MƏQSƏD VƏ SƏBƏBLƏR
O dövrün siyasətçiləri üçün Peyğəmbəri-Əkrəm (s)-in buyuruqlarının deyilib-yazılması nə kimi problemlər yaradırdı? Hansı növ hədislərin yayılması ümumiyyətlə hədis deyib-yazmağın qadağan olunmasına səbəb oldu? Necə ola bilər ki, bə`ziləri, yaxud bə`zi hədislər həmin siyasətin icrasından azad olundular?
Hədis demək və düzəltməkdə azad buraxılan kəslərin adlarını mütaliə etdikdə, eləcə də qadağan olunmuş hədisləri tanıdıqda, bu siyasətin hədəf və səbəbini asanlıqla başa düşmər olur.
Hədisləri böldükdə, xəlifələrin dövründə onların bə`zilərinin mövzuları xüsusi mövqe və həssasiyyətə malik olub və xəlifələrin üslubu ilə rəftar etmək istəyən hər bir hökmranın bu növ hədislərin yayılmasının qarşısını almaqdan başqa bir çarəsi olmayıbdır. Belə hədislərin yayılmasının qadağan olunması, ümumiyyətlə bütün hədislərin yayılmasının qarşısı alınmadan camaatın həssasiyyətini daha da artırır və hakim dairələrin problemlərini iki qat artırırdı.
Bir çox tarixi şahid və dəlillərə diqqət yetirməklə, xəlifələrin siyasəti ilə uyğun yayılması qadağan olunmuş hədislər bu qəbil hədislər olmuşlar:
1. İslam düşmənləri və münafiqlərin mahiyyətini ifşa edən hədislər. Buna əməvilərin məzəmməti ilə bağlı hədisləri misal göstərmək olar.
2. Əli (ə), Peyğəmbəri-Əkrəm (s)-in Əhli-beyti və bə`zi seçilmiş səhabələrin fəzilətlərini bəyan edən hədislər.
3. Siyasi məsələlər, Peyğəmbəri-Əkrəm (s)-in canişinliyi, hökumətin düzgün idarə üsulları və rəhbərlərin xüsusiyyətlərini açıqlayan hədislər.
4. Ayələrin təfsir və şərhi ilə bağlı buyurulan hədislər.
5. Peyğəmbəri-Əkrəm (s)-in sünnəsini və ictimai hökmləri bəyan edən hədislər.
Dostları ilə paylaş: |