Həzrət Zəhranın (ə) Əbu Bəkrə qarşı qəzəbi;
Buxari “Xüms” fəslində həzrət Zəhranın (ə) Fədəkdən olan mirası haqqında nəql edir: “Peyğəmbər (ə) qızı Fatimə (ə) qəzəbləndi və Əbu Bəkrdən küsdü. Bu hal, o, dünyadan köçüncəyə qədər davam etdi”1.
O, Xeybər savaşı haqqında danışarkən özünəməxsuz sənədlə Aişədən nəql edir: Peyğəmbərin (s) qızı Fatimə (ə) Əbu Bəkrə xəbər göndərdi ki, atasından ona qalmış irsi, yəni Fədəyi, Xeybərin xümsünün qalanını və Mədinə “fey”ini (döyüşsüz əldə olunan qənimət) onun üçün yollasın. Əbu Bəkr isə dedi: “Peyğəmbər (s) buyurmuşdur: “Biz (peyğəmbərlər) irs qoyub getmirik. Bizdən qalanların hamısı sədəqədir”. Beləcə, Əbu Bəkr həzrətin irsini verməkdən imtina etdi. Fatimə (ə) onun bu hərəkətindən narahat olub ondan küsdü və həyatda olduğu müddətdə onunla danışmadı”2.
Dostları ilə paylaş: |