Azərbaycan Respublikası Təhsil Nazirliyi
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən bəyənilmişdir
Direktor__________________F.H.Quliyev
“____” _______________ 2014-cü il
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin
____ saylı “____” __________ 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № _____ )
|
“Siqnallar və sistemlər”
fənnİnİn PROQRAMI
(Bakalavriat səviyyəsi üçün)
Fakültə:
|
Hava nəqliyyatının uçuş-texniki istismarı
|
İxtisas:
|
050627 – Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
|
İxtisas kafedrası:
|
Radioelektronika
|
Fənni tədris edən kafedra:
|
Radioelektronika
|
Kurs:
|
2
|
Semestr:
|
4
|
Kreditlərin sayı:
|
4
|
Fənnə ayrılan ümumi saatlar:
|
150
|
Auditoriya saatlarının cəmi:
|
60
|
o cümlədən:
|
|
Mühazirələr:
|
30 saat
|
Laboratoriya:
|
15 saat
|
Seminar, praktiki məşgələ:
|
15 saat
|
Tələbənin auditoriyadankənar işi:
|
90 saat
|
Kurs işi
|
-
|
BAKI -2014
“Siqnallar və sistemlər” fənn proqramı
Azərbaycan Respublikasısının Təhsil Nazirliyi tərəfindən
«______» ___________2013-cü ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
«______» ___________2013-cü ildə MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş
050627 – Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasının tədris planı əsasında tərtib olunmuşdur (ixtisaslaşma - “Nəqliyyat radioavadanlıqlarının texniki istismarı”).
Fənn proqramını tərtib edənlər:
“Radioelektronika” kafedrasının t.e.d., prof.______________________ A.R .Həsənov
Fənn proqramı “Radioelektronika” kafedrasının iclasında müzakirə olunmuşdur:
( “____”____________2013-cü il tarixli iclas “____” №-li protokol)
Kafedra müdiri, t.e.d., prof.______________________ A.R .Həsənov
Fənn proqramı MAA-nın “Hava nəqliyyatının uçuş-texniki istismarı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuşdur və bəyənilmişdir
( “____”____________2013-cü il tarixli iclas “_____” №-li protokol)
Dekan, t.e.n., dos.______________________________ T.İ.Kərimli
Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir
( “____”____________2013-cü il tarixli iclas “____” №-li protokol)
Sədr, tədris işləri üzrə prorektor, prof._______________Ə.S.Səmədov
Mündəricat
Giriş
1.1. Fənnin tədrisinin məqsədi....................................................................................................................... 4
1.2. Fənnin tədrisinin əsas vəzifəsi................................................................................................................ 4
1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər............................................................................................ 4
1.4. Fənnin digər fənlərlə əlaqəsi................................................................................................................... 5
2. Fənnin məzmunu........................................................................................................................................ 5
2.1. Fənn üzrə saatların bölüşdürülməsi....................................................................................................... 5
2.2. Fənnin mövzular üzrə planı.................................................................................................................. 6
2.3. Fənnin dərs növləri üzrə paylanması..................................................................................................... 7
2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi.......................................................................................... 7
2.3.2. Məşğələ dərslərinin mövzuları və həcmi............................................................................................ 9
2.3.3. Laboraroriya dərslərinin mövzuları və həcmi..................................................................................... 9
2.3.3. Tələbənin sərbəst işlərinin mövzuları və həcmi....................................................................... ..........10
2.3.4. Tələbənin sərbəst işləri (TSİ və Sİ) və nəzarət növləri............................................................ ..... ....10
3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat................................................................................... 9
3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı.........................................11
3.2. Tövsiyə olunan ədəbiyyat.....................................................................................................................12
Əsas ədəbiyyat.............................................................................................................................................12
Əlavə ədəbiyyat......................................................................................................................................... 12
Giriş.
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 050627 – Elektronika,telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasının “Nəqliyyat radioavadanlıqlarının texniki istismarı” ixtisaslaşması üzrə bakalavr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.
Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.
Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.
Ümumi qaydalar.
1.1. Fənnin tədrisinin məqsədi.
Elektronika, telekommunikasiya və radiotexnika mühəndislərinin baza hazırlığını təmin edən “Siqnallar və sistemlər” tədris kursu fundamental ümumimühəndis fənni olub, tələbələrə, sonrakı ixtisas fənlərinin öyrənilməsi və mənimsənilməsi üçün kifayət olan, bilik verilməsi məqsədini daşıyır. Elektronika, telekommunikasiya və radiotexnika mühəndislərinin ümumi elmi səviyyəsini əhəmiyyətli dərəcədə müəyyən edən bu kurs mülki aviasiyada istifadə olunan radiotexniki qurğuların iş prinsipinin öyrənilməsi üçün əsasdır.
1.2. Fənnin tədrisinin əsas vəzifəsi.
Fənnin tədrisinin əsas vəzifəsi radiotexniki siqnalların əsas analizi üsullarının, xətti, qeyri-xətti və parametrik dövrələrdəki fiziki proseslərin mahiyyətinin və bu dövrələrdə siqnalların əsas çevrilmə və işlənmə üsullarının, həmçinin radiotexniki dövrələrin əsas sintezi üsullarının tələbələrə çatdırılmasıdır.
1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər.
Fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları
bilməlidirlər:
xətti, qeyri-xətti və parametrik dövrələrdəki fiziki proseslərin mahiyyəti;
tipik determinli staxostik siqnalların əsas analizi üsulları;
xətti, qeyri-xətti və parametrik dövrələrdə siqnalların əsas çevrilmə üsulları;
radiotexniki dövrələrdə siqnalların əsas işlənmə prinsipləri;
radiotexniki dövrələrin əsas sintezi üsulları.
bacarmalıdırlar:
diskret və fasiləsiz siqnalların spektrlərini analiz etməyi;
analiz üsullarını radiotexniki dövrələrin və proseslərin tədqiqi üçün istifadə etməyi;
dövrələrin, siqnalların və proseslərin parametr və xarakteristikalarının öyrənilməsi və tədqiqi üçün eksperimentlər aparmağı;
verilən xarakteristikalara malik radiotexniki dövrələri sintez etməyi;
radiotexniki dövrələr və siqnallara aid tədris və elmi-texniki ədəbiyyatla sərbəst işləməyi.
1.4. Fənnin digər fənlərlə əlaqəsi
Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar daha sonra tədris olunan texniki fənnlərin öyrənilməsində və bakalavr və maqistr buraxılış işlərinin hazırlanmasında zəruridir.
Fənnin məzmunu.
2.1 Fənn üzrə saatların bölüşdürülməsi.
050627- “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasının tədris planına uyğun olaraq “Siqnallar və sistemlər” fənni üzrə tədris yükü 150 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 30 saat mühazirəyə, 15 saat laboratoriya, 15 saat məşğələ dərslərinə ayrılmışdır.
Tələbələrin sərbəst işi (TSİ) 90 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işin hər biri 1 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 20 balla qiymətləndirilir.
Tədris planına uyğun olaraq fənn üzrə qalan 50 bal imtahana ayrılır.
Tədris yükünün 4-cü semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə yekunlaşır. Fənn üzrə kreditlərin sayı – 5.
Fənnin mövzular üzrə planı.
№
|
Mövzunun adı
|
Dərs yükünün həcmi (saat)
|
Cəmi
|
Müha-
zirə
|
Məşğələ
|
Laboratoriya
|
TSİ*
|
Sİ**
yerinə
yetiril-
məsi
|
Kurs işi
|
1.
|
Radiotexniki siqnallar və onların spektrləri. Radiotexniki siqnalların ümumi nəzəriyyəsinin elementləri
|
4
|
2
|
|
|
4
|
|
|
2.
|
Dövri siqnalların spektral analizi
|
12
|
2
|
1
|
3
|
7
|
1
|
|
3.
|
Qeyri-dövri siqnalların spektral analizi
|
6
|
2
|
1
|
|
4
|
1
|
|
4 .
|
Məhdud spektrli siqnallar
|
8
|
2
|
|
|
3
|
1
|
|
5.
|
Siqnalların enerji spektrləri və korrelyasiya analizi prinsipləri
|
6
|
2
|
1
|
|
4
|
1
|
|
|
Kollokvium №1
|
4
|
|
2
|
|
2
|
|
|
6.
|
Modulyasiyalı siqnalların spektral analizi
|
10
|
2
|
1
|
2
|
6
|
1
|
|
7.
|
Xətti analoq radiodövrələrin sintezi elementləri
|
4
|
2
|
|
|
4
|
1
|
|
8.
|
Radiotexniki dövrələr, qurğular və sistemlər.
|
4
|
2
|
|
|
4
|
1
|
|
9.
|
Sabit parametrli dövrələr və sistemlər və onların analizi üsulları
|
6
|
2
|
1
|
|
4
|
1
|
|
10.
|
Qeyri-xətti dövrələr və onların analizi üsulları
|
6
|
2
|
1
|
|
4
|
1
|
|
|
Kollokvium №2
|
4
|
|
2
|
|
2
|
|
|
11.
|
Qeyri-xətti sistemlərdə siqnalların işlənməsi
|
18
|
2
|
1
|
6
|
9
|
|
|
12.
|
Harmonik rəqslərin generasiyası
|
8
|
2
|
|
2
|
5
|
1
|
|
13.
|
Dəyişən parametrli dövrələr
|
6
|
2
|
1
|
|
5
|
|
|
14.
|
Optimal radiotexniki qurğuların statistik sintezi. Radioqəbulun maneəyədavamlıq nəzəriyyəsinin bəzi sualları
|
4
|
2
|
|
|
4
|
|
|
|
Kollokvium №3
|
4
|
|
2
|
|
2
|
|
|
15.
|
Diskret siqnalların spektral analizi
|
10
|
2
|
1
|
2
|
7
|
|
|
|
Cəmi
|
150
|
30
|
15
|
15
|
80
|
10
|
|
Dostları ilə paylaş: |