GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ



Yüklə 250,89 Kb.
səhifə12/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   8   9   10   11   12   13   14   15   ...   55
1. Sadə, ellintik coğrafi nomensiz toponimlər;

2. Mürəkkəb, ellintik coğrafi nomenli toponimlər [16, s. 127-129].

A.Bayramov müxtəlif şəkilçilərdən (-lı4, -çı4, -ciq4, -cığaz, -an2, -lar2 və s. düzələn toponimlərdən (Xəncərli, Mustuqlu, Bostançı, Cızıxlar, Şirvancıq və s.) bəhs etsə də, onların morfoloji yolla yaranan toponim hesab etmir və bu tipdən olan toponimləri sadə, ellintik coğrafi nomensiz oykonimlər adlandırır [16, s. 30-31].

Bununla belə, A.Bayramov əvvəlki araşdırmalarında “Ermənistan SSRİ-nin Ağbaba və Şorayel zonasının bəzi toponimlərinin leksik-semantik xüsusiyyətləri” adlı məqaləsində zonada coğrafi adların linqvistik baxımdan 4 yolla yarandığını göstərir:

1.Sadə toponimlər: Arpa, Baytar, Qıpçaq və s.

2.Tərkibində müxtəli sözdüzəldici şəkilçilər (-lı4, -ciq4, -çı4, -ça4, -lar2, -sız4) olan toponimlər: Ördəkli, Xəncərli, Mahmudcuq, Mağaracıq, Əkinçi, Qazançı, Sabunçu, Güllücə, Dəlləklər, Baysız və s.

3. Sintaktik yolla yaranan toponimlər: Seldıcılan, Bozqala, Çaldaş və s.

4. Coğrafi nomenlər (daş, qala, təpə, bulaq, kənd, göy, xana, qışlaq, abad, körpü) əsasında yaranan toponimlər: Qurdbulaq, Dərəköy, Daşkörpü, Tomardaş, Qabaqtəpə və s. [ 16, s. 133-134].

“Qərbi Azərbaycan toponimlər sistemi” kitabının müəllifi İbrahim Bayramov yazır ki, ümumiyyətlə, A.Bayramov tədqiqatlarında bu qənaətə gəlir ki, toponimlər yalnız sintaktik üsulla formalaşır. Bu fikrə öz münasibətini bildirən İ.Bayramov göstərir ki, toponimik leksika dilin lüğət tərkibinin bir hissəsidir və ondan kənarda fəaliyyət göstərmir, dilin qayda-qanunlarına tabe olaraq yaranıb formalaşır. Ona görə də morfoloji yolla toponimlərin yaranmasını tamamilə inkar etmək, bizcə, doğru deyil. Toponimlərin yaranmasında leksik, leksik-semantik və bəzən də qrammatik şəkilçilərin iştirakını danmaq olmaz. Belə ki, antroponimlərdən fitonimlərdən, zoonimlərdən, oronimlərdən morfoloji yolla toponimlər əmələ gəlir. Məsələn, ərazidə çox ilan olduğu üçün təbii ki, ərazi İlanlı adlandırılacaq, söyüd, alma, armud ağaclarının olması və ya çox olmasını görüb Söyüdlü, Almalı, Armudlu deyəcəklər. Məhz bu tipdən olan toponimlər morfoloji yolla yaranır [18, s. 301-302].

Bu fikir doğrudur və bizcə, Gürcüstan ərazisindəki Quşçu, Çullu, Bəytəkərli (Düyərli), Çanaxçı, İmirli, Dəllər, Qoçulu və s. onlarla belə etnotoponimlər morfoloji yolla yaranmış və hazır şəkildə etnotoponimiyada iştirak etdiyinə görə sadə etnotoponim hesab edilməlidir. “Bu vahidlərin sonunda işlənmiş şəkilçilər toponimləri deyil, toponimiyaya qədərki ümumi sözləri yaratmışdır” [42, s. 29].

Gürcüstan ərazisindəki türkmənşəli etnotoponimlər üzərində apardığımız təhlillərdən belə qənaətə gəlirik ki, ərazisinin etnotoponimləri (etnooykonimlər, etnooronimlər, etnohidronimlər) qrammatik baxımdan 3 yolla yaranır və onları strukturca 3 yerə (sadə, düzəltmə, mürəkkəb) bölmək olar.

Gürcüstan ərazisindəki etnotoponimlərinin yaranmasında linqvistik əsasları nəzərə alıb onları aşağıdakı kimi nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edirik. 1) Leksik-semantik yolla düzələn etnotoponimlər; 2) Morfoloji yolla düzələn etnotoponimlər; 3) Sintaktik yolla düzələn etnotoponimlər.


Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin