Mövzu 10: ÜNSİYYƏt mübadiLƏSİNDƏ XÜsusi rol oynayan qeyri-verbal üNSİYYƏt vasiTƏLƏRİ



Yüklə 8,54 Kb.
tarix01.11.2023
ölçüsü8,54 Kb.
#131052
MÖVZU 10


MÖVZU 10: ÜNSİYYƏT MÜBADİLƏSİNDƏ XÜSUSİ ROL OYNAYAN QEYRİ-VERBAL ÜNSİYYƏT VASİTƏLƏRİ
Ünsiyyət zamanı informasiya mübadiləsini həyata keçirmək üçün optiki-kinetik işarələr sistemi özünəməxsus yer tutur. Təsadüfi deyildir ki, beynəlxalq əlaqələrin inkişafı müxtəlif dillərə malik olan insanların ünsiyyətində, informasiya mübadiləsində çətinliklər yaradır. Bu cür çətinliyi aradan qaldırmaq üçün müxtəlif ölkələrdən olan insanların başa düşə biləcəyi simvollardan istifadə edilir. Bu məqsədlə o qədər də çətin olmayan görmə simvolları dünya miqyasında geniş yayılmışdır. Bu cür simvollara aeroportlarda, yollarda daha çox rast gəlmək olur. Həmin simvolların köməyi ilə insanlar dayanacaqlar, yeməkxanalar, yanacaq və təmir yerləri və s. barədə məlumat əldə edirlər.
Optiki-kinetik işarələr sisteminin qeyri-verbal ünsiyyət vasitəsi kimi geniş yayılmış vasitələrdən üzün və bədənin ifadəli hərəkətlərini xüsusilə qeyd etmək lazım gəlir. Bunlardan diqqəti xüsusilə cəlb edəni üzün ifadəli hərəkətlərindən-mimikadan ibarətdir. Mimika (yunanca mimos, təqlid, sifətin dəyişilməsi deməkdir) sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələri hesab olunur. Sifətin həmin sahələrini müəyyən vəziyyətə gətirməklə ünsiyyətdə olduğumuz adama bu və ya digər cisim və hadisəyə nə kimi münasibət bəslədiyinizi çatdırırıq.
Sifətin ən ifadəli əlamətləri dodaqla qaş (ağız ilə göz) sahəsində yerləşir. Bu sahəyə əsas mimika sahəsi deyilir. Mimika insanın sifətinin təkrarolunmaz fərdiyyətini əks etdirir. Onun əsas funksiyası sifətin ekspressiyalarında insanın emosiya və hisslərini ifadə etməklə şərtlənir.
Son zamanlar vizual ünsiyyət-(gözlərin təması) problemi diqqəti daha çox cəlb edir. Gözlərin, görünən, özünəməxsus “əlifbası” var. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsalar da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır.
Adətən ünsiyyət prosesində insanlar təkcə sifətin ifadəli hərəkətləri ilə deyil, bədənin, onun digər cisim və hadisəyə nə kimi münasibət bəslədiyimizi çatdırırıq.
Bu zaman artıq pantomimka özünü göstərir. Məsələn, balet tamaşasında balerina heç bir söz işlətmədən öz hisslərini bədən üzvlərinin ifadəli hərəkətlərinin köməyi ilə tamaşaçıya çatdıra bilir. Optiki-kinetik işarələr sistemi kimi jestlərdən istifadə etməklə də insanlar bir-birinə razılıq və narazılıqlarını, sevinc və kədərlərini və s. məlumatları çatdıra bilərlər. Lakin heç də jest və mimikalar həmişə vahid şəkildə eyni cür başa düşülmür və şərh olunmur. Müxtəlif mədəniyyət və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edirlər. Məsələn, başımızı yuxarıdan aşağıya hərəkət etdirdikdə razılıq, təsdiq, yanlara hərəkət etdirdikdə narazılıq, inkar kimi başa düşülür. Əksər xalqlarda başın həmin hərəkətləri məhz bu cür də şərh olunur. Lakin bolqarlarda bu tamamilə əksinə başa düşülür. Bolqarlar həmsöhbətlərinə razılıqlarını bildirmək üçün başlarını yanlara, narazılıqlarını bildirmək üçün isə yuxarıdan aşağıya hərəkət etdirirlər. Başqalarının hərəkətlərini də məhz bu mənada qavrayır və anlayırlar.
Bununla belə psixoloqlar aşkara çıxarmışlar ki, çox vaxt bədənin, üzün ifadəli
hərəkətləri, qeyri-verbal yolla çatdırılan məlumatlar həmsöhbətə verbal yoldan daha güclü təsir göstərir. Məsələn, insan sevincdən doğan göz yaşları ilə dostlarını inandırmağa çalışsa ki, “Məndə hər şey yaxşıdır!” onlar onun sözünə deyil, daha çox göz yaşına inanacaqlar.
İnsanların müxtəlif birliyində, o cümlədən dərs zamanı qeyri-verbal ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyalardan, bir anlığa danışığı dayandırmaqdan, öskürməkdən və s.dən istifadə edilir. Məsələn, mühazirə zamanı tələbələrin müəyyən hərəkətlərinə narazılığını bildirmək üçün müəllimin səs tonunu yüksəltməsi, alçaltması, bir anlığa danışığını dayandırması, öskürməsi tələbələrin sakitləşməsinə, müəllimin nə demək istədiyini başa düşmələrinə səbəb olur. İnsanın geyimi, paltarı da onu əhatə edənlərə onun əhvalı, hissləri, nə demək istəməsi, ədası barədə məlumat verir.
Dilin kəşfi ən böyük uğurudur. Lakin, bununla belə, bizim tələffüz etdiyimiz
sözlər hələ “tam” mənzərə yaratmır. Qeyri-verbal kommunikasiya bir çox hallarda bizə sözlərə nisbətən daha çox məlumat verir.
Yüklə 8,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin