Giriş Problemin aktuallığı


Mövzunun öyrənilmə səviyyəsi



Yüklə 19,92 Kb.
səhifə2/4
tarix01.01.2022
ölçüsü19,92 Kb.
#106920
1   2   3   4
Giriş

Mövzunun öyrənilmə səviyyəsi.Tarixin tədrisi metodikası elmi XX əsrin ikinci yarısında öyrənilməyə başlanılmışdır. Bu elmin öyrənilməsində müxtəlif tədqiqatçılar özlərinə məxsus kompleks əsərlər yazmışdır. Sevindirici haldır ki, Azərbaycan dilində bu dövrə aid çoxlu sayda məqalələr və tədqiqat əsərləri mövcuddur.

Dissertasiyasının yazılması zamanı istifadə olunan əsərlər içərisində tarixçi, alim Mübariz Əmirovun əsərlərinin rolu xeyli dərəcədə yüksəkdir. Bu baxımdan “Tam orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodikası” adlı dərs vəsaiti daha çox maraq doğurur. Müəllif öz əsərində “Tarix dərslərinin tədrisi prosesində müəllim və şagirdlərin qarşılıqlı iş prinsipləri” məsələsinə toxunmuşdur. Həmçinin, araşdırdığımz problemlə yanaşı müəllif, tarix dərslərində fəal-interaktiv dərsin mahiyyətinə, onun ənənəvi təlimlə müqayisəli şəkildə təhlilinə, dərsin planlaşdırılması yollarına, interaktiv dərsin mərhələlərinin şərhinə, fəal-interaktiv təlim üsullarının əhəmiyyətinə dair öz fikir və mülahizələrini mənbə və ədəbiyyata istinad etməkə irəli sürür.

Fəlsəfə üzrə tarix elmlər namizədi M. Məmmədovanın “Tarix tədrisinin aktual problemləri” əsərində müasir tarix dərslərində müəllimdən tələb olunan pedaqoji qabiliyyət və vərdişlər, tarix fənninin öyrədilməsi prosesində müəllimin üzərinə düşən vəzifə və öhdəliklər, şagird və müəllimin dərs prosesində qarşılıqlı fəaliyyəti, şagirdlərdə tarix fənninə marağın oyadılması kimi məsələlər öz əksini tapmışdır.

Tarixçi metodist Zərifə Cavadovanın “Tarix dərslərində yeni təlim texnologiyalarından istifadənin üstünlükləri” adlı məqaləsindəndə tədiqat işinin yazılmasında istifadə edilmişdir. Müəllif məqalədə vahid monososializm ideologiyasına xidmət edən ənənəvi təhsil metodu ilə fəal-interaktiv təlim metodunun analogiyasını aparmaqla, gənc nəslin təlim, tərbiyəsini daha yüksək səviyyədə təşkil edən, şagirdlərin bilik və bacarılarını üzə çıxarmağa imkan yaradan ikinci metoda haqlı olaraq üstünlük verir. səviyyədə təşkil edən, şagirdlərin bilik və bacarılarını üzə çıxarmağa imkan yaradan ikinci metoda haqlı olaraq üstünlük verir.

Tarixçi alimlər R.Məlikov, T.Nəcəflinin araşdırmalarına diqqət yetidikdə onların da tarix dərslərinin öyrənilməsində fəal/interaktiv təlimə əhəmiyyətli dərəcədə yer ayırdıqlarını görə bilirik. Onlar öz tədqiqat işlərində şagirdlərin yeni biliklər əldə etməsini, onlarda idrak fəallığının inkişaf etməsini qeyd etmişlər. Məhz bunlarında əsasında təlim prosesində şagird və müəllimin qarşılıqlı fəaliyyəti əsas yer tutur.

Tədqiqat işi araşdırılarkən, müxtəlif müəlliflərin “Pedaqogika” dərsliklərindən istifadə olunmuşdur. Ağayev Ə., Həsənov A “ Pedaqogika”, Hüseynzadə R. L. “Pedaqogika” I və II cildlik kitablarından, Rüstəmov F “Pedaqogika tarixi”. Sadıqov F “ Pedaqogika” və başqalarının əsərlərindən tədqiqat zamanı istifadə olunmuşdur. Qeyd edilən kitablarda əsasən, şagird və müəllimlərin təlim-tədris prosesində pnların psixoloji vəziyyəti, öyrənmə prosesinə təsir edən xarici və daxili amillər, sosial mühitin tədris prosesinə təsiri öz əksini tapmışdır.




Yüklə 19,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin