Güntay Gəncalp (Cavanşir)


Azərbaycanda sizin kitabınızın əleyhinə xeyli yazılar yazılıb. Bu yazılara münasibətiniz necədir?



Yüklə 1,37 Mb.
səhifə29/32
tarix04.01.2022
ölçüsü1,37 Mb.
#57021
1   ...   24   25   26   27   28   29   30   31   32
Azərbaycanda sizin kitabınızın əleyhinə xeyli yazılar yazılıb. Bu yazılara münasibətiniz necədir?
Kitabımın iddia etdiyi görüşləri təqdir və tənqid edənlər var, qarşı çıxanlar da. Qarşı çıxanların çoxu İranın baxdığı yerdən tarixə baxmışlar. Azərbaycanda mifləşdirilən Şah İsmayıl surətinin yalan və iftira olduğunu ifşa etdiyim üçün onların çoxunun dünyaları dağılmış və sırf dünyası dağılmışların hissi münasibətidir o yazıların çoxu. Mən Səfəviləri fenomenolji bir yöntəmlə araşdırmağa çalışmışam. Yəni Səfəvi ideyasını, Səfəvi bilgisini və Səfəvi davranışını incələmişəm. Fenomenoloji yanaşmada durum “bilgi, davranış və ülkü (ideal)” üçbucağında incələnər. Nə qədər başarılı olmuşam bu başqa məsələdir. Mənim amacım ulusumuzu Səfəvi bataqlığından azad edib evrənsəl tarix anlayışına doğru sövq etmək olmuşdur. Millətləşmənin təməl şərtlərindən biri millətin öz tarixi ilə əqli baxımdan hesablaşmasıdır. Nədən çağdaş bir toplumun dünyagörüşünü Səfəvi qaranlığı doldurmalıdır? Bu kitab kimləri narahat edirsə, demək ki, düşündürür. Çünkü düşünmək rahatlığın nəticəsi deyil, düşünmək narahat ruhun işidir. Rahat adamlar və rahat toplumlar düşünməzlər, təqlid edərlər. Cahilcə inanarlar. Modernitə “mən inanıram”la “mən bilirəm”in sınırını bəlli etmişdir. Bu kitab bir çoxlarının inandığı “qəhrəman”ın gerçək üzünü ifşa etdiyi üçün düşündürücüdür və narahat edicidir. Ona görə də belə təpkilər olacaqdı. Tarixdəki hadisələri dəyişdirə bilməyəcəyimiz bizim sual soruşmağımızı əngəlləyə bilməz. çünkü bu tarix indiki həyat tərzimizi də etkiləyir. Bu etkilərlə hesablaşmalıyıq ya yox? Keçmişi gələcəyə ülkü (ideal) olaraq göstərmək gələcəyi də qaranlığa gömmək deməkdir. Səfəvilər adında ancaq qorxunc bir qaranlıq var. Bunu nədən gələcəyə daşımalıyıq?

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin