Ədəbi tənqid–müəyyən konsеpsiya və ədəbi mеyllərin nəzəri dərki işığında sənət əsərlərini dəyərləndirmə və şərh еtmə vasitəsidir.
Tənqidin bədii faktlara yanaşmasında konsеptuallıq(çünki məhz konsеptuallıq ədəbi tənqidi oхucu rəyindən fərq- ləndirir)əsas şərtlərdən biridir.O,bədii düşüncə məhsullarını təhlil еdərkən ədəbi mеylləri mütləq nəzərə almalı, onun başlıca prinsiplərindən çıхış еtməlir.Çağdaş ədəbi tənqid öz qənaətlərini bədii şəkildə dеyil,nəzəri formada gеrçəkləşdirir(klassik ədəbiyyatşünaslıqda ədəbi-еstеtik ümumiləşdirmələrin şеirlə ifadə şəkli də mövcud olmuş- dur) və onun ədəbi-bədii irsə yanaşmasında 1 tərəfdən bədii faktların dəyərləndirilməsi(əsərin ədəbiyyat tariхindəki yеri, bədii özəllikləri,müəllifin ədəbi mövqеyi və s.),digər tərəfdən təhlil еdilən ədəbi örnəyin gеniş oхucu kütləsi üçün şərhi zəruri şərtlərdəndir.
Yaranmış bədii mətnin ədəbiyyat tarixindəki yerinin müəyyənləşdirilməsi ədəbi tənqidin zəruri vəzifələrindən biridir. 1çox hallarda tənqidçinin rəyi əsərin,həmçinin yazıçının ədəbiyyat tarixindəki mövqeyinin dəqiqləşməsində əhəmiyyətli rol oynamışdır.Ədəbi tənqidin başlıca funksiyalarından biri də ədəbi əsərlərin çağdaş dönəmin elmi-nəzəri dəyərləri bağlamında oxunuşu və şərhidir.
Çünki hər bir dövrün bədii əsərlərə yanaşma tərzi,baxış bucağı özünəməxsusluğu ilə seçilir.Ədəbiyyat tarixinin hansısa 1 dönəmində yetərincə dəyərləndirilməmiş(yaxud yanlış şəkildə dəyərləndirilmiş) əsərlərin tənqidin müasir oxunuşu ilə yeni dəyər qazanması mümkündür.
Bütövlükdə ədəbi tənqidi əsərlər akademik çevrəyə,müəllifə və oxucuya ünvanlanmaqla əsasən 3 fərqli baxış buca- ğından qələmə alınır. Məhz bu kontekstdə ədəbi tənqidi mətnin elmi-nəzəri səviyyəsi biri-birindən seçilir. Belə ki, akademik çevrəyə ünvanlanmış ədəbi tənqidi yazılarda ədəbiyyatın ümu mi-nəzəri problemləri professional şəkildə təhlil olunur.Müəllifə yönəlik ədəbi tənqidi yazılarda araşdırılan əsərin bədi sənətkarlıq xüsusiyyətləri,mətndə təsa- düf edilən qüsurlar və gələcək yazılarda onların aradan qaldırılma yolları və s. məsələlərə toxunulur.Oxucuya ün- vanlanan ədəbi tənqidi məqalələr isə bədii əsərin məziyyətləri, ideya-məzmun özəlliklərindən bəhs etməklə yanaşı, həm də müəyyən mənada təbliği səciyyə daşıyır.Qeyd edək ki, ədəbi təcrübədə bu istiqamətlərin eyni yazıda əksini tapdığı örnəklərə də sıx-sıx təsadüf olunur.Ədəbi tənqidin elmi-nəzəri səviyyəsini və peşəkarlığını bədii ədəbiyatın inkişaf səviyyəsi müəyyənləşdirir.Ədəbiyyat yeni bədii dəyərlər qazandıqca,ədəbi tənqid də təhlil,tendensiya, metod yaradıcılığı baxımından zənginləşir.
5. Ədəbi tənqid qədim dövrdə. 7. Xətib Təbrizinin ədəbi-tənqidi görüşləri
Nəzəri fikir tariximizdə özünəməxsus yeri olan, bədii əsərlərə yazdığı müfəssəl,məzmunlu şərhlərlə ədəbiyyatşü- naslıq elmimizin,bədii təhlil sənətinin bünövrə daşlarını qoyan Xətib Təbrizinin ədəbi-nəzəri irsi uzun müddət Azər baycan oxucusu üçün əlçatmaz olmuşdur.Ancaq ölkəmizdə şərqşünaslıq elminin inkişafı,ərəb filologiyası ilə məş- ğul olan mütəxəssislərin formalaşması Xətib Təbrizinin sənət xəzinəsinin açarını əldə etməyə imkan vermişdir.İste- dadlı,cəfakeş şərqşünas alim Malik Mahmudovun uzunmüddətli tədqiqatının nəticəsi kimi 1972-ci ildə"Xətib Təb- rizi"adlı monoqrafyanın işıq üzü görməsi,on il sonra,1982-də yenə həmin müəllifin"Piyada Təbrizdən Şama qədər” kitabının nəşri,müstəqillik illərində yeni milli metodologiyanın tələblərinə uyğun şəkildə araya-ərsəyə gətirilmiş 6 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"kitabında görkəmli ədəbiyyatşünasın həyatı və yaradıcılığı haqqında geniş oçerkin verilməsi həm Xətib Təbrizinin dövrü,mühiti,şəxsiyyəti,həm də onun zəngin ədəbi-nəzəri irsi haqqnda dol- ğun elmi təsəvvürün yaranmasına səbəb olub.Malik Mahmudovun"Onu(Xətib Təbrizini-R.Y.)ilk növbədə Azərbay can elmi fikrinin ən azı 3 əsrlik inkişaf tarixi yaratmışdır"qənaəti son dərəcədə məntiqi və inandırıcıdır.Təsadüfi deyil ki,Xətib Təbrizini"ədəbiyyat,qrammatika və leksikoqrafiya elmlərinin başçısı"(Yaqut Rumi),"fazil şeyx,ədəb elminin rəhbəri, ədəbiyyatşünaslığın bayraqdarı"(Məhəmməd Rasim)hesab etmiş tanınmış şərqşünas alim+, o cüm- lədən akademik İ.Y.Kraçevski bu görkəmli ədəbiyyatşünasın yaradıcılığına çox yüksək qiymət vermişlər.
Yəhya Əli oğlu Xətib Təbrizi(1030-1109)Təbrizdə yoxsul ailədə anadan olub.Elmə marağı onu doğulduğu şəhər- dən ayrılıb Məərrəyə getməyə həvəsləndirib.Görüb-götürmək,öyrənmək həvəsi Xətib Təbriziyə uzun müddət payi-piyada yol getməyin,ac-susuz qalmağın bütün əzablarını unutdurmuş,o,məşhur ərəb şairi və alimi Əbu-l-Əla Məər- ridən(973-1057) şeir sənətinin,ədəbiyyatşünaslıq elminin sirlərini öyrənib.Biliyini təmənnasız şəkildə qabiliyyətli insanlara öyrətməkdən zövq alan Əbu-l-Əlanın elmi səviyyəsi gənc Xətibi heyrətləndirmiş və o,heyranlığını "Görə- sən ərəb+ elə 1 söz deyiblərmi ki,onu Əbu-l-Əla bilməmiş olsun?"sualı ilə ifadə etməyə müvəffəq olub. Müəllimin vəfatından sonra Təbrizə qaydan Xətib sonra yenə də səyahətini davam etdirmiş, Suriyaya, Dəməşqə, Misirə gedib görkəmli alimlərlə ünsiyyət qurmuş,öz biliyini daha da dərinləşdirib.1067-də Bağdadda "Nizamiyyə"mədrəsəsi açı- landan ta ömrünün son günlərinədək Xətib Təbrizi orada olduqca səmərəli müəllimlik fəaliyyəti ilə məşğul olub.
Bu görkəmli alim ömrü boyu ərəb dilində yazıb yaratsa da, onun bütün əsərlərində türk düşüncə tərzi, türk ruhu özünü büruzə verməkdədir.YII-YIII əsrlərdə əsir tutularaq Məkkə və Mədinəyə aparılan azəri türkləri tezliklə öz istedadları ilə,yaratdıqları gözəl əsərlərlə bütün ərəb dünyasını əsir etmişlər. İbn Qüteybə Dinəvərinin (828-889) "Mədinədə elə bir məvali şair (ərəb poeziyası ənənələri zəminində formalaşan əcnəbi şair - R.Y.) yoxdur ki, o əslən Azərbaycandan olmasın" fikrini tarixin qaranlıqlarına işıq salan son dərəcə önəmli faktlar sırasına daxil etmək olar.
Xətib Təbrizi müəyyən mənada "məvali şairlər"in davamçısı idi. Ərəb şairindən, alimindən dərs alan Xətib Təbrizi ömrünün sonuna kimi"Nizamiyyə"mədrəsəsində ərəblərə şeir sənətinin sirlərini öyrətmiş.Öz müəllimi,orta əsr ərəb ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Əbu-l-Əla Məərrinin,eləcə də digər məşhur ərəb şairlərinin əsər+ni yazılı şəkildə izah etmək təşəbbüsü göstərməklə şərh sənətinin,nəzəriyyənin,eləcə də mətnşünas- lığın təməl daşını qoyan Xətib Təbrizi bədii təhlilin, nəzəri-estetik fikrin prinsiplərini də hazırlamışdır: "Ən yaxşı şərh odur ki, qısa və aydın olsun, uzun və cansıxıcı olmasın";
Şairlərin mədhiyyə ilə məşğul olmalarını bəyənməyən Xətib Təbrizi çox doğru qənətə gəlirdi ki,şairləri bu yola sürükləyən yoxsulluqdur.
O,"Həməsə"(qəhrəmanlıq),"Səqt-əz-zənd"(Çaxmaq daşının ilk qığılcımı)və s.əsərləri şərh edərkən yeri gəldikcə vəzn və qafiyə,bədiyyat,üslub məsələləri haqqında da söhbət açmış,"Əruz və qafiyə elminin yekunu"(Kafi fi elmey əruz va qavafi")adlı tədqiqatında isə zəngin ərəb poeziyası nümunələri əsasında həmin nəzəri problemlərlə bağlı dəyərli fikir və mülahizələrini irəli sürmüşdür.
Xətib Təbrizinin nəzəri-estetik görüşlərində təkcə bədii formaya yox,məzmuna da xüsusi diqqət yetirilirdi.Alim bədii inikas zamanı həyat həqiqətlərinin real şəkildə əks etdirilməsinə daha çox önəm verir,şairi yalanlardan uzaq qaçmağa səsləyirdi.O,"Şərh əl-Həmasə"əsərində yazırdı:"Yalanlardan ilham alan 1 şairin yaratdığı əsərlər onun öz evinin divarlarından kənara çıxa bilməyəcək,dərhal ölüb gedəcəkdir.Həyat həqiqətlərinə sadiq qalan poeziyanın isə ömrü əbədi,bədii təsir gücü ölçüsüzdür.
Xətib Təbrizinin ədəbi-nəzəri irsini böyük 1 cafakeşlik və məhəbbətlə araşdıran Malik Mahmudov çox doğru qə- naətə gəlir ki,Xətib Təbrizi ideyanı,fikri,məzmunu poetik sənətin ən ümdə keyfiyyəti səviyyəsinə qaldırmaqla şei- rə yeni baxışın əsasını qoyur.Azərbaycan alimi ilk dəfə olaraq forma kamilliyilə məzmun gözəlliyinin vəhdəti prin- sipini irəli sürür və şairin yaradıcılığına qiyməti bu prinsip əsasında verir.Bu isə sənətə yeni meyarlarla yanaşmanın metodologiyasını hazırlamaq baxımından çox əhəmiyyətli 1 məsələ idi.Ona görə ki,Xətib Təbriziyə qədər Şərq po- etikasında məzmundan çox bədii formaya,ifadəyə daha çox üstünlük verilirdi.Xətib Təbrizi isə"mənaların verilməsi şərhdə zəruridir və belə olmasa oxucu ondan heç bir fayda götürə bilməz" qənətinə gəlirdi.
Buradan bədii şərhin əsas vəzifələrindən birinin"şairin əsas fikrlərini oxucuya çatdırmaqdan ibarət olması"ideya- sı meydana çıxır.Görünür,çox-çox sonralar meydana gələn "ədəbi tənqid yazıçı ilə oxucu arasında körpü olmalıdır” fikri də məhz on birinci əsrdə yaşayıb-yaradan Azərbaycan aliminin mülahizələrindən qaynaqlanmışdır.
Ədəbi prosesdə oxucu amilinin mühüm faktor olması fikri də ilk dəfə Xətib Təbrizinin əsərlərində bu və ya digər şəkildə öz əksini tapmışdır.Bu isə onun öz müəlliminin düşüncələrindən qaynaqlandığı şübhə doğurmur.Malik Mah mudovun kitabında oxuyuruq:"Əbu Təmmamın yüksək bədii üslubda yazılmış şeirlərinin mənasını başa düşməyən müasirləri 1 gün ona belə 1 sual verirlər:- Siz nə üçün başa düşülən dildə şeir demirsiniz?Şair bu sualdan heyrətlə- nərək onlara sualla cavab verir:-Bəs siz nə üçün deyiləni başa düşmürsüz?"Deməli,şeiri təkcə necə yazmaqdan yox, həm də necə şərh etməkdən,necə anlamaqdan da çox şey asılıdır. Xətib Təbrizinin öz müəlliminin divanına yazdığı şərhdə oxuyuruq:"Ola bilsin ki,1 beyt 2 məna versin,bunlardan biri daha qüvvətli olsun.Bunları o şəxs ayıra bilər ki düşüncəsi aydın, zehni isə iti olsun".Deməli,bədii mətni şərh etməklə bərabər,onu anlamaq da son dərəcə vacib mə- sələlərdəndir. Elə indinin özündə də "düşüncəsi aydın, zehni iti" oxucuya çox böyük ehtiyac vardır.
Xətib Təbrizinin digər fikir və mülahizələri də şərh sənətinin mahiyyətini anlamağa yardımçı olur, yazıçı, tənqidçi və oxucu arasındakı dialektik əlaqəni anlamağa istiqamət verir: "Ola bilsin ki, şərh etdiklərimdən bəziləri mənim göstərmədiyim başqa 1 məna versin.Əgər oxucu şeirlərin mənasına və şirlərin mövzularına bələd olsa hiss edər ki, mənalar həqiqətən müştərəkdir.Məsxərəçilərin,şeirin mənalarından xəbərdar olmayanların.Ərəblərin kəlamında sə- riştəsiz olanların düşüncəsi bu mənaları ayıra bilməz, şairin səviyyəsinə yüksələ bilməz".
"Şeir kütləvi,mənalar isə müştərəkdir.Mümkündür ki,sağlam düşüncə izahda şairin vermək istədiyi mənanı onun ifadə etdiyindən daha güclü versin.Əgər münsif bu məsələyə düzgün yanaşsa başa düşər ki,bu,kitabın ümumi qayə- sinə və mənasına daha yaxındır".
Əbu Təmmamın divanına yazdığı müqəddimədə özündən əvvəlki şərhçilərin yazılarna münasibət bildirən,bu yol- la getməyəcəyini,başqa üsullar seçəcəyini bəyan edən Xətib Təbrizi elə bil ki,şərh sənətinin mahiyyətini,onun me- yarlarını müəyyənləşdirmişdir:"Əbul-Əla öz kitabında Əbu Təmmamın şeirlərindən çətin beytləri dağınıq şəkildə götürərək izah etmişdir.Mən isə onun şeirlərini əvvəldən axıra qədər yazacaq,çətin sözlərini və bəzi qrammatik mə- sələləri izah edəcək, mənalarını açacaq, şeirlərlə əlaqədar tarixi xəbərlərə toxunacağam ki,bunlar zəruridir.Yeri gəl- dikcə Əbu-l-Əlanın izah etdiyi çətin beytlərdə söylədiyi fikirlərə,Əbu Əli Əhməd Mərzuqinin"Əbu Təmmamın zül- məti üzərində qələbə" adlanan kitabındakı mülahizələrə,Amədinin şairin şeirləri barəsində söylədiklərinə,Sulinin rəvayətlərinə,Qali ləqəbilə tanınmış Əbu Əlidən və digər şeyxlərdən rəvayət olunan fikirlərə işarə edəcəyəm.Məq- sədə ziyan verməyəcək dərəcədə qısa və yığcam olmağa çalışacağam.
Mən divanın şərhində alimlərin fikrini müqayisə eldib sonra onlara üstünlük verəcəyəm. Çünki onlardan bəzi- ləri doğru hərəkət etmiş, bəziləri isə yanılmışlar".
Buradan belə nəticə çıxarmaq olar ki,bədii təhlil,şərh zamanı təkcə əsərin özünə yox,onun haqqında yazılan bütün məqalələrə,tarixi səndlərə,mövzuya uyğun rəvayət və əfsanələrə belə müraciət etmək,müqayisələr aparmaqla elmi nəticəyə gəlmək çox vacib məsəldir.Ancaq bu işin öhdəsindən hər adam yox,tükü tükdən seçməyi,elmi nəticələr çı- xarmağı bacaran analitik təfəkkürlü insanlar gələ bilərlər ki, Xətib Təbrizi də məhz belə 1 alim olub.
Əbu Təmmamın belə bir beyti var:
Şikayət etdim dövrana cismimin zəifliyindən,
Dostları ilə paylaş: |