Güntay Gəncalp (Cavanşir)


İsmayılın meydana çıxması



Yüklə 1,37 Mb.
səhifə9/32
tarix01.01.2022
ölçüsü1,37 Mb.
#105321
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
İsmayılın meydana çıxması
1499-cu ilin Avqust ayında 13 yaşlı İsmayıl Lahicandan Ərdəbilə yola düşdü. Onun yanında yeddi nəfərdən ibarət ən yaxın şəxslər var idi; Hüseyn bəy Lələ Şamlu, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ağutoğlu və Qarapiri bəy Qacar.198 * Onlar Aləmşah xanımı Şeyx Səfi zaviyəsinə göndərdilər. Özləri isə, üç ay Xalxalda və çevrəsi Tarımda** qaldılar. Anadoluya Şah İsmayılın zühur etdiyi xəbərini ulaşdırdılar. Anadoludan Azərbaycana qızılbaş axınları başladı. Artıq yanında 1500 qızılbaş savaşçı var idi.199 İsmayıl Ərdəbilə dədələrinin türbəsini ziyarətə getdiyində yanında 3000 qızılbaş vardı. Bir neçə gün Ərdəbildə qaldılar. Ərdəbil hakimi onlara şəhərdən çıxmaları üçün xəbərdarlıq etdi. Qızılbaşlar Talış məntəqəsinə çəkilib Ərcivan kəndində yerləşdilər.200

Xəbər yayıldı ki, Şeyxoğlu Şah İsmayıl zühur etmiş və cahangüşalıq etmək istəyir. Şamdan, Diyarbəkirdən və Sivasdan dörd min savaşçı qızılbaş Şah İsmayıla qatıldı.201 Sufilərin hərəkəti bu zaman şeyxləri ilə bir yerdə təriqət səyahətini anımsatdığı üçün Azərbaycan hakimlərini şübhələndirmirdi. Vardıqları yerlərdə, hətta onlara dərvişlər olaraq nəzrlər də verilirdi. Yaz fəslində qızılbaşlar Muğandan Gölçə*** vardılar. Gölçə kənarında Anadoludan axın edən qızılbaşlar yenə də Şaha qatıldılar. 1500-cü ilin yay fəslində Ərzincanda Şahın ordusunun sayı yeddi min nəfər olmuşdu. Bu arada Anadoludan qızılbaş axınları durmadan davam edirdi. Qızılbaş ordusunu təşkil edən əsasən doqquz boydan ibarət idi:



  • Şamdan gələn Şamlu Türkmən boyu.

  • Güney Anadoludan gələn Təkəli Türkmən boyu.

  • Doğu Anadoludan Qacar boyu.

  • Rumlular. Bunları Əmir Teymur Şeyx Əliyə bağışlamışdı. Şeyx Cüneydin yanında yenidən Anadoluya getmişdilər. Onlar və onların törəmələri.

  • Konya və Kilikiyədən Qaramanlı boyu.

  • Ağdəniz Quzeyindən Varsaq boyu.

  • Fırat ötəsindən Zülqədər boyu.

  • Doğu Anadoludan Ustaclu boyu.

  • Doğu Anadoludan Bayat boyu.

Ayrıca, Talış sufilər də Şah ordusuna qatılmışdı. Qızılbaşlardan fərqlənmək üçün bunlara “Taliş sufilər” deyirdilər. Əfşar boyundan da orduya qatılmışdılar.

Yol xəritəsini bəlli etmək üçün “ixtisas əhli”nin qatılımı və Şahın başçılığı ilə payızda Ərzincanda qurultay keçirildi. İlk saldırının Gürcüstana, yoxsa İrəvana olacağı üzərinə söhbətlər oldu. Azərbaycanın sünni yerləşim yerlərinə saldırıdan yana olanlar ağırlıqda idi. O gün anlaşa bilmədikləri üçün yol xəritəsinin bəlirlənməsini “Şeyxoğlu İsmayıl Vəliullah”a göylərdən gələcək qeybi yardıma buraxdılar. Gecə Şah İsmayıla gələcək olan vəhy sabah qızılbaşların yol xəritəsini bəlli edəcəkdi. Şah, dədələri və imamlarla gecə məsləhətləşib nəticəni qızılbaşlara söyləyəcəyini duyurdu. Şirvanşahdan dədələrinin intiqamını almasını uzun zaman idi düşünməkdə idi. Yuxusunda Şirvana saldırdığını gördü. Qızılbaşlar bunu Allahın vəhyi olaraq dəyərləndirdilər. Qızılbaşlar Şirvana doğru yola düşdülər. Qızılbaşların gəldiyini xəbər alan Şamaxı əhalisi şəhəri boşaldıb dağlara çəkilib güvənli yerdə gizlənmişdilər. Qızılbaşlar Şamaxıya girib şəhərdə qalan nə vardısa yağmaladılar. Şirvanşah Yəsar bu zaman Gülüstana yaxın bir yerdə idi. Bundan xəbər tutan qızılbaşlar onu yaxalamaq istədilər. Şirvanşah qızılbaşların gəldiklərini öyrənib Gülüstana çəkildi. Bir çox qızılbaş Şirvanşah ordusunun oxçuları tərəfindən öldürüldü. Şirvanşah, ordusuna saldırı əmri verdi. 1500-cü ilin sonunda Gülüstan qalası yaxınlığında Cəbani adlı yerdə İsmayılla Fərrux Yəsar arasında döyüş başladı.202 Ancaq qızılbaşlar qılıc savaşında daha başarılı olduqlarından Vəliullahın əmri üzərinə qəhrəmanca savaşırdılar. Şirvanşah bu savaşda öldürüldü. Şirvanşahın cəsədini Şahın əmri üzərinə yaxdılar. Qızılbaşlar əldə etdikləri qənimətləri götürüb evlərinə geri dönməsinlər deyə, Şah bütün qənimətlərin çaya atılmasını istədi. Belə ağıllı bir fikiri Şah özü düşünmüş, yoxsa ixtisas əhlimi təklif etmişlər bəlli deyil. Qızılbaşlardan biri daha sonra bu şəkildə söyləmişdi: Şeyxoğlu Şah sünnilərin mallarının nəcis olduğunu söyləyib hamısını suya atmamızı istədi. Sufilər, hətta sünnilərin at-qatırlarını da suya atdılar. Şirvanşahın xəzinəsindən bir çuval cəvahir tapmışdım. Çuvalın ağzı iki tərəfdən möhürlənmişdi. İçində cəvahir olduğuna əmin idim. Neçə kərə düşündüm ki, cəvahiratın suya atılması doğru deyil. Ancaq mürşidi-kamilimizin əmrinə tabe olmaq zorunda idim. Cəvahirat çuvalını çaya atdım.203 Ətrafındakılarla fərar etmiş Şirvanşahın oğlunu təqib etmək üçün Şah bir dəstə qızılbaş görəvləndirdi. Ancaq Şirvanşahın oğlu gəmi ilə Gîlâna qaçmışdı.204 Şirvanşahın öldürülməsi ilə Şirvan bütünüylə qızılbaşlar tərəfindən işğal edildi. Şirvanşahın xəzinəsi Bakı qalasında barınmaqda idi. 1501-ci il yazın əvvəlində Şah özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət etdi.205



Bakının işğalı ilə bol qənimət əldə etdi və Şah bu qənimətləri mübah olaraq duyurdu. Şirvanşah qalıqlarından bölgəni tam olaraq təmizləmək üçün şirvan saraylarını yaxıb yox etdilər. Şirvan bağlarını yaxıb külə çevirdilər. Yüzillərin mədəniyəti şəhər həyatı görməmiş qızılbaşlar tərəfindən məhv edilirdi. Səfəvi nəfəsi bölgəni yandırıb yaxdıqdan sonra başqa bir dönəm başlayacaq, tədricən bütün ölkə Səfəvi qaranlığına bürünəcəkdi. Ancaq Şirvanşah qalıqları yox olmadı. Çünkü daha öncədən onların böyük qismi dağlara çəkilmişdi. İsmayıl başqa yerlərdə savaşlarla uğraşdığında Şirvanşah varisləri toparlanacaqlardı. Bu, irəlidə anlatılacaqdır. Bu zaman Uzun Həsən və Sultan Yaqub dönəmində dövlət katibliyi etmiş, daha sonra iqtidar savaşlarına qatılıb yenildiyi üçün Əlvənd bəy Bayındırdan intiqam almaq fürsətini axtaran Bayındır soylu təbrizli Əmir Şəmsəddin Zəkəriyya Keçəci, İsmayıla təslim oldu. İsmayıl bu adamı hörmətlə qarşıladı. İsmayıl Gülüstana saldırmaq istəyirdi. Keçəci, Təbriz haqqında ona bilgi verib və Təbrizə saldıraraq Əlvənd bəyin işini bitirib Bayındırlıların səltənətinə son verməsini məsləhət gördü.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin