Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi


Psixoanalitik tənqid. 28.Ziqmund Freydin tənqidi görüşləri



Yüklə 153,78 Kb.
səhifə3/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   2   3   4   5   6   7   8   9   ...   54
Ədəbi tənqid. cavab

2. Psixoanalitik tənqid. 28.Ziqmund Freydin tənqidi görüşləri.

39.Ziqmund Freyd: psixoanalizm və təhtəlşüur

43.ZiqmundFreyd. “Dostoyevski və ata qatilliyi” 83. “Dörd arxetip” əsəri

Avstriya alimi Ziqmund Freyd tərəfindən yaradılmış, neofreydistlər(Erix Fromm, Anna Freyd, Stanislav Grof) tərəfindən təkmilləşdirilib.Bədii əsərləri ən gözlənilməz rakurslardan dəyərləndirən bu təhlil metodu hazırda ədəbi tənqidin ən populyar istiqamətlərindən biri hesab olunur.Psixoanalitik metod bədii mətnləri yazıçının şüurlu və şüuraltı yaradıcılıq aktı kimi dəyərləndirir. Z.Freyd bu metoddan Le o nardo da Vinçi, Vilyam Şekspir, Tomas Mann, İohann Volfqanq Höte, Fyodor Dostoyevski kimi sənətkarların yaradıcılığının araşdırılmasında bəhrələnib. Tənqidçi psixoanalitik təhlil üsulundan bəhrələnərək bədii əsərlərdə sətiraltı mənaları, obraz və simvollara, perso- najların hərəkət və davranışlarına yansıyan gizli motivləri aşkarlayır. Burada açıq mənalardan vaz keçilməsi, gizli motivlərin aşkarlanması,xüsusilə müəllifin özünə bəlli olmayan şüuraltı amillərin üzə çıxarılması zəruri prinsip kimi götürülür.Lakin metod birtərəfliliyinə, xüsusilə təhlil prosesində əsas diqqətin əsərdə yaradılan obrazlardan daha çox müəllifə yönləndirildiyinə görə zaman-zaman tənqid olunmuşdur.

Psixoanalitik nəzəriyyə,Ziqmund Freyd tərəfindən hazırlanmış psixoanalizin prinsipləri əsasında qurulmuş ədəbi tənqidin 1 qoludur.Luis Taysonun(Lois Tyson)dediyi kimi,psixoanalizin müx.növləri mədəniyyətimizə o qədər kök salmışdır ki,“bacı-qardaş rəqabətləri, aşağılıq kompleksləri və müdafiə mexanizmləri elə yayğındır ki, çoxumuz öz- lərini xarakterizə etməyə ehtiyac qalmadan, nə demək istədiklərini anlayırıq”.Freydin nəzəriyyəsinin əsas konsepsi- yalarından bəziləri: insanların zehinlərində əzabverici təcrübələr və duyğuların basdırıldığı şüursuz 1 mən vardır və gündəlik həyatımız “id”-in arzuları ilə “eqo” və“supereqo”tələbləri arasında vasitəçilik edərək keçir.Bu ədəbi tən- qid məktəbi,həm ədəbi obrazlara,həm də yazıçılarına eyni anda psixoanaliz metodlarını tətbiq etməklə ədəbiyyatı daha yaxşı anlayıb,şərh edə biləcəyimizi müdafiə edir.Bu,əsasən,əsərin 1 yuxu olaraq dəyərləndirilməsi,dil və sim- volizmi dərindən təhlil etməklə əldə edilən gizli mənanı tapmaq üçün məzmunu şərh edir.

Ziqmund Freydin elmə gətirdiyi qənaətə görə, insanın davranış və fəaliyyətinin əsas tənzimləyicisi olan şüur pərdəsi altında onun özünün dərk edə bilmədiyi, şüurun əli yetmədiyi daha dərin lay gizlənib və daim fəaliyyətdə- dir.İxtisasca həkim olan və xəstələr üzərində müşahidələr aparan Freyd dərk olunmayan,özünü şüur vasitəsilə büru- zə verməyən yaşantıların insanın həyatına necə təsir göstərdiyini,bəzən də insanları ağır əsəb xəstəliyinə düçar etdi- yini görürdü.Bu onu insanların şüurlu fəaliyyətləri ilə şüurdan gizli olan qeyri-şüurlu yaşantıları arasındakı ziddiy- yətlərin təhlilini aparmağa vadar edirdi.Beləliklə,Freyd insan qəlbini xilas etməyin metodunu yaratmaq qərarına gəlir və bunun sayəsində psixoanaliz elmi yaranır.Freyd öz işlərini yalnız əsəb xəstələrinin davranışlarını müşahidə etməklə və onların müalicəsi ilə məhdudlaşdırmayaraq,sağlam insanların da yaşantı və davranışlarına aydınlıq gəti- rən nəzəriyyənin əsasını qoyub. XX əsrin əvvəllərində bu nəzəriyyə dünyada çox böyük populyarlıq qazanıb. Frey- din nəzəriyyəsi tezliklə başqa elm sahələrinə - sosiologiyaya, pedaqogikaya, antropologiyaya, etnoqrafiyaya da ciddi təsir göstərir, eləcə də ədəbiyyata və incsənətə də nüfuz edir.

Müasir nəzəri ədəbiyyatda freydizm termininə yaşlı insanın bütün problemlərini cinsi instinktlə bağlayan klas- sik, ortodoksal psixoanaliz tərifi verilir. Freydin tələbələri tərəfindən yaradılan neofreydizm nəzəriyyəsi psixoanali- zi fərqli 1 səviyyəyə çatdırıb. Freydin “fərdi şüurdan xaric” nəzəriyyəsi sonradan “kollektiv şüur xaric” anlayışı ilə tamamlanmışdır.Freydin ədəbiyyata və sənətə həsr etdiyi əsərlər içində “Dostoyevski və ata qatilliyi” xüsusi yer tu- tur. 1926-cı ildə nəşriyyatlardan biri Dostoyevskinin “Karamazov qardaşları” əsərinə ön söz yazmaqçün Ziqmund Freydə müraciət etmişdi. Həcmi 1 çap vərəqi olan bu əsəri Freyd 2 ilə yazdı.

Dostoyevski yaradıcılığı və şəxsiyyəti psixoanaliz baxımından təhlil olunmuş bu əsərdə Freyd Dostoyevskini yaradıcılıq istedadına görə Şekspirlə 1 səviyyədə tutur, “Karamazov qardaşları” romanındakı “Böyük inkvizitor əf- sanəsi”ni isə dünya ədəbiyyatının ən yüksək nailiyyəti hesab edir. Bununla belə, Dostoyevskinin yaradıcılığında və tərcümeyi-halında rast gəlinən bir sıra motivlərin psixoanalitik təhlili yazıçının şəxsiyyətinin görünməyən tərəflərin qabardır,onun özünədə gizli olan iç dünyasın işıq üzünə çıxarır.Müəllif Dostoyevskinin mürəkkəb şəxsiyyətindən 3 faktoru:“emosional həyatının qeyri-adi gərginliyi,anadangəlmə cinsi pozğunluğa instinktiv meyli və təhlilə gəlmə- yən yaradıcılıq istedadını” bir arada götürür... 


Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin