“Gender zorakılığı əleyhinə 16 Günlük kampaniya”ya dəstək
Avropa Komissiyasının maliyyə dəstəyi və Hüquqşünas Qadınlar Assosiasiyasının həyata keçirdiyi “İnsan alveri qurbanlarına hüquqi yardım” layihəsi çərçivəsində ATƏT-in Gəncə Regional Hüquq Resurs Mərkəzi ilə birgə “Gender zorakılığı əleyhinə 16 Günlük kampaniya”ya dəstək məqsədilə müxtəlif tədbirlər keçirilmişdir.
Belə ki, 4 dekabr 2009-cu ildə Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universitetində 41 nəfər müəllim və tələbənin iştirakı ilə “İnsan alveri və onu doğuran səbəblər” mövzusunda məlumatlandırıcı tədbir keçirilmişdir. Tədbirdə Universitetin İqtisadiyyat, İnzibati İdarəetmə, Ərzaq və Qeyri-Ərzaq Mallarının Əmtəəşünaslığı fakultələrinin tələbələri, magistrlər, müəllim heyəti və Universitet rəhbərliyi də iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan “İnsan alveri qurbanlarına hüquqi yardım” layihəsinin rəhbəri Xalisə Şahverdiyeva, daha sonra insan alverinin anlayışı və formaları, onun doğurduğu nəticələr, insan alveri ilə bağlı milli və beynəlxalq qanunvericilik haqqında məlumat verdi. İnsan alveri və onun doğurduğu nəticələr haqqında hazırlanmış təqdimat iştirakçılara təqdim olundu. Qarşılıqlı müzakirə şəklində keçən tədbirdə belə aksiyaların universitetlərdə, məktəblərdə və risk qrupları arasında keçirilməsinin əhəmiyyətini qeyd edildi. Sonda iştirakçılara insan alverindən bəhs edən “Satılmış həyat ” qısametrajlı filmı təqdim olundu.
4 dekabr günün 2-ci yarısı “İnsan alveri qurbanlarına hüquqi yardım” layihəsinin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olmuş, Universitetin 34 nəfər tələbə və müəllim heyəti üçün “İnsan alveri – qadınlara qarşı zorakılığın ən ağır formalarından biri kimi” mövzusunda məlumatlandırıcı tədbir keçirmişdirlər. İştirakçılarla insan alveri, meydana gəlmə səbəbləri, insan alverindən qorunmağın forma və metodları haqqında qarşılıqlı müzakırə aparıldı. Tədbirin təşkilatçılarından olan ADAU-un müəllimi Məleykə Əlizadə Gəncə regionu ilə əməkdaşlıgin vacibliyini və ənənəvi xarakter daşımasını vurğuladı. Tədbirin sonunda mütəmadi olaraq belə maarifləndirici işlərin aparılmasının əhəmiyyəti qeyd olundu.
Aparılan kampaniya çərçivəsində 5 dekabr 2009-cu ildə “İnsan alveri ilə mübarizədə vətəndaş cəmiyyəti və medianin rolu” mövzusunda Gəncə şəhəri Gənclər Təşkilatları, media nümayəndələri və yerli QHT- lərin iştirakı ilə ATƏT-n Gəncə Regional Hüquq Resurs Mərkəzində dəyirmi masa keçirilmişdir. Dəyirmi masada müxtəlif QHT-lər, media, qadin təşkilatları, universitetləri təmsil edən 18 nəfər iştirak edirdi. Dəyirmi masanı giriş sözü ilə açan layihə rəhbəri Xalisə Şahverdiyeva, həyata keçirilən layihə, onun məqsədləri, görülən işlər haqqinda məlumat verdi. Daha sonra insan alveri ilə bağlı QHT-lər və medianın rolundan danışdı. Qeyd olundu ki, insan alveri haqqında əhalinin məlumatlandırılması, insan alveriçiləri və onların himayədarlarının, qurbanların aşkar edilməsi, ümumilikdə insan alveri ilə mübarizə sahəsində media və vətəndaş cəmyyətlərinin rolu olduqca zəifdir. Tədbirdə iştirak edən şəxslər insan alveri sahədə senzuranın olmasından, dövlət orqanları ilə əməkdaşlığın qənaətbəxş olmamasından, dövlət orqanlarının insan alveri ilə bağlı statistik məlumatları verməməsindən və yaxud da həqiqətə uyğun olmayan məlumatların verilməsini və s. insan alveri ilə mübarizədə kifayət qədər səmərəli fəaliyyətin və nəticələrin olmasına mane olan səbəblər kimi göstərdilər. İnsan alveri ilə bağlı məlumatlandırmanı gücləndirmək məqsədilə QHT və media nümayəndələri risk qrupları arasında regionl maarifləndirmə Mərkəzlərinin yaradılmasını, yerli TV–lərdə bu sahədə maarifləndirici müzakirələrin təşkil olunmasını və problemin kökünün daha ətraflı araşdırılmasını təklif etdilər.
“İnsan alverinə son qoyaq” kampaniya çərçivəsində 5 dekabr 2009-cu ildə Gəncə şəhərinin mərkəzi küçəsində maarifləndirici küşə yürüşü keçirilmişdir. Yürüşdə 25 nəfər müxtəlif universitetlərin tələbələri, QHT-lərin könüllüləri iştirak edirdilər. Yürüşdə iştirak edən gənclər “İnsan alverinə son qoyaq” şüarı yazılmış xüsusi köynəklər geyərək bir neçə qruplara bölünməklə müxtəlif əhali qruplarını insan alveri ilə bağlı məlumatlandırmış, maarifləndirici materiallar və pulsuz hüquqi və psixoloji yardım haqqında elan vərəqləri paylamışdırlar. Keçirilən yürüş nəticəsində 1000- dən çox insanın məlumatlandırılması güman olunur. Eyni zamanda əhalinin daha sıx olduğu yerlərə insan alveri ilə bağlı məlumatlandırici posterlər yapışdırılmışdır. Tədbirləri yerli “Kəpəz Tv “ və “Alternativ TV” geniş şəkildə işıqlandırmışdır.
Həmçinin Gəncəbasar regionundan olan 10 nəfərə pulsuz psixoloji yardım göstərilmişdir.
“Gender zorakılığı əleyhinə 16 Günlük kampaniya”ya dəstək məqsədilə yerli “Kəpəz TV” kanalında “Qadınlar nə istəyir?” proqramında qonaq qismində layihə rəhbəri Xalisə Şahverdiyeva və psixoloq Samir Əhmədov iştirak etmiş, qadınlara qarşı zorakılığın hüquqi və psixoloji aspektlərini müzakirə etmişdirlər.
Dostları ilə paylaş: |