Osmanın xilafəti zamanında müsəlmanların İranı, Ermənistanı, Asiyanı və Afrikanı fəth etməsi mühüm hadisələrdən sayılırdı. Müsəlmanlar hicrətin 27-ci ilində Avropaya daxil olmaqdan əlavə, Müaviyə ibn Əbi Süfyan 28-ci hicri ilində dəniz yolu ilə Kipr adasına qoşun yeritdi. Abdullah ibn Səd ibn Əbi Sərh Afrikanın şimalına hücum etdi və 32-ci ildə Konstantinopol boğazına qədər irəliləyib yunanlılarla müharibə etdi. 25-ci qəməri ilində Abdullah ibn Səd ibn Əbi Sərh Afrikanın şimalına, Əmr ibn As Makedoniyaya və Həbib ibn Müslimə Ermənistana hücum etdi. 30-cu qəməri ilində Səd ibn As Qorqan və Mazandarana müharibəyə getdi və Abdullah ibn Amir Mərvə qaçan İran şahını təqib edirdi. O Kerman və Xorasanı fəth edib Kabilə qədər irəlilədi.
Təbəri yazır: Afrikanın fəthi o zaman başlandı ki, xəlifənin müxalifləri artmişdı. Xəlifə bu barədə Mərvan ibn Həkəm və Müaviyə ibn Əbi Süfyan ilə məşvərət etdi. O iki nəfər təklif etdilər ki, müsəlmanların başını müharibəyə qatmaq ücün Afrikaya qoşun yollasın və daha heç kimin öz atlarının bit-birəsini öldürməkdən savayı başqa işlərlə məşğul olmağa vaxtı çatmasın.1
Dostları ilə paylaş: |