AYİŞƏ VƏ MÜAVİYƏNIİN ROLU
Osmanın xilafəti əsnasında Ayişənin xəlifə ilə arası dəydi. Səbəbi də bu idi ki, Osman əməvi qohumlarını öz yerində möhkəmlətmək fikrində idi. Bu həqiqət qeyri-əməviləri ictimai şəxsiyyətini öldürməkdən əlavə, Əməvi olmayan Tələnin xilafətə çatmasının da qabağını alırdı. Təlhə Əbubəkrin əmisi oğlu idi və illər boyu xilafətə çatmaq üçün pusquda durmuşdu. Ayişə onun ən böyük hamisi idi. Ayişə Peyğəmbərin (s) cavan həyat yoldaşı, birinci xəlifənin qızı və zirək bir qadın idi. O, həmişə Osmanı Nəsələ (yəhudi qocaya) oxşadır və deyirdi: “Bu nəsəli Öldürün! Çünki kafir olub!”1 Camaat bu cümləyə əsasən Osmanı dindən xaric olmuş hesab edir və onu qoca yaşlarında düşünülməmiş işlər görən kimi tanıyırdılar. İbn Əbil Hədid yazır: Müəllimim Əbu Yəqub belə deyirdi: “Osmanın öldürülməsinə ən çox can atan şəxs Ayişədir. Camaatı onu öldürməyə çağırırdı.2” Şübhəsiz, Əbubəkrin ölümü və tərəfdarları vasitəsi ilə zəhərlənmə ehtimalı və Ömərin canişini olması üçün Osmanın zəhməti, Təlhə və Ayişəni intiqam hissi ilə yaşadırdı. Osmanın Ömər ibn Xəttab ilə həmkarlığı səbəb oldu ki, Ömərin on illik hökumətindən sonra, xilafət on iki il Təym tyfasından olan Əbubəkr xanədanından uzaqlaşdı və beləliklə bu tayfadan olan Təlhənin intizarı çox uzandı.
Osmanın ölümündə Ayişə Məkkədə idi. Həcc mərasimini tamamladıqdan sonra Mədinəyə qayıdanda, Osmanın ölümündən və tərəfdarların Əli (ə)-la beyətindən xəbərdar olduqda çox narahat oldu və özünə ölüm arzuladı. Oradan (Sərf aadlı məntəqədən) Məkkəyə qayıtdı və belə deyirdi: “Osman məzlum öldürüldü! And olsun Allaha, onun qanını yerdə qoymayacağam!” Osmanın ölüm xəbərini gətirən şəxs dedi : “Dünənə qədər camaatı xəlifəni öldürməyə təşviq və onu kafir hesab edirdin. Bu gün onu məzlum hesab edirsən?!” Ayişə dedi: “İnqilabçılar ilk öncə onu tövbəyə dəvət edib, sonra öldürdülər!”3 Osmanın ölümündə Müaviyənin rolu İbn Abbasın məktubunda özünü göstərir: “And olsun Allaha! Sən Osmanın ölümünü gözləyir və onun yoxluğunu istəyirdin. Camaatı ona kömək etməkdən yayındırırdın. Onun məktubu və səsi sənə çatdı, amma əhəmiyyət vermədin. Bilirdin ki, camaat onu öldürməyincə əl çəkməyəcəklər. Osman məzlum öldürülübsə, ən böyük zalım sənsən!”4
Əmirəl-möminin Əli (ə)-ın Müaviyəyə olan məktubunda belə yazılmışdir: “ Sənin köməyin Osmana lazım olan zaman ona kömək etmədin. Onun adı sənin işlərinin qabağa getməsi üçün lazım olduqda isə, “vay Osman” deyə səsini ucaltdın”5
Müaviyə, Osmanın diriliyindənsə ölümündən yaxşı bəhrələndiyini və Osmanın damarlarında axan qandansa, yerə tökülən qanından güc aldığını bildikdə , onun ölümünə zəmin hazırladı. Ona kömək etməyə qadir olduğu və onun ölümünün qabağını ala bildiyi bir halda, onu hadisələrin caynağında tək qoydu.6 Osman həyatına davam edib Bəni Üməyyənin yaşamasına hər nə qədər səy göstərsəydi belə, Bəni-Üməyyənin çünkü siyasi həyatı çox çətin ki, davam edə biləydi. Amma əgər olduğu vəziyyətdə öldürülsəydi ümmətin ikitirəliliyi və siyasi bəhrələnmək üçün yxşı zəmin yaranardı.
Dostları ilə paylaş: |