Tədqiqat metodları
Tədqiq olunan bitki xammalından, müxtəlif bioloji materiallardan saponinin alınmasında və kənar müşayiətedici qarışıqların təmizlənilməsində ekstraksiya prosesinin iki variantı: bərk-maye ekstraksiya və maye ekstraksiya tətbiq olunmuşdur.
Müxtəlif xromatoqrafiya üsulları: boru xromatoqrafiyası, nazik təbəqə üzərində xromatoqrafiya, QX-KS, İQ-spektroskopiya, KS, spektrofotometriya və klassik kimyəvi üsullar xammaldan alınan bioloji fəal maddələrin identifikasiyası, fərdiliyini müəyyən etmək üçün və miqdari təyinində istifadə edilmişdir. Eyni zamanda həmin üsullar müvafiq olaraq bioloji materiallardan təcrid edilmiş saponinin vəsfi və miqdari təyini üçün lazımi şəkildə tətbiq edilmişdir.
Dostları ilə paylaş: |