Strukturalist tənqid. 47. Strukturalizm və semiotika 65. Rolan Bartın “Tənqid və həqiqət” essesi



Yüklə 153,78 Kb.
səhifə7/54
tarix23.01.2022
ölçüsü153,78 Kb.
#113880
1   2   3   4   5   6   7   8   9   10   ...   54
Ədəbi tənqid. cavab

Kölgə arxetipi. İnsan həyatının qaranlıq tərəfi ilə eyniləşdirilir və buna görə də freydin orta cins -"o" ilə ifadə etdiyi anlayışa uyğun gəlir. bir tərəfdən fərdi, digər tərəfdən də kollektiv şüursuzluğa söykənir. Hər bir insanın öz kölgəsi var və onsuz keçinə bilməz. kölgə vasitəsilə insan keçmişini, bəsit istəklərini və təcavüzkar meyllərini qoruyub saxlayır. Kölgə bir qayda olaraq sıxışdırılır, insan özünün şüursuz mənfi xarakterini görməkdən vaz keçir və onu görmür. Bununla belə kölgə tərəf inkişaf etməyə davam edir. Günlərin bir günü bu sıxışdırılmış olanlar ortaya çıxıb insanın "işıqlı" tərəfinin rəhbər tutduğu mənəvi-əxlaqi dəyərləri darmadağın etməsi an məsələsidir. Yəni kölgə arxetipi insanın özünə etiraf etmədiyi, lakin ona xas olan, xarakterinin xoşagəlməz tərəfləridir. Kölgə fasiləsiz olaraq insan psixikasını zəbt edib ona hakim kəsilməyə can atır. bunlar əxlaqi nəzəratə müqavimət göstərirlər. Bütövlükdə "mən"ə meydan oxuyan əxlaqi problemdir və insanı ömrü boyu müşayiət edir.

Mən arxetipi. Yungun kollektiv şüursuzluq üzərindəki çalışmalarının ən vacib məhsuludur. "mən"the self özünü təstiqləməyə meyllidir. "mən" sistemdəki ən vacib arxetipdir. şüuraltının bütün yönlərini tarazlayır, hər zaman bütünləşməyə çalışır. "mən" kainatı birləşdirməyə yönəlmişdir və onun bir parçasıdır. "mən" fərdiləşmənin, eyni zamanda şəxsiyyətin müxtəlif aspektlərinin inteqrasiyası nəticəsində yaranır. Bu arxetip ətrafında digər elementləri birləşdirən şəxsiyyətin özəyini təşkil edir. Ruhun hərtərəfli inteqrasiyasına nail olunduqda insan birlik, tamlıq və harmoniya hiss edir.

Bu tənqidin banisidir və onun metodu “Danışan müalicə” adlanır. Ən məşhur əsərlərindən biri “Yuxu və yozmaları” əsəridir (1901). Bu əsərdə ilk dəfə yuxu mövzusu elmi müstəvidə qələmə alınmışdır.

Freyd yuxular haqda maraqlı şeylər deyir. I-si,yuxulardakı obrazların çoxu dünyadakı hadisələrin eşidilməsin- dən, qoxusundan yox, görünüşündən alınmış obrazlardır. İkincisi, yuxu bilincaltındakılarının dona girmiş obrazlarıdır. Üçüncüsü, bilincaltı istəklər yuxularda yalandan da olsa, özlərini doydururlar. Dördüncüsü, yuxuları düz yoza bilsən, taparsan ki, sənin bilincinin altında nələr gizlənib səni içəridən, gizlindən oyur. Onları bilmək isə öz dərinliyini bilməkdir və deməli, səni xəlvətcə qovruldan, üzən istəkləri, çağırışları tapıb üzə çıxarmaqdır.


Yüklə 153,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin