O da məni göndərdi Əbdülhəmidin üstünə.
Bu beyti Xətib Təbriziyə qədər şərh edənləri təccübləndirən o idi ki,Əbu Təmmam mədhiyyə janrının tələblərini pozub.Ona görə ki,xəstələnən adam həkimin yanına gedər,varlı adamın yox.Xətib Təbrizi isə həmin beyti belə şərh edirdi:
"Fəqirlik, pulsuzluq şairin ac qalmasına səbəb olmuş və bunun nəticəsində də bədəni zəifləmişdir. Bunun üçün həkimə yox, varlı şəxsə müraciət etmək lazımdır. Şairin zəifliyini həkimin verdiyi dərmanlarla müalicə etmək olmaz, ona maddi kömək göstərilməlidir. Əbu Təmmam öz beytində məhz bu məqsədi izləmiş və mədh olunan şəxsdən səxavət göstərməyi xahiş etmişdir. Bu, mədhiyyə şeirinin tələblərinə uyğundur".
Xətib Təbrizinin şərhində nəyə əsas diqqət yetirildiyi göz qabağındadır.Ancaq bizə elə gəlir ki,həmin beyti başqa cür şərh etmək olar.Məlumdur ki,Əbu Təmmam vüqarlı adam olmuşdur.Elə buna görə də onun mədhiyyə yazmaq yolu ilə pul diləməsi məqbul görünmür.Şəxsən mənə elə gəlir ki,həmin beytdəki əsas fikir misranın sətiraltı mənasıdadır.Şair kinayəli şəkildə deyir ki,mənim yoxsul olmağımın səbəbkarı varlılardı,dövran da məni məni yoxsul eləyənlərdən birinin - Əbdülhəmidin üstünə göndərir.
Əlbəttə,bunu deməklə məqsədimiz böyük ədəbiyyatşünası tənqid etmək deyildir.Onu nəzərə çarpdırmaq istəyirik ki,təməliniXətib Təbrizinin qoyduğu şərh sənətinin hazır meyarları,ülgüləri yoxdur ki,ona baxıb əsəri dəyərləndirə- sən.Şərhçinin bədii mətnə fərdi yanaşmasından çox şey asılıdır və hər 1 ədəbiyyatşünas onu öz zövqünə,anlamına
uyğun şəkildə izah etməyə çalışır ki, bu da təbiidir.
Yüksək ədəbi zövqə,poetik duyuma malik olmadan,nəinki ədəbiyyatın,şeir sənətinin qanunauyğunluqlarını,eləcə də digər elmləri mükəmməl bilmədən,müqayisələr aparıb elmi nəticələr çıxarmaq qeyri mümkündür.Görünür Xətib Təbrizi məhz bunları nəzərdə tutduğu üçün bu qənətə gəlib ki,şeiri təhlil etmək onu yazmaqdan çətindir.Ədəbiyyat- şünas şairin lakonik cizgilərlə, eyhamlarla, sətiraltı mənalarla əks etdirdiyi fikirləri başa düşməsə, onları necə şərh edə bilər?
Bütün bu deyilənlərdən belə qənaətə gəlmək mümkündür ki,ədəbi-nəzəri fikir tariximzin formalaşmasında Xətib Təbrizinin özünəməxsus yeri və rolu olub.NəinkiAzərbaycanda,Şərqdə,eləcə də bütün dünyada şərh sənətinin,mətn şünaslığın təməlini qoyan bu görkəmli şəxsiyyətin elmi-nəzəri irsinin öyrənilməsi,onun bədii əsərlərin şərhi və təh- lili üçün formalaşdırdığı ədəbi meyarların nəzərə alınması ədəbiyyatşünaslıq elmimizin gələcək inkişafına həmişə yardımçı olmaq iqtidarındadır.
Dostları ilə paylaş: |