Güntay Gəncalp (Cavanşir)


Sizin araşdırmalardan sonra deyə bilərikmi ki, Şah İsmayıl qəhrəman deyil?



Yüklə 1,37 Mb.
səhifə28/32
tarix04.01.2022
ölçüsü1,37 Mb.
#57021
1   ...   24   25   26   27   28   29   30   31   32
Sizin araşdırmalardan sonra deyə bilərikmi ki, Şah İsmayıl qəhrəman deyil?
Baxır biz hansı bucaqdan baxaq bu qəhrəman anlayışına. Fars tarixinin qəhrəmanıdır Şah İsmayıl. Fars tarixçilər Şah İsmayılı qəhrəman görər və Şah İsmayılı Sasaniliyi yenidən dirildib və İranın bütövlüyünü bərqərar edən qəhrəman kimi dəyərləndirərlər. Mənə görə haqlıdırlar da. Fars tarixçilər Şah İsmayılı “fətrət” dövrünü qapadan qəhrəman kimi görürlər. Fətrəti də Sasani və Səfəvi arasındakı 900 illik zaman boşluğu kimi düşünməkdədirlər. Yəni bu 900 ildə İran Sasani dönəmindəki bütövlüyündən məhrum olmuşdur. Şah İsmayıl bu bütövlüyü qurdu. Haqlıdırlar. Çünkü Şah İsmayıl gerçək anlamda bir Sasani dövləti qurdu. Varisləri də bunu gücləndirdi və indiki rejim də Sasani-Səfəvi kimliyi ilə qürur duymaqdadır. Çünkü Şah İsmayıl Dədə Qorqud mədəniyətini ortadan qaldırıb yerinə Şahnamə tarix anlayışını yerləşdirdi. İddia edirlər ki, Şah İsmayıl ora-bura Türkçə məktub yazmış. Bunlar ilk günlərdə qızılbaşları aldatmaq üçün idi. Bütün Səfəvi dönəmindən qalan türkçə yazıları bir yerə yığsanız 50 səhifəlıik bir kitabça olmaz. Ancaq yüzlərcə və bəlkə minlərcə fars dilində tarixi, ədəbi, siyasi, məzhəbi, idari bilgilər kitablaşaraq miras qalmış. Türk millətinin Şah İsmayıl adında qəhrəmanı ola bilməz. Çünkü Türk Dünyası arasında məzhəb sınırı yaratdı. Anadolu və Türküstan arasında tarixi irtibatları kəsdi. Türk dilini fars dilinə təslim edən məzhəbi ideologiyanı dövlətin sınırsız gücü ilə yayqınlaşdırdı. Bunun harası qəhrəmandır? Onun qəhrəmanlığından bizə bugün bir yarar varmı? Kimdir onun qurduğu dövlətin varisi? Türkmənçay müqaviləsi olmasaydı indiki Azərbaycan Respublikası da tarixi Səfəvi mühitində qalıb farslaşacaqdı.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin