Günah lüğət elmində



Yüklə 2,71 Mb.
səhifə162/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   155   156   157   158   159   160   161   162   163

TƏLHƏ VƏ ZÜBEYRIN ROLU


Tarixə istinadən, Təlhə və Zübeyr suyu Osmanın üzünə bağlayan ilk şəxslərdir. Onlar xəlifənin evini mühasirə etməkdə camaata rəhbərlik edirdilər.1 Təlhə beytül-malın açarlarını ələ keçirdi və camaat özlərinə məxsus olan hissəni almaq üçün Təlhənin ətrafına toplaşdılar. Bu zaman Əli (ə) Mədinədən kənarda olan bağlarda əkinçiliklə məşğul idi. O həzrətə xəbər verdilər ki, Osman sudan məhrumdur və səndən kömək istəyir. Əli (ə) şəhərə qayıdıb Təlhəni danladı. Beytul malın qapısını sındırıb malları camaatın arasında böldü. Təlhə çox çalışırdı ki, hakimiyyətə çatmaq üçün camaatın narazılığından sui istifadə etsin.2 Tarixçilər onu Osmanın ən qatı müxalifi hesab edirlər.3 O, Osmanın evinin mühasirəsi zamanı Mədinə məscidində camaat namazı qılırdı.4 İmam Əli (ə) Təlhənin Osmanın ölümündə olan rolu və məqsədi haqqında buyurur: “Camaatın arasında Osmana qarşı olan müxaliflərdən ondan (Təlhədən) üstünü yox idi. Camaatı, aşkar şəkildə dəxalət etdiyi işdə səhvə salmaq istəyirdi.5 And olsun Allaha! Təlhə qorxurdu ki, Osmanın intiqamını ondan tələb etsinlər. Buna görə o Osmanın qanını tələb etmək üçün meydana (Cəməl müharibəsinə) daxil oldu. Çünkü o camaat arasında Osmanın ölümünə digərlərindən çox həris idi.6 Bilazəri yazır: “Peyğəmbərin (s) səhabələrindən heç biri Osmana qarşı olan müxalifətdə Təlhə və Zübeyrə çatmazdı.”7 İbn Əbil Hədid deyir: “Osman mühasirə zamanı belə deyirdi: “Həzrəminin oğlundan (Təlhə) Allaha pənah aparıram! Ona nə qədər qızıl parçaları verdim, amma o mənim qanımı tökmək istəyir və camaatı da məni öldürməyə sövq edir. Ikinci xəlifə Təlhəni xilafətə namizəd etdikdən sonra hakimiyyət onun fikrini bütünlükdə özünə cəlb etmişdi. Osman seçildikdən sonra, rəqabət və kinə ona əzab verirdi. Osman öldükdən sonra Təlhənin xilafətə çatması onun həyatında ən gözəl an idi. Amma camaatın Əliyə (ə) tərəf olduğunu gördükdə, səbri tükəndi və Əli (ə)-la müharibə fikirinə düşdü. Imam Əli (ə) buyurur: “Əgər Təlhə Osmanın qanını mübah və halal bilirdisə, düzgün deyildi ki, qanı halal olan şəxs üçün mənimlə əhd sındırıb, müharibə etsin. Amma əgər onun qanının tökülməyini haram bilirdisə vacib idi ki, camaatı Osmanın ətrafından kənarlaşdırsın. Əlbəttə, belə bir iş görmədi. Əgər bu məsələdə şübhə edirsə lazım idi ki, kənara çəkilib, uzaqlaşsın.”8 İbn Əbil Hədid yazır: “Demək olmaz ki, Təlhə əvvəldən Osmanın qanını halal bilirdi və sonradan bu fikirindən dönüb, onu öldürənlərdən qisas almaq fikirinə düşdü. Çünki (bu nöqteyi-nəzərdən onun özündən qisas alınmalı idi) Təlhənin dilindən nəql olunmamışdır ki, Osmana qarşı etdiyindən peşman olsun.9

Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin