Motor bacarıqlarında sadəlik olur.(Məs: Rahat şəkildə şəkil çəkə, vərəqləri qatlaya, qayçı ilə kəsə bilir)
Gün rejimi Rejim uşaqların qidalanmasında, yatmağında, durmağında,oynamasında, fəaliyyətin hər bir ardıcıllığının növbələşməsinin düzgün şəkildə təmin olunmasıdır. Günün birinci yarısına aşağıdakı prosedurlar daxil edilir:
Uşaqların qəbulu;
Səhər gimnastikası;
Qidalanma (səhər yeməyi);
Tədris fəaliyyəti;
Gündüz gəzintisi;
Gündüz yuxusu.
Günün ikinci yarısına aşağıdakı prosedurlar daxil edilir:
Uşaqların yuxudan oyadılması;
Duş qəbul olunması;
Qidalanma (nahar yeməyi);
Müstəqil oyunlar və asudə vaxtın təşkil olunması;
Axşam gəzintisi;
Uşaqların evlərinə yola salınması.
Bütün bu rejim prosedurları aşağıdakı pedaqoji tələblərə cavab verməlidir:
Uşaqların yaş xüsusiyyətlərinə uyğun olmalıdır;
Bayram və tədbirlərdən asılı olmayaraq hər qrupda rejim il ərzində dəyişilməz olmalıdır.
Yay rejimində – uşaqlar vaxtın daha çox hissəsini açıq havada keçirməlidirlər;
Rejim dəqiq olmalıdır (uşaqlarda dinamik bir stereotip formalaşdırıldığı üçün);
Rejim prosedurları ardıcıl yerinə yetirilməlidir, yəni hər bir rejim anı bir-birini ciddi şəkildə izləməli və uşaqlar fəaliyyətsiz qalmamalıdırlar;
Hər bir rejim anı uşağı tərbiyələndirmək üçün bir vasitə rolu oynamalıdır.
Gün rejimində mədəni-gigiyenik qaydalarıda təşkil olunmalıdır. Əli yumağı uşaqlara göstərmək və ucadan demək lazımdırki uşaqlar əlimizi sabunlayaraq təmiz- təmiz yuyaq, yuduqdan sonra təmiz dəsmalla yaxud salfetlə qurulayaq, masa arxasında düzgün oturma qaydasını və qaşıqdan, çəngəldən düzgün istifadəni uşaqlara öyrətməliyik Qeyd edəkki uşaq 4 yaşından etibarən çəngəli öyrənməsi vacibdir. Lakin qaşıqdan istifadə edə bilməyən uşağa çəngəli öyrətmək düzgün deyil. Əvvəlcə qaşıqdan istifadə daha sonra çəngəldən istifadə qaydası uşağa öyrədilməlidir.