Hərbi-həkim ekspertizası haqqında Əsasnamə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 223,94 Kb.
səhifə8/93
tarix01.01.2022
ölçüsü223,94 Kb.
#103238
1   ...   4   5   6   7   8   9   10   11   ...   93
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

2

Tənəffüs orqanlarının vərəmi (ağciyərin, bronxların, döş qəfəsidaxili limfa düyünlərinin, plevranın vərəmi):

 

 

 

a) aktiv, mikobakteriyaların ifrazı ilə və (və ya) ağciyər toxumasının dağılması ilə

D

D

D

b) aktiv, mikobakteriyaların ifrazı və ağciyər toxumasının dağılması olmadan

C

C

C

c) kliniki müalicə olunmuş

C

C

C və ya B FƏRDİ

ç) müalicə olunmuş vərəmdən sonra kiçik qalıq əlamətləri

A-3

A


HDQ, ÜH, DP, XQ-də FƏRDİ

d) müalicədən sonra müvəqqəti funksional pozulmalar





Ç

 

«a» bəndinə aşağıdakılar aiddir:

bakteriya ifrazetmə və (və ya) dağılma ilə müşayiət olunan tənəffüs orqanlarının aktiv vərəminin bütün formaları;

mühüm dərəcədə ifadə olunmuş intoksikasiya əlamətləri ilə müşayiət olunan tənəffüs orqanlarının aktiv vərəminin formaları;

III dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan ağciyərlərin və plevranın divararalığının yerdəyişməsi ilə nəticələnən böyük qalıq dəyişiklikləri;

cərrahi müalicənin III dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan nəticələri;

bronxların fistulyoz zədələnmələri.

«b» bəndinə aşağıdakılar aiddir:

vərəm mikobakteriyalarının ifrazı və dağılma fazası olmadan, tənəffüs orqanlarının aktiv vərəminin bütün formaları;

müalicə prosesində transformasiya olunmuş nazik divarlı kistayabənzər boşluqlar (kavernanın açıq tipli sağalması);

II dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan ağciyərlərin və plevranın böyük qalıq dəyişiklikləri;

cərrahi müalicənin II dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan nəticələri.

Müalicə səmərəsiz olduqda və ya ondan imtina edildikdə, (imtina halları müvafiq təlimata uyğun olaraq araşdırılır) hərbi qulluqçular «a» və ya «b» bəndi üzrə şəhadətləndirilirlər.

«c» bəndinə aşağıdakılar aiddir:

müalicənin stasionar mərhələsi kliniki-rentgenoloji sağalma ilə nəticələnmiş tənəffüs orqanlarının vərəmi: intoksikasiya əlamətlərinin yox olması, bakteriya ifrazının kəsilməsi, kavernanın sağalması, ağciyərlərdə infiltrasiyanın sorulub getməsi və boşluqlarda mayenin rezorbsiyası;

əsas müalicə kursu başa çatdıqdan sonra tənəffüs orqanlarının kliniki sağalmış vərəmi;

ağciyərin və plevranın I dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan (və ya olunmayan) böyük qalıq dəyişiklikləri;

cərrahi müalicənin I dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan (və ya olunmayan) nəticələri.

Böyük qalıq dəyişiklikləri hesab edilirlər: çoxlu (5-dən artıq), xırda (1 sm-ə qədər) və tək-tək (5-ə qədər) iri (1 sm-dən böyük) ilkin vərəm kompleksinin komponentləri və ya aydın görünən ocaqlar; yayılmış (1 seqmentdən çox) fibroz; istənilən ölçüdə sirrotik dəyişikliklər; icmal rentgenoqramlar və (və ya) tomoqramlarla obyektivləşdirilmiş iri plevral qatlaşmalar (1 sm-dən qalın).

Ekssudativ plevrit və vərəm etiologiyalı digər serozitlərin (perikardit, poliserozit və s.) diaqnozu sitoloji, immunoloji, mikrobioloji müayinə metodları, göstəriş olan hallarda isə həm də punksiya biopsiyası və bronxoloji (bronxoskopik) müayinə ilə təsdiq edilməlidir. Quru plevritlərin vərəm etiologiyası, tuberkulin diaqnostikası və immunoloji diaqnostika metodları, sınaq müalicəsi və laborator müayinələrinin dinamikası ilə sübut olunmalıdır.

Vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən, əsas müalicə kursu başa çatdıqdan sonra yaxın 3 il müddətində (ağciyərin və plevranın qalıq dəyişiklikləri olması ilə vərəmin keçirilməsi sübut olunarsa) bu bənd üzrə şəhadətləndirilirlər. Əsas müalicə kursuna ümumi müddəti 9 — 12 aydan az olmamaqla, hospital, sanatoriya və ambulatoriya mərhələləri daxildir. «Xəstəliklər cədvəli»nin II və III qrafası üzrə şəhadətləndirilənlər stasionar müalicəsi başa çatdıqdan sonra hərbi-həkim komissiyasına təqdim olunurlar.

«ç» bəndinə kliniki müalicə olunmuş vərəm qrupunda müşahidə başa çatdıqdan və dispanser qeydiyyatından çıxarıldıqdan sonra tənəffüs orqanlarının keçirilmiş (o cümlədən spontan müalicə olunmuş) vərəminin kiçik qalıq dəyişiklikləri aiddir.

«d» bəndinə «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçuların hospital müalicəsi başa çatdıqdan sonra tənəffüs orqanları funksiyasının bərpa olunması üçün 1 — 2 aydan az olmayaraq vaxt lazım olan hallar aiddir. Bu halda, hərbi-həkim komissiyası ambulator şəraitdə ftiziatrın müşahidəsi altında müalicəni davam etdirmək üçün məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarır, məzuniyyət başa çatdıqdan sonra təkrar şəhadətləndirilmə keçirilir.

Ağciyərdə və döş qəfəsidaxili limfa düyünlərində tək-tək xırda petrifikatların olması bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

Tənəffüs orqanlarının vərəmindən müalicə olunmuş zabitlərin peşə reabilitasiyası məqsədi ilə təkrar şəhadətləndirilməsi əsas müalicə kursunun başa çatmasından sonra 3 ildən tez olmayaraq, hospitalların pulmonologiya (terapiya) bölmələrində müayinə olunduqdan sonra keçirilir.

«Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən, bu maddənin «ç» bəndində göstərilən dəyişiklikləri olan hərbi qulluqçuların qeyri-vərəm sanatoriyalarına göndərilməsi ümumi əsaslarla tibbi göstərişlər üzrə həyata keçirilir.

 



Yüklə 223,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin