Öncə deyildiyi kimi, Səqifədən sonra hər xəlifənin üslubu Peyğəmbərin (s) sünnəsi kimi qiymətləndirilirdi. Bu bizim hazırkı əqidəmizə uyğun deyil. Çünki biz yalnız Rəsulullahı (s) sünnənin təməlini qoyan şəxs kimi tanıyırıq. Öncəkilər belə əqidənin sahibi deyildilər. Hərdənd, açıq surətdə deyirdilər ki, filan iş Peyğəmbərin (s) zamanında belə idi, indi də gərək belə olsun. Elə buna görə də onlar heç vaxt fikirləşmirdilər ki öz əməlləri ilə bidətə yol verirlər. Belə ki, Osman səfərdə qılınan qəsr namazlarını tamam qılırdı; dəlili də bu idi ki, namazı səfərdə tamam surətdə qılmağın özü müəyyən edib.9 Onun Kufəyə təyin etdiyi vali şərab içirdi və məst halında pişnamazlıq edəndə məscidin mehrabına qusdu.10 Heç kəs ona şallaq vurmadı. Xəlifə elə adam deyildi ki, Qurandan xəbəri olmasın və bilməsin ki, Quran11 Bəni-Üməyyəni necə lənətləyir.12Belə olan halda o, bütün islam ölkələrində Üməyyə və Əbu Sufyanın törəmələrini müsəlmanların canına, malına və namusuna hakim etdi. Beytül-malı da onların tam ixtiyarına verdi. Xalqın etirazlarına belə cavab verirdi: “Əgər cənnətin açarları mənim əlimdə olsaydı, onu o vaxta qədər Bəni-Üməyəyə verərdim ki, onların axırıncı nəfərinə qədər cənnətə daxil ola.”1