Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



Yüklə 101,66 Kb.
Pdf görüntüsü
tarix05.01.2023
ölçüsü101,66 Kb.
#122007
ADIAK kollekum



1)ADIAK fenni neyi oyrenir ve vezifesi:
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsədi
bakalavrlara işgüzar ünsiyyətin nəzəriyyəsi və təcrübəsi sahəsində biliklər vermə,
onların gələcəkdə peşəkar fəaliyyətlərini bu istiqamətdə formalaşdırmaq, inkişaf
etdirməkdir.
2)Kommunikasiya haqqında anlayış. Kommunikasiya informasiya mübadiləsi 
deməkdir.ünsiyyət insankar arasında təmasın yaranması kimi meydana çıxır.ünsiyyət 
prosesində insanlar arasında fikir bilik rəy mübadiləsi gedir.ünsiyyətin üç mühüm 
tərəfi var:
Ünsiyyətin kommunikativ tərəfi
İnteraktiv tərəfi 
Prespektiv tərəfi 
Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növləri var:
Maddi ünsiyyət, koqnitiv ünsiyyət, komdision ünsiyyət, motivlərlə bağlı ünsiyyət, 
işgüzar fəaliyyətlə bağlı ünsiyyət
3.Rəsmi işgüzar üslub, onun alt üslubları və əsas xüsusiyyətləri.
Rəsmi işgüzar üslub rəsmi və işgüzar sənədlərin dil xüsusiyyətləridir. Ona görə də 
rəsmi və işgüzar sənədlərinin dil təzahürünə rəsmi işgüzar üslub deyilir. Bu üslubun 
əsas göstəricisi fikrin standart formalarla, yığcam verilməsidir. Standartlıq və 
yığcamlıq bu üslubun bir qədər quruluğunu göstərir. Rəsmi işgüzar üslubda artıq 
sözlər, obrazlı, poetik ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən uzaq qaçılır. Bu 
üslubun normallığı möhkəmdir. Ancaq lüğət tərkibi yığcam, sintaksisi məhduddur.
4)İşgüzar sənədlərə ərizə, tərcümeyi – hal,bildiriş, elan, arayış və s. aiddir. İşgüzar 
sənədlər hamı üçün standart formada hazırlanır.
İşgüzar sənədlər həcmcə kiçik olur.
İşgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalıdır. 
Bəzən işgüzar sənədlərin hazır formaları olur ki, hər hansısa bir məsələ ilə bağlı 
göstəricilər həmin hazır formalara yazılır. Bunun üçün də sənədin dili konkret, 
ifadəli, aydın olmalıdır
5)İşgüzar ünsiyyət. Cəmiyyətdə insanlar arasında ən geniş yayılmış ünsiyyət növü 
işgüzar ünsiyyətdir.İşgüzar 
danışıqları uğurla aparmaq, iş sənədini düzgün tərtib etmək bacarığı indi hər bir 
insanın peşə mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Peşəkar fəaliyyətin 
demək olar ki, hər hansı 


bir növündə yüksək uğura nail olmaq üçün işgüzar ünsiyyət qaydaları və 
prinsipləri ilə bağlı müəyyən məlumatlar, biliklər, fikirlər mütləq əldə olunmalıdır.
İşgüzar ünsiyyətin məqsədi qarşıya müəyyən məqsədlərin və konkret vəzifələrin 
qoyulmasıdır.İşgüzar ünsiyyətdə həmçinin tək bir məqsəd və iştirakçıların qarşılıqlı 
əlaqəsi olmalıdır.
6) İşgüzar ünsiyyətin məcburi elementləri və qarşılıqlı təsirli olması
Məcburi elementlər aşağıdakılardır
Tək məqsəd, iştirakçıların qarşılıqlı əlaqəsi, məkan, yer, iş bölgüsü
Qarşılıqlı təsirli olması aşağıdakıları bilmək lazımdır
Tanışlıq, maraq doğuran problemin müzakirəsi, problemin həlli, 
əlaqənin tamamlanması
7)Effektiv işgüzar ünsiyyət-EİÜ
EİÜ üçün əsas şərt motivasiyadır. İşgüzar ünsiyyət tətbiq olunan effektivliklə əlaqədar 
olaraq,işgüzar ünsiyyetin bütün iştirakçılarının həm son nəticəyə çatmasında, həm də 
şexsi niyyətlərinin həyata keçirilməsində qarşılıqlı asılılıq diqqət mərkəzində olmalıdır. 
EİÜ başqa bir prinsipi birgə fəalliyət zamanı komanda üzvlərinin uyğunluğu ve 
harmoniyasıdır. EİÜ əhəmiyyetli bir hissesi resmi ünsiyyətdir. Bu növ işgüzar qarşılıqlı 
əlaqə korporativ ünsiyyət adlanır . İşgüzar korporativ ünsiyyətdə bir tərəfdaşla əlaqəni 
dayandırmaq mümkün deyil 
8)Şifahi və yazılı nitq və onların xüsusiyyətləri
Nitqin 2 forması var. Şifahi və yazılı.Şifahi nitqin əsas vasitəsi səslərdir və onların 
tərkibindən düzələn sözlərin səslənməsidir.Yazılı nitqin ifadə vasitəsi isə hərflərdir və 
onların tərkibi ilə düzələn yazılardır.Şifahi və yazılı formalaşmasında fizioloji
amillərlə yanaşı, görmə, eşitmə kimi hiss üzvləri
iştirak edir.
Şifahi nitqin xüsusiyyətləri:
1.Şifahi nitq danışılır və eşidilir
2. Şifahi nitq leksikasında hamıya aydın
ümumişlək sözlərə daha çox yer verilir.
3. Şifahi nitqdə cümlələr, əsasən qisa və sadə
olur.
4. Şifahi nitqdə danışiq dilin xüsusiyyətləri


mühafizə olunur
5. Şifahi nitqdə intonasiya fasilə vurğu və s.
vasitələrdən istifadə olunur
6. Mimika, jest və başqa hərəkətlər özünü göstərir
7. Şifahi nitqin axinı sürətli olur.
Adi halda insan 1 dəq - də 80 - 100 söz tələffüz
edir. Lakin bəziləri isə 1
dəq- də 120 - dən artiq söz tələffüz edir.
Yazılı nitqin xüsusiyyətləri:
1. Bu nitq yazılır və oxunur
2. Yazılı nitqdə elmi, texniki, siyasi və başqa
terminlər çox işlədilir.
3. Yazılı nitq ədəbi dilin əsasında formalaşıb
inkişaf edir
4. Yazılı nitqdə intonasiya fasilə vurğu və s. şifahi
nitq ünsürlərini əks
etdirən durğu işarələrindən istifadə edilir.
5. Yazılı nitqdə mimika və jest əsas rol oynamır
6. Yazılı nitq hər hansı məlumatın fikirlərin
nəsildən -nəslə keçməsində
əsas rol oynayır.
9)İşgüzar ünsiyyətdə özünütəsdiq təqdimatı. İşgüzar ünsiyyətin əsas formaları:
İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi 
hansısa mövcud problemin həlli, yeni əməkdaşlığın qurulması və s. ola bilər.İşgüzar 
ünsiyyətdə öz şəxsiyyətimizin nümayişi bizə ən yaxşı şəkildə reklam etməyə imkan 
verir.özünə güvənən insan başqalarına xoş təsir bağışlaya bilər və 
nəticədə öz müsbət imicini formalaşdırar. Özünə inamı inkişaf etdirmək üçün 
aşağıdakı tövsiyələrə əməl olunmalıdır:özünüzü tənqid etməmək; şikayət etməmək; 
aktiv həyat tərzi keçirmək;müstəqillik qazanmaq; dünyaya müsbət baxmaq.
10)İşgüzar ünsiyyətdə xoş təəssürat yaratmaq qaydaları və üsulları:


Xoş təəssürat yaratmaq, tərəfdaşların şifahi təqdimatında müsbət görüntü yaratmaq 
üçün müxtəlif üsul və qaydalardan istifadə olunur.
1.bir insan imicinin formalaşması üçün gündəlik nitqdə çox rast gəlinənbəzi giriş 
sözlərini necə istifadə etməsi böyük əhəmiyyət kəsb edir.
2.Şifahi imicüçün danışıq tərzi heçdə az əhəmiyyət kəsb etmir. Məsələn, bəzi insanlar 
özlərini (əllərini bir-birinin ovucuna almaqla) təqdim edirlər, bu da həmsöhbətin özünü 
tanıdan şəxsin etibarsız olduğunu gösdərir.
3. Müsbət imic insanları salamlama tərzi ilə də formalaşır.
4. Əlaqə qurma üsulları: təbəssüm, dostluq görünüşü ,əl sıxma, nəzakətli sözlər daxil 
olmaqla bir təbrik mühüm rol oynayır.
5. Müsbət imic insanın daimi olaraq öz üzərində işləməsini tələb edir. Müsbət 
təəssürat özünə güvənən bir insan tərəfindən idilir.
11)İşgüzar ünsiyyətdə dialoq janrları-İşgüzar ünsiyyətdə dialoq işgüzar qarşılıqlı 
əlaqənin ən geniş yayılmış yollarından biridir. Şifahi işgüzar ünsiyyətin dialoq 
növlərinə işgüzar söhbət, işgüzar danışıqlar, reportajlar, müzakirələr, görüşlər, 
mətbuat konfransları, beyin hücumları və s. daxildir.
İşgüzar söhbət. İşgüzar ünsiyyətdə ən çox yayılmış əlaqə metodu işgüzar söhbətdir. 
İşgüzar söhbətdə aydın və mənalı məqsədlər, intuitiv səbəblər, motivlər dəyişir. Bu 
cür ünsiyyətin məqsədi müəyyən bir mövzuda məlumat mübadiləsi etməkdir. Bu 
zaman hər hansı bir söhbət üçün tipikdir: irad, sual və cavab, fikir və qiymətləndirmə 
mübadiləsi.
Gözlənilən nəticəni əldə etmək üçün söhbətin bütün komponentlərinin əsaslandırılmış 
olması, məkan mühitə xarici müdaxilənin olmaması və zərurət olduqda (şahidlər 
olmadan) məxfiliyin qorunması lazımdır. Söhbətin səmərəliliyi, bütün ünsiyyət janrlar 
kimi, təkcə iştirakçıların səriştəsindən deyil, həm də davam etmə tərzindən, nitq 
mədəniyyətindən və dinləmə qabiliyyətindən, özünüidarəetmədən öz mülahizəsini 
formalaşdırmaqdan, etirazlarını əsaslandırmaqdan və s.-dən asılıdır. Söhbət aparmaq 
bacarığı hər hansı bir şəxsin peşəkarlığının vacib bir xüsusiyyətidir.
Sual 12: Dialoqun növləri və meyarları.Dialoq bir və daha çox insan arasinda baş 
verən ünsiyyət vasitəsidir.Dialoq kortəbii (bir qayda olaraq, əvvəlcədən planlaşdırıla 
bilməz),elliptik olur.Dialoq işgüzar qarşılıqlı əlaqənin ən geniş yayılmış 
növündəndir.Dialoqun növləri bunlardır: işgüzar söhbət, işgüzar danışıqlar, 
reportajlar, müzakirələr, görüşlər və s.
13)İşgüzar söhbət, işgüzar danışıqlar, işgüzar görüşlər
İşgüzar söhbət 1 ünsiyyət növüdür.
İşgüzar söhbətlərə sənaye sahələrində, formalarda, müəssisədə, ölkələr səviyyəsində 
əlaqələrin saxlanmasında rast gəlinir


Həmçinin yeni kadr seçimi zamanı əsasən bu üslub kömək edir bizlərə
Əhəmiyyətli bir şərt intizam söhbətləri aparmaqdır. 
Çalışdığımız qədər intizamlı olub üslubun normalarına uyğun davranmaq lazımdı
Söhbət zamanı əsasən məişət üslubunda danışılır
Amma rəsmi görüşlər zamanı buna yol vermək olmaz.
14)İşgüzar müzakirə,telefon danışıqları,mətbuat konfransları
1-İşgüzar müzakirə. İşgüzar müzakirə ünsiyyətdə olan bütün və ya ayrı-ayrı 
iştirakçıların müəyyən bir məsələyə dair fikir mübadiləsidir. Bir çox işgüzar görüş 
və görüşlər müzakirə şəklində keçirilir
15)İşgüzar ünsiyyətin monoloji janrları
Monoloji nitq dialoji nitqlə müqayisədə struktur baxımından sadədir. Burada bir nəfər 
fikri geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edir. Monoloji nitqin əsas 
məqsədi nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, 
səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunu başqasına çatdırmaqdır. Bu 
nitq proqramlaşdırılmış, təşkil olunmuş nitqdir. Belə ki, danışan deyəcəklərini 
əvvəlcədən düşünür, eyni zamanda ifadə edəcəyi fikrin həcmini bilir. Bundan başqa, 
ifadə edəcəyi fikrin xarakterini müəyyənləşdirir, auditoriyaya müraciət formasını 
dəqiqləşdirir.Monoloji nitq mütəşəkkil nitq növü hesab olunur. İşgüzar ünsiyyətdə 
monoloq bir şəxsin davamlı bir ifadəsidir. Nisbətən fasiləsiz, ardıcıl və məntiqli, nisbi 
dolğunluğa malikdir, quruluşu mürəkkəbdir. Ona görə də monoloji nitqdən istifadə 
edən çatdıracağı məlumatın məzmununu dərindən bilməli və aydın dərk etməlidir. 
Danışdığı dilin qayda-qanunlarını mükəmməl bilməlidir.
2-Telefon danışıqları. Hər bir şəxsin və peşəkarın ünsiyyət bacarıqlarında xüsusi bir 
yeri telefon danışığı tutur. Bu, xüsusi bacarıq tələb edən ən sürətli işgüzar təmasdır.
3-Mətbuat konfransları. Dövrümüzdə işgüzar sahədə qarşılıqlı fəaliyyət 
formasından biri də mətbuat konfransıdır. Mətbuat konfransı aktual mövzularda 
ictimaiyyəti məlumatlandırmaq üçün vəzifəli şəxslərin
mətbuat, televiziya və radio nümayəndələri ilə görüşüdür
16)Monoloji nitq. İctimai nitq
Monoloji nitq


Monoloji nitq dialoji nitqlə müqayisədə struktur baxımından sadədir. Burada bir nəfər 
fikri geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edir. Bu nitq 
proqramlaşdırılmış, təşkil olunmuş nitqdir. Bundan başqa, ifadə edəcəyi fikrin 
xarakterini müəyyənləşdirir, auditoriyaya müraciət formasını dəqiqləşdirir. Hansı 
materialları deyəcəyini, müsahibinin və müsahiblərinin səviyyəsini, deyəcəklərinin 
onlara necə təsir edəcəyini təsəvvüründə qabaqcadan canlandırır.
Monoloji nitq mütəşəkkil nitq növü hesab olunur. Məsələn, müəllimin mühazirəsi 
monoloji nitqdir.
İctimai nitq
İctimai nitq əvvəldən sona qədər maraqlı və faydalı olmalıdır. Düzgün kompozisiya 
şəklində tərtib olunmalı, giriş, əsas hissə və nəticədən ibarət olmalıdır. İctimai nitq 
hətta təcrübəli natiqlər tərəfindən diqqətlə hazırlanmağı tələb edir və bu, yeni 
fəaliyyətə başlayanlar üçün vacibdir. Nitq hazırlığı müəllifinə sevinc və fərəh həyəcanı 
gətirən yaradıcı bir işdir. Belə hazırlıq, hər şeydən əvvəl, işin bütün mərhələlərinin 
nəzərdən keçirilmiş ardıcıllığını əhatə edir.
17)Natiqlər üçün tövsiyələr
1. Biliklərinizə və maraqlarınıza uyğun bir mövzu seçmək. Potensial dinləyicilərinizdən 
daha çox bilik verə biləcək mövzu seçmək. Natiq ictimai maraq və geniş dünyagörüşə 
sahib olmalıdır.
2. Uyğun bir mövzu seçmək. Mövzu seçimi cəmiyyətin yeri, vaxtı və əhval- 
ruhiyyəsindən, müəyyən bir məqamın aktuallığından asılıdır.
3. Tamaşaçıya uyğun bir mövzu seçmək. Mövzu dinləyici üçün maraqlı, vacib və 
anlaşıqlı olmalıdır. Əsasən aşağıdakı amillərdən asılıdır: tamaşaçıların əsas maraqları; 
qrup maraqları; aktual maraqlar; xüsusi maraqlar; yenilik mövzuları. İşgüzar 
ünsiyyətdə danışan insanlar əksər hallarda işgüzar qarşılıqlı vəziyyətdən, bəzi 
ehtiyaclardan qaynaqlanır, mövzu, ümumiyyətlə, komandanın ehtiyacları və ya 
istehsal vəziyyəti ilə müəyyən edilir.
18) Shifahi teqdatda jestlerin rolu
Unsiyyet zamani beden dili chox onemlidi. Dil ve danishiq aydin basha dushulerken 
beden dili ve jestler shuuralti psixologiyaya tesir edir. Bədən dili şəxsin həm sosial 
cəmiyyətdə, həm də işlərində fərdin müxtəlif təxminlər ilə təmin edə bilər. Məsələn, 
zövq, təcavüz, diqqətlilik, cansıxıcılıq kimi xüsusiyyətləri göstərə bilər. Insanın 
ruhunun ehtiraslarını və duyğularını bədən hərəkətləri ilə ifadə edir bu sebeble jestler 
danishiq zamani chox onemlidir
19)Sözsüz ünsiyyət və onun ünsürləri, işgüzar ünsiyyətdə sözsüz bağlantı


İnsanlar arasında informasiya mübadiləsini təmin ede bilecek vasitəler çox ve 
müxtəlifdi. Bu cür kommunikasiya vasitələrini iki qrupda birləşdirirler. Birinci qrup 
kommunikasiya vasitələri sözlərin, dilin köməyi ile bağlı olan vasitələrdir. Bu cür 
kommunikasiya vasitələri verbal kommunikasiya vasitələri adlanır.. Burada hansı dil 
qrupuna aid olmasından asılı olmayaraq hemin dilin daşıyıcıları ve həmin dili 
mənimsəmiş insanlar dildən ünsiyyət prosesinde ünsiyyət vasitəsi kimi istifadə 
edirlər. İkinci qrup kommunikasiya vasitələri dilden, nitqdən kənar vasitələrdir. Bu cür
qeyri verbal kommunikasiya vasitələri adlanır
20)Şifahi olmayan ünsiyyət vasitələri:
- Bu canlılar arasında bir rabitə təbiətinin bir növ şifahi olmayan qarşılıqlı əlaqəsidir. 
Başqa sözlə, bir insanın şifahi olmayan ünsiyyəti, hər cür məlumatın ötürülməsi və ya 
danışma (dil) mexanizmlərindən istifadə etmədən ətraf mühitə təsir imkanlarıdır. 
Təsvir edilən qarşılıqlı əlaqə vasitəsi, məlumat ötürmək və ya mesaj mübadiləsi üçün 
geniş çeşidli alətlərə və xüsusi texnikaya sahib olan şəxslərin fiziki bədənidir.Şifahi 
olmayan ünsiyyət hər cür jestləri və üz ifadələrini, müxtəlif bədən pozalarını, səs 
tembrini, bədəni və ya vizual təmasları əhatə edir. Bir insanın şifahi olmayan ünsiyyət 
vasitələri, məlumatın məcazi məzmununu və emosional mahiyyətini çatdırır.
21)Ünsiyyəti tamamlayan ifadəli hərəkətlər
••••••••••••••••••••••••••••••••••••••
İnsanlar arasında informasiya mübadiləsini təmin edə biləcək vasitələr çox və 
müxtəlifdir. Bu cür kommunikasiya vasitələri 2 qrupa bölünür.Birinci qrup 
kommunikasiya vasitələri sözlərin, dilin köməyi ilə bağlı olan vasitələrdir.Buna verbal 
kommunikasiya vasitələri deyilir. İkinci qrup kommunikasiya vasitələri dildən, nitqdən 
kənar vasitələrdir. Bu cür vasitələr qeyri verbal kommunikasiya vasitələri adlanır. 
Psixoloqlar müəyyən ediblər ki, insanın qarşılıqlı fəaliyyəti zamanı ünsiyyətin 60-80% 
-i şifahi olmayan, yalnız 20-40% -i şifahi vasitələrlə həyata keçirilir.
•Sözsüz ünsiyyətin ünsürləri daxilində çoxlu məlumatlar var və aşağıdakılar da özünü 
göstərir.
1. Pozalar, jestlər, üz ifadələri. Ümumiyyətlə, bədənin müxtəlif hissələrinin ümumi 
hərəkətliliyi kimi qəbul edilir.2. Paralinqvistikavəyaprosodika–
Paralinqvistik və ekstralinqvistik sistemlər şifahi ünsiyyətə "əlavədir".
•Şifahi olmayan ünsiyyət vasitələrinə aşağıdakılar aiddir.
Ø Müxtəlif formalarda ifadə olunan jestlə əlaqə – zərbələr, vuruş və s.;ØÜnsiyyət 
qurmaq arasındakı məsafə: İşgüzar ünsiyyətdə iştirak edənlərin söhbətə maraq 
dairsəni göstərir. Ø İstiqamət yəni oturmuşların münasibətdə mövqeyi: İstiqamət, 
vəziyyətdən asılı olaraq rəqabət və ya əməkdaşlıq dərəcəsini göstərir;Ø 
Görünüş:Görüntü vasitəsilə biznes tərəfdaşlarının fəaliyyət növü, özünə hörmət və s. 
barədə məlumat verirlər;Ø Bədən pozası: Bu isə, ümumiyyətlə münasibətləri, 
tərəfdaşın sosial mövqeyini göstərir.Ø Başın ucu bir şeyi təsdiqləmək və ya 
təsdiqləməmək,həm də tərəfdaşın dialoqa girməsinə səbəb olan bir siqnaldır.ØÜz 
ifadəsi duyğuları geniş şərh etmək, gizlətmək üçün bir siqnaldır.Ø Jestlər nitqlə 


paralel olaraq vurğulamaq və bəzən dəyişdirmək üçün istifadə olunur;Ø Baxış 
müxtəlif siqnalları oxumağa imkan verir.Ø Paraverbal və ekstraverbal siqnallar. 
Bəyanatın mənası onu ötürmək üçün hansı intonasiya, ritm, tembr istifadə 
olunduğuna görə dəyişə bilər;
22)İşgüzar ünsiyyət etikası. İşgüzar ünsiyyət insandan yüksək psixoloji mədəniyyətə 
sahib olmağı, həmçinin işgüzar münasibətlərin emosional tərəfini daim öyrənməyi və 
nəzərə almağı, etik normalara riayət etməyi tələb edir.
Etika termini ilk dəfə Aristotel tərəfindən (e.ə. 384-322) düzgün, əxlaqi əməlləri yerinə 
yetirmək üçün nə etməli olduğumuz sualına cavab verməli olan praktik bir fəlsəfəni 
ifadə etmək üçün istifadə edilmişdir. Etik yunan dilində “adət, xasiyyət” mənasında 
olmuş, əxlaq, əxlaq doktrinasıdır. 
İşgüzar ünsiyyət etikası istehsal fəaliyyəti zamanı insanların davranış və 
münasibətlərini tənzimləyən əxlaq normalarının, qaydaların və fikirlərin məcmusu kimi 
müəyyən edilə bilər.
Müxtəlif ölkələrdə iş adamları üçün davranış qaydalarının xüsusiyyətlərinə dair bir çox 
nümunə var.Məsələn,İtaliyanlılarla işgüzar söhbət zamanı əhəmiyyətsiz bir məsələni 
müzakirə etmək istəyindən imtina etməyi göstərmək olmaz.
İşgüzar ünsiyyət etikası dostlar, qohumlar, iş yoldaşları və digər insanlarla söhbət 
zamanı zəruridir.İşgüzar ünsiyyət etikasının əsas elementi nəzakətdir. Bu, pozalarda, 
jestlərdə, sözlərdə, intonasiyalarda və s. özünü göstərir.
23)İşgüzar ünsiyyətdə təsir üsurları və nitq etiketi qaydaları:
İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi 
hansısa aydın saziş, söhbətin həllini nəzərdə tutur.Rəhbər həmişə üzdə olan şəxsdir. 
Ona görə də o, öz hərəkətinə nəzarət etməli, davranış taktikası barədə düşünməli, son 
nəticəni proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayət etməlidir.
İşgüzar ünsiyyət etikası məzmunca daha zəngindir.Xidmət bölməsinin vergi işçilərinin 
işgüzar ünsiyyət etikasını bilməmələri və ona riayət etməmələri bir çox vergi 
ödəyicilərinin onlarla ünsiyyət qurmaqdan imtina etmələri ilə nəticələnir və vergi 
işçiləri xoşagəlməz tənqid obyektinə çevrilirlər. İşgüzar ünsiyyətin əhəmiyyətli 
hissəsini xidməti ünsiyyət, yəni insanların təşkilat daxilində, iş vaxtında həyata 
keçirilən qarşılıqlı fəaliyyəti tutur.
24)İşgüzar ünsiyyətin vacib psixoloji amili:
Her bir insanın ferdi xususiyetleri ve keyfiyetleri 
var-intelektual,menevi,imosional,güclu,iradeli.İsguzar unsiyyet insanın exlaqi 
keyfiyyetlerine ve duzgunluk,durustuluk,tevazokarliq,alicenabliq,vezife ve vicdan kimi 
kateqoriyalara esaslanmalidir.Her bir insan cemiyyetde öz davranışını qurur,insanlarla 
unsiyyet terzini inkişaf etdirir.Her bir insanin özünün unsiyyet terzi var.Buda davranış 
ve unsiyyetde xarakterik iz buraxir.İnsanlarla unsiyyetin,qarsilikli elaqe qurmagin
seciyyevi xususiyyetlerini eks etdirir
25. işgüzar ünsiyyət üslubunun növləri


Işgüzar ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri mövcutdur. 
Ünsiyyətin məzmunu dedikdə təmas zamanı bir insandan digərinə ötürülən 
məlumatlar nəzərdə tutulur.Ünsiyyətin məqsədi insanda marağın nədə oldugundan 
ibarətdir.Ünsiyyət vasitələri ünsiyyət zamanı ötürülən informasiyaların 
kodlaşdırılmasında ötürülməsində özünü göstərir.
İnformasiya insanlar tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə və 
qavranıla bilir.
26)Lahiyə fəaliyyətinin logistik dəstəklənməsi.
Lahiyə fəaliyyətlərinin loqistik dəstəyi şifahi xalq nitqinin bacarıqlarından və müvafiq 
texniki vasitələrdən istifadə etməklə məlumatları ciddi ardıcıllıqla təqdim etmə 
qabiliyyəti kimi qiymətləndirilməlidir.
Logistika məhsulun,əmtəənin,servizin müştərinin təlabatını ödəmək üçün hər hansı 
başlanğıc nöqtədən istehlak nöqtəsinə qeder olan hərəkətin idarə edilməsi prosesinə 
deyilir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələri 
ilə də meşğul olur.
27) Logistikanın yarımbölməleri
Logistikanın aşağdakı yarımbölmələrə bölünür:
•Hərbi logistikası
•Biznes logistikası
•Tədarük logistikası
•Paylama logistikası
•Satış logistikası 
•Neqliyyat logistikası
•Ehtiyat logistikası
•Anbar logistikası
•İnformasiya logistikası 
•Kompleks logistikası 
•Ekoloji logistika 
•Qənaət logisyikası
•Şəhər logistikası
28) Layihə hazırlığı və onun təqdimatı


Layihə xidmət yaratmağa yönəlmiş bir fəaliyyətdir. Layihə hazırlığı zamanı əsas şərt 
qrup üzrə işləmə bacarığıdır. Təşkilatçılar işləri doğru bölməli, münaqişələri həll 
etməyi bacarmalıdır
Layihə təqdimatı
Təqdimat layihənin imicini, inkişafını yaxşı yolla cəmiyyətə çatdırmaq üçün bir yoldur
Məsələn (slaydlar, təqdimat vərəqləri, bukletlər)
29. Layihənin təqdimatında tələb olunan elementlər
Layihənin təqdimatında aşağıdakı elementlər olmalıdır:
1.layihə mövzusu;
2.problemin formalaşdırılması;
3.layihənin aktuallığı;
4.layihənin məqsədi və vəzifələri;
5.layihənin məzmunu (icra mərhələləri); 6.layihənin gözlənilən nəticələri;
7.zəruri ehtiyatlar (vaxt, maddi qaynaqlar, insanlar və s.); 
8.layihə riskləri;
9.layihənin digərlərindən üstünlüyü.
30.Təqdimat nitqi və onun prinsipləri. Təqdimata diqqəti artırmaq üçün istifadə olunan 
üsullar.
Təqdimatın digər vacib bir hissəsi təqdimat nitqidir. Bu cür ictimai monoloqun öz 
xüsusiyyətləri var. Təqdimat nitqi əvvəlcədən hazırlanır, lakin ictimaiyyət qarşısında 
oxunmur. 
Hər hansı bir ictimai nitq kimi, təqdimat nitqi də müəyyən prinsiplər üzərində qurulur. 
Bu prinsiplər aşağıdakılardır.
-Kəskinlik prinsipi. Adətən bir təqdimat nitqi 10-15 dəqiqəlik bir nitqin gözlənilməsi ilə 
tərtib olunur. Digər tərəfdən, nitqin həcmi nitqin əsas mövzusunu açmaq üçün kifayət 
olmalıdır.
-Ardıcıllıq prinsipi. Təqdimatın bütün mikrotemləri əsas mövzuya tabe olmalıdır. 
Çıxışın bütün hissələri bir-biri ilə əlaqəli və qarşılıqlı olmalıdır.
-Diqqət prinsipi. Çıxış aydın məntiqə tabe olmalıdır. Natiq özü və ondan sonra 
dinləyicilər nitqin istiqamətini, onun məntiqi quruluşunun aşağıdakı zəncirə 
uyğunluğundan xəbərdar olmalıdırlar: problem → mövzu → tezis → arqumentlər. 


-Gücləndirmə prinsipi. Danışıq əvvəldən sona qədər inkişaf etdirilməlidir. Buna 
materialın əhəmiyyətini uyğunlaşdırmaqla, şifahi və intonasiya vasitələrindən istifadə 
edərək təqdimatın emosional intensivliyini gücləndirməklə nail olmaq olar.
-Effektivlik prinsipi. Təqdimatda tamaşaçılar tərəfindən təklif olunan bir nəticə, 
hərəkətə çağırış və tövsiyələr olmalıdır. Nəticə və ya müraciət tutumlu, yaddaqalan 
formulda tərtib edilməli

Yüklə 101,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin