrim” uşaq mahnısı Q. Hüseynliyə dünya

şöhrəti gətirmişdir. Bəstəkarın uşaq mahnıları içərisində “Uşaq və buz”,

Məstan pişik”, “Qaraqunşla söhbət”, “Yaz”, “Tapmaca”, “Yaz günləri” və bu kimi bəstələri uşaqların dilinin əzbərinə çevrilmişdir.

Bəstəkar, öz yaradıcılığında N. Gəncəvi, M. Füzuli, M. Ə. Sabir, A. Səhhət, B. Vahabzadə, S. Vurğun, Z. Xəlil, Ə. Ziyatay kimi yazıçı və şairlərin yaradıcılığından bəhrələnmişdir. O, aşıq Ələsgər, aşıq Temur yaradıcılığına da müraciət etmişdir.

1940-50-ci illərdə Q. Hüseynli Gəncə Dövlət Dram Teatrının, Bakı tamaşaçılar teatrının səhnəsində tamaşaya qoyulan neçə-neçə pyeslərə musiqi parçaları bəstələnmişdir.

Q. Hüseynli 1961-ci il, iyul ayının 31-də 45 yaşında Bakıda dünyasını dəyişmişdir. “Simurq quşu” operası yarımcıq qalmışdır.

Avqustun 3-də Bakıdan Gəncəyə gətirilən cənazə şəhərin mərkəzində “Məktəblilər bağında” dəfn edilmişdir.

Bu il istedadlı bəstəkarın 95 illiyi tamam olur . Bu münasibətlə bəstəkarın həyat və fəaliyyəti ilə əlaqədar kitabxanamızın fondunda olan materialları oxucuların istifadəsinə vermək məqsədilə şöbəmiz “Nəğmələrdə yaşayan ömür” adlı yaddaş tərtib etmişdir. Vəsaitdən Q.Hüseynli sənətini sevən bütün oxucular istifadə edə bilər.






1. İsmayılzadə Rauf. Bəstəkar Qəmbər Hüseynli-90.- Gəncə, 2006.-

24 s.


2. İsmayılzadə Rauf.Gəncənin musiqi salnaməsi: Gəncə,2007.-35 s.

3. Qəmbər Hüseynli. Romanslar : Fortepiano ilə oxumaq üçün .-

Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1960.- 14 s.



4. Qəmbər Hüseynli. Cücələrim : Mahnı // Mahnı töhfəsi.- Bakı:

Maarif nəşriyyatı,1983.- S.233.



5. Qurbanəliyeva S. Qəmbər Hüseynli yaradıcılığı milli ənənələr

konteksində .- Bakı: Adiloğlu, 2006.- 204 s.

6. Mənim bağım, Cücələrim // Sevimli nəğmələrimiz .- Bakı,1993.-

S.3;21.


7. Möhbəddin S. El məhəbbəti // Möhbəddin Səməd. İncəsənət ustaları.- Bakı: İşıq. 1987.- S.69-80.

8. Ramiz Zöhrabov. Nəğmələrdə yaşayan ömür // Ramiz Zöhra-

bov. Bəstəkarlarımız haqqında söz : (I kitab).- Bakı: Şur nəşriy-

yatı, 1995.- S.44- 47.

9. Zümrüd Sədraqızı. Yaz günləri; Tapmaca: Mahnı // Z. Sədraqı-

zı. Uşaq bağçalarında musiqi məşğələlərinin müntəxabatı.-

Bakı: Şirvannəşr, 2005.- S.28;40.


1. Qəmbər Hüseynli // Əlamətdar və tarixi günlər təqvimi- 2011.- S. 128.

2. Mehdiyev Fərid. Çaplinin bəxtəvər saydığı Azərbaycanlı bəstəkar :

Görkəmli bəstəkar // Gəncəbasar.- 2011.- 24-30 aprel.- №17.- S.4.

3. Юнисоглы Ф. Он остается любимым композитором : Гамбар

Гусейнли-95 // Новости Гянджи.- 2011.- 20 апреля.- №8.- Стр.2.

4. İsmayılzadə Rauf. Dünya şöhrətli “Cücələrim”in müəllifi : Qəmbər

Hüseynli-90 // Gəncənin səsi.- 2011.- 5 aprel.- S.4.

5. Sərdarqızı Təranə. Bir mahnıyla şöhrət qazanan bəstəkar : Bəstəkar

Qəmbər Hüseynlinin həyat və yaradıcılığı haqqında // Mədəniyyət.-

2010.- 16 aprel.- №26.- S.12.

6. Кулиев Ф. Памяти Г. Гусейнли : От композитор Г. Гусейнли

// Новости Гянджи.- 2010.- 15 апреля.- №9.- С.3.

7. Rzalı R. Beşik nəğməmiz qədər doğma, əziz “Cücələrim” : Görkəmli

bəstəkar Qəmbər Hüseynli haqqında // Azərbaycan.- 2008.- 23 dekabr.-

№286.- S.8.

8. Qəmbər Hüseynli : Mədəniyyətimiz // Gəncə böyük hərflə.- 2006.-

№3.- S.22-23.

9. Mehdixanlı Telman. “Cücələrim”dən “Ay ışığı”na gedən yol : Bəstəkar,

əməkdar incəsənət xadimi Qəmbər Hüseynli – 90 // Azərbaycan.- 2006.-

16 aprel.- S.3.

10. Dünya Şöhrətli cücələrimin müəliifi : Qəmbər Hüseynli-90

// Gəncənin səsi.- 2006.- 5 aprel.- S.4.

11. İsmayılzadə İ. Nəğmələrdə döyünən ürək : Bəstəkar Qəmbər Hüseynli



haqqında // Ədəbiyyat və incəsənət.- 1969.- 15 fevral.- S.3.















Yüklə 51,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin