Bu ordunun aydın olan bəzi xüsusiyyətləri aşağıdakılardan ibarət idi:
1. Ordu elə bir zamanda hərəkət edirdi ki, Hicaz, məxsusən Mədinə yarımada daxilində olan düşmənlər tərəfindən şiddətlə hədələnirdi. 1
2.Qoşun başçısı iyirmi yaşlı bir cavan idi.
3. Mədinəyə hicrət etmiş ilk mühacirlər və tanınmış adamlar qoşuna daxil idi.2
4. Əli ibn Əbi Talib (ə) Peyğəmbərin (s) əmrinə əsasən bu orduda iştirak etmirdi.
5. Ordunun geri dönməsi iki aya qədər çəkəcəkdi.3
6. Peyğəmbər (s) ordunun hərəkət etməsindən boyun qaçıranları lənətləmişdi.4
E`zam gününün sabahı Peyğəmbər (s) şiddətli qızdırma keçirdi və yatağa düşdü.5 Həzrətin xəstələnməsi, bəzi döyüş sursatı və qoşun başçısının yaşının az olması bəhanəsi bir dəstənin boyun qaçırmasına səbəb oldu və ordu tə`xir məcburiyyətində qaldı.(1)6
Bir dəstə adam Usamənin qoşun başçılıqına etiraz edib onu pislədikdə, Peyğəmbər əkrəm (s) buyurdu: Siz indi bunu bəyənməyib danladığınız kimi, qabaqlar da atasının başçılıqına etiraz edib onu bəyənməmişdiz. Ancaq bunu bilin ki, and olsun Allaha onun qoşun başçılığına ləyaqəti vardır!”1 Sonra buyurdu:
لعن الله من تخلّف عن جيش اُسامة “Usamənin ordusundan boyun qaçırana Allah lənət etsin!(3)2
Bununla belə, döyüşçülər “Curf”* düşərgəsindən kənara çıxmadılar. Ordunun gecikməsinin səbəbi adi-sıravi döyüşçülərin deyil, bir neçə tanınmış səhabənin boyun qaçırmasına görə olması məlum idi. Əks təqdirdə, belə narazılıq bir neçə nəfərin boyun qaçırmasına deyil, ümumi ordunun qiyam etmə sinə səbəb olardı. Tanınmış səhabələrdən olan Əbu Bəkr, Ömər ibn Xəttab əv Əbu Übeydə Cərrah Mədinəyə qayıtdılar. Usamə qoşunun çaş-baş qalmasını və Peyğəmbərin xəstəliyini görüb Mədinəyə gəldi və həzrətə dedi: “Atam-anam sənə qurban! İcazə verirsinizmi Allah Sizə şəfa verənə qədər bir neçə gün ayaq saxlayaq?” Həzrət buyurdu: “(Xeyr) Gecikmədən hərəkət et!” Usamə dedi: “Sizi belə halda qoyub getsəm qəlbim nigaran qalacaqdır! Buyurdu: Salamatlıq və qələbəylə hərəkət et!” Dedi: “İstəmirəm sizin halınızı səfər edənlərdən soruşum!” Buyurdu: “Əmrimi icra et!” Bu zaman Peyğəmbər haldan getdi. Usamə hərəkət etməyə hazırlaşdı. Peyğəmbər (s) özünə gəldikdə Usamə və qoşunun vəziyyəti barəsində soruşdu. Ona, Usamənin hərəkətə hazırlaşması barəsində xəbər verdilər. Bu zaman hey buyururdu: “Ordunu göndərin! Orduda iştirak etməyənə Allahın lənəti olsun!”
Bununla belə, Peyğəmbərin yatağının yanında olanlar Onun əmrlərinə çox da fikir vermirdilər.
Bəzən həzrətin sözlərini öz xeyir və hədəflərinə uyğun yozurdular.3 Belə boyun qaçırmaların bəhanədən də artıq olan daha ciddi bir hədəf daşıması yaxşı məlum idi.
Ordunun hərəkətdən boyun qaçırmasını görən Peyğəmbər şiddətli qızdırmalı olmasına baxmayaraq, yenidən qəzəbli halda məscidə gəldi. Boyun qaçırıb itaətsizlik edənləri danlamaqla yanaşı onları “məl`un” adlandırdı. 4 Peyğəmbər heç vaxt şəkk etmirdi ki, bir dəstə onun ölümünü gözləyur. Bununla belə ordunun hərəkət etməsinə nə qədər təkid edirdisə də, itaətsizlik də bir o qədər şiddətlənirdi. Səbəbi də müxaliflərin bu təkidlərin arxasında məxsus siyasi hədəflərin olmasını bilmələriydi
Usamə Mədinədən çıxdığı zaman ordu artıq hərəkətə gəlmişdi. Corf düşərgəsində Əbu Bəkr, Ömər, mühacirlərin bir çoxu,5 o cümlədən, ənsardan olan Useyd ibn Huzeyr, Bəşir ibn Sə`d və başqa tanınmış şəxslər orduda idilər. Ummü Əymənin göndərdiyi şəxs Usamənin yanına gəlib dedi: “Mədinəyə qayıdın, çünki, Allah Rəsulu vəfat etmişdir!” Usamə gecikmədən geri döndü və bayrağı Allah Rəsulunun (s) qapısında yerə qoydu.6
Dostları ilə paylaş: |