Günah lüğət elmində



Yüklə 2,71 Mb.
səhifə51/66
tarix21.10.2017
ölçüsü2,71 Mb.
#8153
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

Hədəfə yetişməyən hakim.


Əbdülrəhman öz andına və əhdinə qarşı cıxıb işi Osmanın xeyrinə qutarandan sonra Həzrət Əli(ə) o iki nəfəri belə lənətlədi:Ümid edirəm Allah sizin aranıza ixtilaf salsın.O ilki burunda qan acılma xəstəliyi yayılmışdı,Osmanda bu xəsdəliyə tutulmuşdu və az qalmışdı ki,ölsün.O ölümünə yaxın yazılmış bir kağız ilə müsəlmanların iştirakı olmadan Əbdülrəhman bin Oufu özünə canışın secdi.Əbdülrəhman vəsiyyətin elə üsul ilə yazılmasını namərdlik sayır və dedi:Necə olur ki, mən onu müsəlmanların qarşısında xəlifə etdim,o isə məni gizli surətdə canişin secir.Elə bundan sonra o ömrünün axırına qədər ondan uzaq gəzdi və əhd bağladı ki, ömrünün axırına qədər onunla danışmasın1.Bir gün o xəsdə yatarkən Osman onun ziyarətinə gəldi Əbdülrəhman ondan üz cevirib və onunla danışmadı2.Əbdülrəhman vəsiyyət etdi ki,onun namazını xəlifə qılmasın. Müsəlmanlarada sifariş etdi ki, Osmanın hökimətinin davamlı olmamağı üçün onu öldürsünlər3.

Vəsiyyətin aqibəti.


Ömər bin Xəttabın siyası vəsiyyəti nəticə verdikdən sonra Osman on iki il islam vilayətlərini hökümdarı oldu.Necə ki, Həzrət Əli(ə) öncədən buyurmuşdu bütün islami məmləkətlər də dini və ictimai qarışılıqlar soz zirvəyə catmışdı.Həzərt Əli(ə) Osmanın xilafəti zamanında müsəlmanlara rəhbərlikdən uzaq qalmışdı.Bundan əlavə vəsiyyətin başqa nəticələridə oldu və biz onlara işarə edirik.

1.Həzrət Əli(ə)-ın rəqiblərinin hakimiyyətə təhrik olunmaları.



O altı nəfər məşvərət edən vaxtlarda hec kimi Həzrət Əli (ə) və Osman qədər siyasi və ictimai nüfuzu yox idi.Elə ona görədə Osman seciləndə hec kim özünü müxalifətcilik etmək qüdrətində görmürdü.Elə buna görədə Osmanın höküməti hec bir qarışıqlıq olmadan bir qədər uzun cəkdi.Əgər qaraşıqlıq olsaydı belə onun rəqibləri tərəfindən olmurdu, bəlkə öz yürüddüyü səhf siyasətin nəticəsi idi.Osmandan sonra hər kəs xəlifə olsaydı və əgər Osman kimi fikirləşib rəfdar etsəydi(belə ki,hədsiz bəxşiş və hədiyyələrlə öz rəqiblərini sakitləşdirirdi).Əvəzində də bu rəqiblər müxalifətcilikdən daşınırdılar.Amma Həzrət Əli(ə) kimi şəxsiyyət hakimiyyətə gələndə Osmanın və onun əqidə yoldaşlarının əksinə əməl edəndə onunla amansız düşmən olurdular.Çünki onlar hərcənd Osmanın xilafətinin əvvəllərində ictimai nüfüzları yox idi.Amma Osmanın uzun sürən xilafəti zamanında elə qüdrət və şöhrət sahibi oldular ki,hətta Həzrət Əli(ə) ilə müxalifətcilik edirdilər.Beləki bu özünü Həzrət Əli(ə)-ın xilafətinin əvvəllərində biruzə verirdi.Altı nəfərlik şuranın üzvlərindən olan Əbdülrəhman bin Ouf Həzrət Əli(ə)-ın hakiymiyyətindən qabaq vəfat etdi.Bu şuranın digər üzvləri olan Təlhə və Zübeyr İmam Əli(ə) hakimiyyəti dövrində o Həzrətin əleyhinə üsyan etdilər. Təlhə və Zübeyrin üsyan etməsi Ömərin vəsiyyətinin dərin təsirinin gösdəricisi idi və onların qiyam etməsinin həmin vəsiyyətinin zerərli nəticələrindən hesab etməliyik.Şuranın başqa bir üzvü Səd bin Əbi Vaqqas o həzrət ilə beyətdən imtina etdi lakim o həzrətin əleyhinə üsyan edə bilmədiyindən carəsiz qalıb sükut etdi.Nəhayət oğlu Əmir bin Səd atasının(Səd)rəqibi olan həzrət Əlinin oğlunu şəhid etdi.Həqiqətdə o vəsiyyət elə surətdə cızılmışdı ki, illər boyu müsəlmanlar İmam Əli(ə)-ı rəhbərliyindən məhrum qalsınlar.Əgər Osmandan sonra həzrət Əli(ə) rəhbər olsa belə rəhbərliyə iddialı şəxslər onun rəqibi olsunlar və onu cətinliyə salsınlar.İkinci xəlifə bilirdi ki,o adamlar xilafətə catmaqdan ötrü bir – birləri ilə müxalifətcilik edəcəklər və bu müxalifətcilik Osmanın zamanında baş verməsə də bundan sonraki xəlifə ondan yaxa qurtara bilməyəcək.Hec buna şübhə yoxdur ki,xilafətə catan Həzrət Əli(ə) və Osmandan başqa o dörd nəfər əgər şuranın üzvi olmasaydılar xilafətə göz dikməzdilər.Onların şurada üzv olmaları və onları Həzrət Əli(ə) ilə bir araya gətirilməsi onlarda bu təsəvvürü yaratdı ki,onlar daha layiqli və başqa müsəlmanlardan daha üstündürlər1.Bu məsələ Muaviyyənin nəzərindəndə qacmamışdır.O İbn Hüseynə deyir:Sənin nəzərincə müsəlmanların bir- biri ilə ixtilafının səbəbi nədə idi?O dedi:Səbəb Osmanın öldürülməsi idi.Muaviyyə dedi:Təzə söz danışmadın.O cavab verdi:Əli(ə)-ın səninlə ya Təlhə ilə ya da Zubeyr və Aişə ilə mübarizəsi. Muaviyyə onun nəzərlərini qəbul etməyib və dedi:Ömər bin Xəttabın şurası müsəlmanlar arasında qarışıqlığ və ixtilafın yaranmasına səbəb oldu.Çünki o şura altı nəfərin ixtiyarında idi.Hər kəs istəyirdi onu öz tərəfinə cəksin və əvəzində də onun xilafətə catmasını istəyirdilər.Xilafət məqamını ələ gətirmək ücün dəridən qabiqdan cıxırdılar.Əgır Ömərdə Əbu Bəkr kimi bir nəfəri öz yerinə secsəydi bu ixtilafdan qabaqa gəlməzdi2.Bu mətləbidə əlavə etmək lazımdır ki, Peyğəmbərin(s) vəfatından sonra müxacirlərin arasından nə Əməvilər və nə Haşimilər hakimiyyətə catdılar. Qureyşin orta cinahından olan Tin və Üdəy (Əbu Bəkr və Ömər onların nümayəndəsi idi) hakimiyyətə catdı.İkinci xəlifənin cızılmış planı ilə Bəni Ümeyyənin nümayəndəsi olan Osmanda hakimiyyətə gəldi.

2.Bəni Ümeyyə nəslinin nizama düşməsi.

Necə ki, ikinci xəlifə öncədən demişdi Osmanın rəhbərliyi Əməvilərin hakimiyyətə gəlməsinə böyük zəmin yaratdı.Belə ki, ən mühüm olan siyasi və ictimai mərkəzlər Bəni Ümeyyənin əlinə kecdi.Əməvilər və Mərvanilərin qüdrəti Osmanın rəhbərliyi sayəsində inkişaf etdi.Elə o zaman Həzrət Əli(ə) rəhbərliyə secildi.Özünün bütün dini və fikri qüvvəsini əhd pozanların və yolundan azmış insanlarla mübarizəyə sərf etdi.Bunlar o insanlar idilər ki,qabaqki xəlifələr onların qüdrətə catmasına zəmin yaratmışdılar.Bəzi kitablarda yazılır:Ömər şuranın üzvlərinə dedi:Əgır siz bir-biriniz ilə həmkarlıq və xeyirxahlıq etsəniz xilafətin səmərəsini siz və öxladlarınız dadacaqlar.Amma bir- birinizə paxıllıq və ya bir-biriniz ilə rəqabət və düşməncilik etsəniz Muaviyə bin Əbi Süfyan hakimiyyətə sizdən qabaq gələcək.Muaviyə həmişə deyirdi:Allaha and olsun mən ikinci xəlifənin yanında olan məqamımın sayəsinə görə müsəlmanlara vali oldum.Bu həmin yerdir ki,məni bura o oturdub.O zamandan ki,məni bura təyin edib,hələdə burdan kənarlaşdırmayıb.Halbuki elə bali yoxdur ki onu təyin edəndən sonra kənarlaşdırmasın və başqasını onun qoymasın.O bütün Şamat vilayətini mənə tapşırdı.Ondan sonrada Osman məni qüvvələndirdi və təsdiq etdi.3


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin