AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
“ANTİBÖHRANLI İDARƏETMƏ”
fənni üzrə tədris
P R O Q R A M I 050407- Menecment
Gəncə - 2019
Proqram Gəncə Dövlət Universitetinin “İdarəetmə” kafedrasının dosenti İ.Y.Şahverdiyeva və müəllimi H.Ə.Orucova tərəfindən tərtib edilmişdir.
Elmi redaktor: İdarəetmə kafedrasının
dosenti: Dos.Z.Q.Abbasov
Rəy verənlər: Dos. V.M.Ramazanov
Dos.M.K.Abadov
Komputerdə yığan və
texniki redaktoru: Z.Y.Rzayeva
Ön söz Antiböhranlı idarəetmə, müəssisənin obyektiv və subyektv xarakterli səbəblərdən yaranmış böhranlı vəziyyətdən çıxması prosesini nəzərdə tutur. O dövlət orqanları tərəfindən təmin olunan bir sıra məntiqi, səbəb-nəticə, təşkilatı və metodiki vasitələri birləşdirir. Buraya antiböhranlı idarəetmə iştirakçıları, məqsəd və prinsiplər, müəssisənin vəziyyətinin diaqnostikası, iflasın qarşısının alınması, sanasiya, təşkilatı quruluş, istifadə olunan proserdurlar, metodiki və hüquqi təminat, kadrların hazırlanması və sosial müdafiə daxildir.
“Antiböhranlı idarəetmə” kursu özündə yaxınlaşan böhranlı vəziyyətin qarşısının alınması, müflisləşmiş müəssisənin iflası, sağlamlaşdırılması, kreditorların, mülkiyyətçilərin, əmək kollektivinin və dövlətin qarşılıqlı münasibətlərini əks etdirir.
Tədris proqramı qeyd edilən məsələlərdən başqa müflisləşmənin zərərli tərəflərini də əhatə edir. Belə ki, artıq formalaşmış təşkilatın iflası işsizlər ordusunu artırmaqla, iqtisadiyyatda “domino effekti” verir.
“Antiböhranlı idarəetmə” kursunun bu proqramı orjinal olmaqla, təzə tərtib edilir. Bu səbəbdən də proqramın tərtibçiləri belə hesab edirlər ki, o heç də ən mükəmməl və təkmil variant deyil. Kursun öyrənilməsi zamanı tələbələr aşağıdakı məsələləri öyrənəcəklər:
Müasir iqtisadiyyatda müflisləşmə və iflasın rolu.
Antiböhranlı idarəetmənin mahiyyəti və firmanın strategiyasının seçimi.
Müəssisənin müflisləşmənin xarici və daxili səbəbləri