Fənn: İkt- baza kommunikasiya bilikləri Mövzu: Exceldə riyazi funksiyalar və onların misallarla izahı



Yüklə 0,61 Mb.
səhifə1/4
tarix01.01.2022
ölçüsü0,61 Mb.
#107046
  1   2   3   4


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Universiteti


Kafedra: Riyaziyyat və İnformatika

Fakültə:Biznes iqtisadiyyat

Fənn: İKT- baza kommunikasiya bilikləri

Mövzu: Exceldə riyazi funksiyalar və onların misallarla izahı

İxtisas:Marketinq

Kurs: I

Qrup:204407a

Müəllim:Nurdan Ağayeva

Tələbə:Günel Ələsgərova


PLAN

Giriş
Mövzu- Exceldə riyazi funksiyalar və onların misallarla izahı

Qaynaqlar

GİRİŞ

İlk dəfə elektron cədvəl ideyası 1979-cu ildə Harvard (ABŞ) universitetinin tələbəsi Dan Briklin tərəfindən irəli sürülmüşdür. O və onun proqramlaşdırmanı bacaran dostu Bob Frankston mühasibatlıq kitabının köməyilə iqtisadiyyata dair darıxdırıcı hesablamalar apararkən birinci cədvəl proqramını hazırlamışlar. Bu proqramı onlar VisiCalc adlandırmışlar. VisiCalc tez bir zamanda çox əhəmiyyətli proqram kimi tanınmışdır. İlk vaxtlar bu proqram yalnız APPLE II tipli kompyuterlər üçün nəzərdə tutulmuşdur, ancaq sonralar bütün tip kompyuterlər üçün transformasiyası edilmişdir. Sonralar yaradılmış analoji elektron cədvəllərdə (məsələn SuperCalc) VisiCalc-ın əsas ideyaları təkmilləşdirilmişdir.

Elektron cədvəllərin inkişafında növbəti addım 1987-ci ildə Microsoft firması tərəfindən Excel cədvəl prosessorunun yaradılması olmuşdur. Bu proqram aşağı açılan menyu ilə kompleksdə daha sadə qrafik interfeysə malik idi. Bu isə proqram paketinin funksional imkanlarını genişləndirməklə yanaşı, çıxış informasiyasının keyfiyyətini də artırdı. Funksional imkanların genişlənmiş spektri, bir qayda olaraq, proqramla işləməyi də çətinləşdirirdi. Ancaq Excel proqramının yaradıcıları istifadəçilərin proqramı mənimsəmələrini və onunla işləməyi maksimum asanlaşdırmaqla, necə deyərlər, qızıl ortanı tapa bilmişdilər. Nəticədə Excel tez bir zamanda böyük istifadəçi kütləsi arasında tanınmışdır.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin