“Ədəbi tənqid” fənnindən imtahan sualları
Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi
Əsrimizin ortalarında 1 çox tənqid nəzəriyyələrinin süqutu 60-cı illərdən başlayaraq, yeni 1 fəaliyyət istiqamətinə meydan açdı ki, o da "strukturalizm" adı ilə məşhurdur.
Struktur(semiotik)təhlillərdə dilin təsiri və ya nəticələri(yəni dilin kommunikativ funksiyası)əvəzinə,dil və məna- nın üstünlüyünü,ilkinliyini təmin edən şərtlər araşdırılırdı.Rolan Bartın yazdığı kimi,"strukturalistin fəaliyyəti mə- nanın necə meydana çıxdığını aydınlaşdırmağa yönəlmişdir”.
Strukturalizm XX əsrdə dilçilik sahəsində baş vermiş böyük inkişaf nəticəsində meydana gəlmişdir.Bu məktəbin başında Ferdinand de Sösür dayanır.Sösür bu nəzəriyyəni" semiologiya(semiology)və ya “cəmiyyətdə işarələrin tə- kamülü və dəyişməsini öyrənən elm" adlandırırdı.
Semiologiya özünəməxsus dil formalarının mənşəyini və ya tarixini öyrənmək əvəzinə, belə 1 məsələni aydın- laşdırmağa çalışır ki, dil elementləri necə bir-birinə bağlanır və bizim anladığımız mənanı yaradır.
Sösür başqa mühüm 1 xüsusiyyəti də bura əlavə edib bildirir ki, semiologiyada hər 1 işarə "svetofor" kimidir, yəni 1 bilgini çatdırmaqçün şərti işarədir.Başqa sözlə, bütün dil elementləri zahirən olduqlarından fərqli 1 mahiyyət kəsb edə bilərlər.Məs., “yaşıl" həm "dayanmaq", həmdə "getmək" işarəsi ola bilər.
1950-ci illərin əvvəllərində Klod Levi-Stross semiologiyanı antropologiyaya tətbiq etməklə,strukturalizmin yeni 1 formasını yaratdı.Strukturalizmin bu forması XXəsrin ədəbi tənqidinə gülcü təsir göstərdi və 60-70-ci illərdə tən- qid nəzəriyyələrinin əsasını təşkil etdi.
İlk dövrdə strukturalizm Amerika və Avropa tənqidçilərnin son dərəcə kəskin münasibətilə qarşılaşdı.Bütövlük- də belə hesab olunurdu ki, bu metod ədəbiyyatı bütün parametrləri baxımından sırf "elmi" şəkildə öyrənmək iddia- sındadır.Bu cür yanaşma isə 1 çoxlarının fikrincə, hər halda antihumanist səciyyə daşıyırdı və onun Qərbin liberal etik dəyərlərilə 1əlaqəsi yox idi.İngilislər və Amerikanlar strukturalizmi nəinki anti-humanist 1 şey sayırdılar,hətta belə hesab edirdilər ki,o,Fransadan idxal olunmuş 1 sürprizdir və eqoistcəsinə,kor-koranə şəkildə yabançı düşüncə- yə pərəstiş edən bir qrup ziyalının qəribə əyləncəsindən başqa bir şey deyildir.
Hər halda sonralar,1975-də "Yeni Dil Cəmiyyəti"ədəbi araşdırmalar sahəsində illik Lovell mükafatı-Conatan Kallerin"Strukturalist metod" kitabına verdi və ingilis-amerikan Akademiyası da strukturalizmi funksional tənqidin metodlarından biri kimi tanıdı(əlbəttə, heç də bütün tənqidçilər və oxucular bu fikirdə deyildi).
İndi dönüb geriyə baxanda,aydın olur ki,1960-cı illərdə strukturalizmin və semiotikanın meydana gəlməsi bütün digər funksiyaları ilə yanaşı müasir nəzəriyyələrin 1-1-nə qovuşmasına şərait yaradan sahəni də işıqlandırırdı. Strukturalizm və semiotika faktiki olaraq,elə 1 zəmin yaratdılar ki,yalnız ona "nəzəriyyə" demək mümkündür.
Belə ki,onlar mənanı və mənanın dəyişkən şəraitini öz tədqiqat predmeti kimi seçməklə XX əsrin ədəbiyyatşü- naslıq,fəlsəfə,tarix,dilçilik,psixologiya və antropologiya kimi humanitar və sosial elmlərindən yüksəyə qalxdılar və bütün bu sahələr 60-cı illərin sonlarından ədəbiyyat nəzəriyyəsinə birbaşa təsir göstərdilər.
Ədəbi tənqiddə strukturalizm formalizmlə sıx surətdə bağlıdır.Hər hərəkatın əsas məqsədi ədəbi təhlildə formanı məzmunun yerinə qoymaq və təcrübi metodlara bənzər universal metodlar işləyib hazırlamaqdan ibarətdir.
Strukturalizmin özündən doğan məhdudiyyətlər, xüsusən onun ötəri dəyişikliklərə fikir verməməsi və ayrı- ayrı hallar əvəzinə ümumi qanunauyğunluqlara diqqət yetirməsi 60-cı illərin sonlarında daha aydın görünməyə başladı. Fransız filosofu Jak Derrida bu barədə ciddi və kəskin tənqidlə çıxış etdi.
Culia Kristeva. Levi-Strossun struktur antropologiyasına əsaslanan humanitar araşdırmaları tənqidə tutan Derridanın fikrincə, strukturalizm – Qərbin strukturun əsası barədə ənənəvi uzaq görməzliyinin təzahürü və strukturun 1 anlayış kimi nəzəri və ideoloji xususiyyətlərini dərk etməyə meyl göstərməməsinin nəticəsidir.
Onun sözlərinə görə,strukturu araşdırmaq cəhdi strukturdan kənar və uzaq 1yerdə dayanmaq imkanını tələb edir. Yəni kimsə mədəni idrak çərçivəsindən kənarda dura və mədəniyətə heç 1bağlılığı olmayan 1 baxışa malik ola bil- məlidi.Derrida yazır ki, heç vaxt kimsə mədəniyyətə üstün gələ bilmədiyi və heç kəs onu kənardan araşdırmağa qa- dir olmadığı üçün,strukturdan asılı olmayan heç 1müstəvi yoxdur.Strukturun obyektiv araşdırılması qeyri-mümkün.
Nəticədə, Derridaya görə, strukturların oxunuşuna və mədəni şərhinə hər hansı cəhdi bütünlüklə dəqiq elmi mo- dellərə çevirmək olmur.Beləliklə,əgər strukturu parçalama və öyrənmək mümkün deyilsə,onda strukturalizdə bir iş metodu kimi öz səmərəliliyini itirir. Derrida belə 1 fikir irəli sürür ki, strukturalizm əvəzinə mətnlərin fərqlərinin qarşılıqlı əlaqəsini dərk etmək lazımdır.O şeyi ki, Derrida və başqaları “struktur sintez” adlandırırlar.
Dostları ilə paylaş: |