Riyazi və triqonometrik funksiyalar
Excel-də çoxlu sayda funksiyalardan istifadə edilir.Funksiyaları işə salmaq üçün Формулы menyusunun Библиотека функций bölməsindəki Вставить функцию əmri seçilir.
Bu zaman ekrana Мастер функций-шаг1 из 2 dialoq pəncərəsi açılır.
Pəncərənin Категория çərçivəsində aparılan hesablama əməliyyatından asılı olaraq lazım olan bölmə seçilir.Bu zaman Выберите функцию –sahəsində seçilən bölməyə aid olan funksiyaların siyahısı veriləcəkdir.Bu siyahıdan lazım olan funksiya seçilir və ОК düyməsi sıxılır.
Qeyd edək ki, Мастер функций- шаг1 из 2 dialoq pəncərəsinin digər rejimlərinə keçmək üçün Далее və Назад düymələrindən istifadə edilir. Готово düyməsi işi başa çatdıraraq Мастер функций шаг1 из 2 -dialoq pəncərəsini bağlayır.
Excel proqramında müxtəlif hesablamaları aparmaq üçün çoxlu sayda riyazi funksiyalardan istifadə edilir.Aşağıda ən çox istifadə olunan riyazi funksiyalardan bir neçəsinin izahı verilmişdir.
Корень – funksiyası ədədin kvadrat kökünü hesablayır.Bu funksiyanın formatı aşağıdakı kimidir.
= Корень (Число)
Burada:
Корень –funksiyanın adı
Число – isə kvadrat kökü hesablanacaq ədədi və ya onun ünvanını göstərir.
Misal : Kvadrat kökün hesablanması
1.A1 xanasına 81 yazın və B1 xanasına keçin.
2.Sonra Формулы menyusunun Библиотека функций bölməsindəki Вставить функцию əmrnini seçin.
Ekrana Мастер функций- шаг1 из 2 dialoq pəncərəsi açılır.
3.Категория sahəsindən Математические əmrini seçin.
4.Выберите функцию sahəsindən Корень seçib OK düyməsini sıxın.
5.Ekrana açılan Аргументы функции dialoq pəncərəsinin Число sahəsinə A1 yazın və OK düyməsini sıxın.
Beləliklə B1 xanasında 9 alınacaq.
Сумм funksiyası ədədləri cəmləmək üçün istifadə olunur.Onun formatı aşağıdakı kimidir.
= Сумм (Число 1,число 2)
Burada:
Сумм –funksiyanın adı.
Число 1,число 2-üzərində cəmləmə əməliyyatı aparılacaq ədədlər və ya
xanaların ünvanlarıdır.
Misal :Ədədlərin cəmlənməsi
1.Aşağıdakı cədvəli yığın.
2.A5 xanasına keçib və oraya = Сумм (A1:A4) ifadəsini daxil edin.
3.Enter düyməsini sıxın.A5 xanasında əməliyyatın nəticəsi yazılacaqdır.
Əgər A1-dən A10-dək və C1-dən C10-dək xanalarda olan ədədləri cəmləmək lazımdırsa ,onda funksiyanı aşağıdakı kimi yazmaq olar
= Сумм(A1:A10,C1:C10)
Yadda saxlayın ki, = Сумм(A1:A10) yazılışı A1-dən A10-dək xanalardakı ədədlərin cəmini, = Сумм(C1:C10) yazılışı isə C1-dən C10-dək xanalardakı ədədlərin cəmini hesablayır.
Формулы menyusunun Библиотека функций bölməsindəki Автосумма əmrinin Сумм-düyməsini iki dəfə ardıcıl surətdə sıxmaqla bu əməliyyatı daha surətlə aparmaq olar
Dostları ilə paylaş: |