65. Rolan Bartın “Tənqidvəhəqiqət” essesi
“Struktur” sözü üstündə artıq yüz ildir mübahisə gedir; genetik, fenomenologik və başqa fərqli olanlarla yanaşı, əsərin planını qurmağı öyrədən “məktəb” strukturalizmi də var. Bəs burada hansı strukturalizmdən söhbət gedir? Bu və ya digər metodoloji modellərdən qaçmaqla hansı strukturu müşahidə etmək olar?Yəqin, artıq klasik dövr ila- hiyyatçılarının vasitəsilə tanıdığımız müqəddəs mətnlərin faciələrindən danışmarıq;bəs, onda yeni tənqidin “ekstra- vaqant çıxarış”larına qarşı qoyulan roman “struktur”u hansıdır?
Deməli, məsələdə göstərilən bütün “aşkar şeylər” yalnız məhdud seçim məhsulunun mahiyyətidir. Bu “aşkar şeylər”in I-si gülüş doğuran və ya heç nəylə obrazlaşdırılmamış hərfi mənada anlamaqdır; heç kim heç vaxt inkar etməyib ki, əsər zəruri hallarda filoloji cəhdlərlə gizlədilmiş mətnaltı mənaya malikdir. Sual yaranır: bu mətnaltı mənadan hərfi mahiyyətlə ziddiyyət təşkil edən tamam başqa məna çıxarmaq haqqımız varmı? Cavaba qətiyyən lüğətin köməyilə yetişə biləcəyinizə ümid bəsləməyin, bunun üçün dilin simvolik təbiəti fonunda ümumi nəzər nöqtəsindən çıxarışlarımıza arxalana bilərik. Digər “aşkar şeylər”ədə bu cür yanaşmaq olar: artıq onlar hamısı seç- dikləri məhdud psixoloji və strukturoloji modellərə əsaslanan interpretasiya təqdim edirlər. Bu kod(bəli, məhz kod) dəyişməyə meyllidir,ona görə də,əslində,tənqidçinin obyektivliyi bu və ya digər kodu seçmək faktıyla deyil, əsərə qarşı seçdiyi modeli dəyişmək imkanı verən ciddilik səviyyəsilə əlaqədardır. Və bu, heçdə boş şey deyil. Əgər yeni tənqid heç vaxt başqa nəsə iddia etməyib, mətnin daxilindən çıxan təsvirlərin obyektivliyinə əsaslansaydı, onda çə- tin ki, ona qarşı müharibə elan olunardı.
Həqiqətə bənzərlik tənqidi nümayəndəsi adətən mətnin hərfi mənada oxunuşunu dəstəkləyən 1 kod seçir. Nə deyək: bu seçim digərlərindən heç də pis deyil. Hər ehtimala qarşı, onun nədən ibarət olduğuna baxaq.
Bizi öyrədirlər ki,“sözlərin arxasında onların şəxsi mənasını saxlamaq lazımdır”,bu da hər sözün yalnız 1 məna- ya gəldiyi və bu mənanın ən yaxşı olduğu deməkdir.Bu qayda tamamilə ədalətsiz şəkildə istənilən obrazlı ifadəyə qarşı inamsızlığa,ya daha pisi,onların gözdən salınmasına aparır: sanki onlara qadağa tətbiq edir(məsələn,əgər Be- renika qatil tərəfindən öldürülmürsə,”Tit Berenikanı öldürür” demək olmaz); sanki az və ya çox dərəcəli ironiya ilə onları hərfi mənada anladıqlarını iddia edirlər(duzlu Neronla Yuninin göz yaşlarının əlaqəsindən“lehmədə qurumuş günəş işığı” yaranır,ya da bundan “astrologiya sahəsindən qarşılıq” gözləyirlər);nəhayət,sanki onlarda dövrlə səslə- şən xarakterik klişelərdən başqa nəsə görməməyi tələb edirlər (respirer(“nəfəsalmaq”) felində nəfəs almağa ehtiyac yoxdur, çünki XVII əsrdə bu fel ”ruhun müşayiət edilməsi” kimi anlaşılırdı).Beləcə biz xeyli maraqlı qiraət dərsinə keçid edirik: şairləri oxuyarkən onların əsərlərindən heç nə çıxarmaq lazım deyil;”liman”, “saray” və ya “göz yaşı” kimi sadə və konkret sözləri(dövrün necə istifadə etməsindən asılı olmayaraq) çox anlamlığa qaldırmağı bizə qada- ğan edirlər.Nəhayətdə söz öz referentual dəyərini tamamilə itirir, üzərində yalnız bazar qiyməti qalır: o, daxili inki- şafa deyil, ticari anlaşmalardakı kimi sadəcə tədavül məqsədinə xidmət edir.Nəticədə belə anlaşılır ki, dil yalnız 1 faktda — öz şəxsi banallığında inandırıcı görünə bilər.
Rolan Bartın ədəbiyyat semiotikası məsələlərinə olan marağı onu poetikanın struktur problemlərinə gətirib çıxarır. 1960-70-ci illərdə Bartı Fransız strukturalizminin(sonra da poststrukturalizmin) siması hesab edirlər, onun “Tənqid və həqiqət” essesi(1966) Fransada “yeni tənqid”in tərəfdarlarını birləşdirən ədəbiyyatşünaslıq manifestin- də böyuk rol oynayır.
1960-cı illərin sonundan etibarən Bart mətnlərarası semiotika ilə ciddi məşğul olmağa başlayır.Müx.mədəni kod ların daxil olub qarşılıqlı yerləşən ərazisi kimi anlaşılan əsərə mətnlərarası yanaşma nümunəsi Bartın O. Balzakın hekayələrindən birinə həsr etdiyi “S/Z”(1970)kitabıdır.Bu çalışma ilə ədəbi əsərin oxucu tərəfindən qəbul olunma- sını analiz edən “Mətndən gələn həzz”(1973) essesi də səsləşir.
1976-cı ildə Rolan Bart Kollec de Fransın ədəbi semiotika kafedrasına dəvət olunur. Elmi rütbə almaq üçün proqrama uyğun oxuduğu “Mühazirə”(1977) onun son irimiqyaslı işi olur(çünki Bart avtomobil qəzasında həyatını itirir).O,bu mühazirəsində 25 illik elmi fəaliyyətinə yekun vuraraq, strukturoloji-semiotik metodların köməyilə ədə- biyyatın öyrənilməsinin mümkün perspektivlərini qeyd edib.
Dostları ilə paylaş: |